Sağlamlıq / Qadın xəstəlikləri

Abort və onun acı nəticələri

dr.Samira | 22-05-2011, 00:35
79 352 107

 

Abort və onun nəticələri

 

 

 


Abortun(uşaq salma)zərərlərindən çox danışmaq olar. Hər birimiz bilirik ki,abortlardan mümkün qədər qaçınmaq lazımdır.Xəbərdarlıqlara baxmayaraq rəsmi abortların sayı faciəli şəkildə artıb,kriminal abortlar haqqında düşünmək belə ürküdücüdü.


 Bilirdinizmi,təkcə ötən il,Azərbaycanda 26min 800 uşaq ana bətnində öldürülüb.Bu tək rəsmi abortların sayıdı və il-ildən də bu rəqəm artır.Ən dəhşətlisi də odur ki,səbəblər çox acınacaqlıdı. Kimisi uşağın gəlişini planlaşdırmamışdı,gözlənilməz və zamansız olmuşdu,kimisi cinsini bəyənməmişdi...İlk uşağını abort edənlər isə unutmamalıdır ki,ana olmaq üçün bəlkə də ən son şanslarını öz əlləri ilə məhv edirlər,çünki ilk uşağı süni yolla salmaq çox vaxt sonsuzluğa gətirib çıxardır.Müasir tibbi üsullara,süni mayalanmalara da çox güvənməyin,15 % hallarda belə hamiləliklər doğuşla nəticələnir,üstəlik bu maddi və mənəvi cəhətdən yorucudu...

   

Süni abort 

Təbii ki,yaranmış vəziyyətdən yeganə çıxış yolunu abortda görən hər bir qadının özünə görə səbəbləri var,bunlara tibbi göstəriş də daxildir. Əgər siz həqiqətən də bu addımı etməyə qərar vermisinizsə,son dərəcədə ehtiyyatlı olmalısınız ki,orqanizmə daha böyük ziyan vurmayasınız.



 

 Abortxanaları olan istənilən ginekoloji xəstəxanalarda abort eləyirlər.Hamiləliyi sonlandırmaq üçün xüsusi analizlər(ginekoloji yaxmalar,RW və VİÇ) və sizi müayinə edən həkimin göndərişi olmalıdır.Bu göndərişdə,hamiləliyin olması,müddəti ,aborta göstəriş və məsləhət olunan abortun növü qeyd edilir.

 

Hamiləliyin süni yolla sonlandırmağın aşağıdakı növləri var:


1. medikamentoz(dərmanla) abort--0-8 həftəyə qədər

2.mini abort--5-6həftəliyə kimi

3.tibbi abort--6-12 həffftəyə qədər

Məsləhət görərdim ki,əgər bu addımı atmağa qərar vermisinizsə,yalnız bu 3 üsuldan birinə müraciət edəsiniz və təbii ki,yüksəkixtisaslı peşəkar həkimin köməyi ilə.Yerdə qalan digər üsullar kriminal abortlar adlanır və qadın həyatı üçün ağır xəsarətlər törədə bilərlər.

 

DİQQƏT!!! 

Heç vaxt özbaşınıza arzuolunmaz hamiləliyi sonlandırmağa çalışmayın.Çox ehtimal ki,siz müxtəlif mexaniki,kimyəvi və temperatur üsulları ilə düşüyə yol aça bilərsiniz,amma nə qiyməti...özünüzü riskə atmayın!

 

Abortdan sonra alınan təhlükəsizlik tədbirləri:

Süni abortdan,eləcə də özbaşına baş vermiş düşükdən sonra ciddi ağırlaşmalar olmaması üçün,qadın bir neçə müəyyən olunmuş qaydalara riayət etməlidir.

1. abortdan sonra ilk iki həftə istənilən növ fiziki işdən uzaq durmalı;

2.Üç həftə ərzində cinsi əlaqədə olmaq qdağandır,çünki bu yolla,abortdan sonra böyük açıq yara vəziyyətində olan uşaqlığa infeksiya yoluxdurula bilər;

3.Uşaqlığın yığılmaları normal olsun deyə,vaxtlı vaxtında sidik kisəsi və bağırsağını boşaltmalıdır;

4.Qadının ümumi vəziyyəti nəzarət altında saxlanılmalıdır,hər gün hərarəti ölçülməlidir.Əgər vəziyyəti pisləşərsə,qanlı ifrazatlar olarsa,qarnın aşağısında ağrı yaranarsa həkimə müraciət etməlidi;

5.Cinsiyyət orqanlarının gigiyenasına xüsusi diqqət yetirmək lazımdır.Gündə iki dəfə zəif marqanslı su ilə yuyunmaq,alt paltarını tez-tez dəyişmək lazımdır;

6.İlk  iki həftə yalnız duş qəbul etmək olar..Vanna qəbul etmək,hovuzda,çayda,dənizdə çimmək qəti qadağandır.!

7.Abortdan sonra menstruasiya siklləri ondan öncə necə idisə elə olmalıdır.Tez olması,yaxud ləngiməsi hallarında həkimə müraciət etmək məsləhətdir.İntim həyata menstruasiya olandan  sonra  başlamaq olar,kontraseptivlərdən istifadəni unutmamaq şərtilə.

 

Abortun nəticələri


Hamiləliyin yarıda sonlandırılması həqiqətən sarsıdıcıdı.Qadın orqanizmi şok yaşayır,belə ki,bütün orqan və sistemlər embrionun inkişafı üçün səfərbər olduqlarından,onun kənarlaşdırılmasından sonra çaşqınlığa düşürlər.Hormonal,immun,böyrək-qaraciyər funksiyasında,arterial təzyiqin tənzimlənməsində,dövran edən qanın həcmində disbalans yaranır.Qadın əsəbi olur,yuxusu pozulur,əzginlik artır.

Bir sözlə infeksion və iltihabi xəstəliklərin törədiciləri olan istənilən növ infeksiyanın daxil oması üçün "ideal şərait" yaranır. Uşaqlıq artımlarının iltihabı nəticəsi olaraq uşaqlıq borularının keçməməzliyi yarana bilər ki,bu da uşaqlıqdan kənar boru hamiləliyinə və hətta sonsuzluğa yol aça bilər.Yumurtalıqların funksiyası pozula bilər ki,bu da sonsuzluqla müşahidə olunar.

 

Bunlardan əlavə,bəzən uşaqlığın kor qaşınması mikrotravmalara yol açır,nəticədə nazilmiş,qanla yaxşı təchiz olmayan sahələr yaranır,çapıqlar formalaşır.Bütün bunlar növbəti hamiləliklərdə dölün normal qidalanmasını pozur,inkişaf qüsurları,düşüklər və vaxtından əvvəl doğuşlara səbə ola bilər. 

İnkişaf etmiş ölkələrdə abort keçirmiş qadınlar psixoloji reabilitasiya kursları keçirlər. Çünki hamiləlik dövründə embrionun normal inkişaf etməsi üçün orqanizmdə yaranan bioloji aktiv maddələr,hormonlar,hamiləlik sonlandıqdan sonra da bir müddət ifraz olunmağa davam edirlər və qadın orqanizminə mənfi təsir göstərir.

Siz özünüz də görürsünüz ki,abortunziyanları ,kontraseptiv maddələrin yan təsirləri ilə müqayisədə çox məhvedicidi. 

 

 

 Uşaq qatili olmamaq üçün tədbirinizi görün!Axı o, balaca ,gücsüz,köməksiz,özünü müdafiə etmək iqtidarında olmayan yeni bir həyat yumağıdır.Heç bir günahları olmadıqları halda bizim günahlarımızın bədəlini ödəməsinlər....



ESMERRi | 21 mart 2016 11:59 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
tewekkurler
dılay | 11 mart 2016 18:56 | Status: Brilliant user | Şərh: 8 183
tewekkurler
privacy | 22 fevral 2013 17:49 | Status: Qonaq | Şərh: 0
allah uzag elesin,men de bele seyleri sevmirem.
Meqa | 14 fevral 2013 15:06 | Status: Professional user | Şərh: 2 077
Allah hamya kömek olsun
vefa45 | 1 fevral 2013 01:30 | Status: Qonaq | Şərh: 0
hec bir qadina allah qismet etmesin cox qorxuram men ele seylerden allah haminiza komek olsun.
ruhengiz79 | 25 yanvar 2013 00:10 | Status: Şərhçi | Şərh: 160
abort qadinlarin en son qeraridir eminemki bunu hec bir qadin istemez caresislikden
sevgi haqinda | 22 yanvar 2013 11:19 | Status: Qonaq | Şərh: 0
men de 8 ildiki evliyem ve hec bir zaman eletirmemisem bir defe ele bele yoxlayisa getdim oturub hekimi gozladiyim andan etibaren belke yalan olmasin 2 saat erzinde 25 30 qadin abort etdirdi men artik sinir krizi kecirdim dehsete dusdum yazik
lale imanova | 21 yanvar 2013 23:00 | Status: Qonaq | Şərh: 0
men bir defe abort eletdirmisem cox pesman olmusam ozumu cox gunahkar hiss eliyirem indi ise istiyirem usagim olsun olmur hec kime meslehet gormurem adam vicdan ezabi cekir.
SENIN_UREYIN | 8 dekabr 2012 14:20 | Status: Qonaq | Şərh: 0
MEN 1 DEFE ABORT ELETDIM AMMA COX PEWMAN OLDUM 1 OGLUM VAR ABORT ZAMANI UWAGIM OLUMDEN DONDU ERIM ABORTDAN 2 SAAT SONRA MAWINLA ADAM VURUB OLDURDU ABORTDAN 1 AY SONRA ANMI ITIRDIM MEN BAWA DUWDUMKI MEN YER UZUNDE BUNDAN BOYUK GUNAH ETMEREM XAIW EDREM GELIN ABORTA SON DEYEK BIZ YAWADIGIMIZ KIMI ONLARINDA HAQQI VAR
niagara | 17 noyabr 2012 10:37 | Status: VİP user | Şərh: 293
insafsizlar
life82 | 23 avqust 2012 13:29 | Status: Gümüş user | Şərh: 985
MEN FATIMEME BACIDAN,QAQAŞDAN( YENI ALLAH NE VERSE)ISTEYIREM.2-CI OVLAD ARZUSUNDAYAM.ABORTA HEC VASITECIDE OLMARAM.ABORT GUNAHDI.O GUN QONŞU MENE DEYIREKI ,ŞEHERE GEDIRSEN MENE DERMAN AL.SORUŞDUMKI NE DERMAN?DEDIKI,HAMILELIKDEN QURTULMAQCUN.DEDIM INCIME,MEN BUNU ALA BILMEREM.BELE GUNAHA BATA BILMEREM :n49:
Ayka21 | 26 iyul 2012 13:12 | Status: Yazar | Şərh: 2 770
sonuncu sekilden iyrendim hemde ureyim agridi buna gore en yaxsisi mudafie olunmaqdir