Sağlamlıq / Qadın xəstəlikləri

Qadınlarda süd vəzi xərçəngi (Fotolarla)

Alizes | 3-01-2013, 17:00
9 644 36

Süd vəzi xərçəngi ən çox qadınlarda rast gəlinən onkoloji xəstəlikdir. Süd vəzinin anatomiyasını bilmək onu vaxtında aşkarlamağa kömək edər.
Süd vəzi üzüm salxımlarına oxşayan 15-20 paylardan ibarətdir. Hər "salxım" alveollardan ibarət olan payçıqlardan təşkil olunub. Payçıqdan süd kanalı açılır. O paycığın təpəsndən gilələrinə doğru istiqamətlənir. Giləyə tökülməzdən əvvəl kanal milşəkilli formada genişlənərək süd kisəsini əmələ gətirir. Yenidən daralaraq hər bir axacaq gilələrə keçir və süd dəliklərinə açılır.
Bəzi süd axacaqları öz aralarında birləşir. Ona görə də süd dəlikləri süd kanallarından sayca az olur. Limfa düyünləri döşləri dövrəyə alır, onları xərçəng hüceyrələri, həm də bakteriyalardan filtrasiya edir. Antibiotiklər döş xərçənginə səbəb olur. Xərçəng şişi adətən paycıqlarda və ya süd vəzisinin keçidlərində yerləşir.
Süd vəzi xərçəngi qadınlarda onkoloji xəstəliklər arasında 1-ci yeri tutur. Bu xəstəlik kifayət qədər ağır hesab olunur. Hər il dünyada 1 milyarda yarım qadın bu xəstəliyə tutlur və təəssüf ki, bunlardan 600 mini süd vəzi xərçəngindən vəfat edir. Bu xəstəlik süd vəzinin epitelial epitelindən inkişaf edən bədxassəli şişdir.


Xəstəliyin ilk simptomları hansılardır?

-Burada bir neçə qrup simptomlar var. Onlardan birinci və ən əsası süd vəzində düyünlü törəmənin aşkar olunmasıdır. Vəzidə hər hansı bir qızartı, şişkinliyin olması, dərinin içəriyə doğru batması, süd vəzi giləsinin içəri doğru dartılması, konturlarının deformasıyaya məruz qalması , həmçinin vəzidə hər hansısa bir sağalmayan xoranın əmələ gəlməsi də simptomlara aiddir. Bütün bu səbəbləri vaxtında aşkarlamaq üçün mammoloq müayinəsindən vaxtında keçmək məsləhətdir. Çünki vəzidə olan qızartı tam başqa bir səbəblərdən də ola bilər və bunu dəqiq ayırd etmək düzgün müayinədən sonra aydınlaşır.
Qadın özünü müstəqil şəkildə müayinə edə bilər?
-Hər bir qadın həkimə qədər özü özünü müstəqil müayinə edə bilməlidir. Aybaşıdan 1 həftə, 10 gün keçmiş, xüsusən duş qəbulundan sonra yoxlama aparılmalıdır. Bu, ilk olaraq bədənə baxışdan başlamalıdır. Güzgünün qarşısında dayanıb əlləri belində, yaxud başın arxasında saxlayaraq süd vəzisinə ümumi yoxlama-baxış etməlidirlər. Əsas diqqət gilənin içəri dartılmasına, konturların deformasiya olub olmamasına, dəridə qızartılara və limon qabığının başlamasına yönəlməlidir. Sonra süd vəzisini palpasiya, yəni əl ilə ovuşduraraq yoxlamalıdırlar. Saat əqrəbi istiqamətində döşləri palpasiya edərək orada düyünlü törəmənin yaranın yaranmamasını yoxlamalıdırlar. Bundan başqa qoltuqaltı nahiyə də eyni qaydada palpasiya edilməli və qoltuqaltı hissədə limfatik düyünləmənin qeydiyyatı aparılmalıdır.

Süd vəzi xərçənginin ən çox rast gəlinən yaş qrupu 50-55 yaşlı qadınlardır.


Konkret diaqnoz üçün hansı müayinələrdən keçmək vacibdir?
-Konkret diaqnoz 3 cür aparılır. Bunlardan biri mammoloqun baxışıdır. Xəstənin yaşı 35-dən aşağıdırsa yalnız ultrasəs müayinəsi aparılır. Yaşı əgər 35-dən yuxarıdırsa, həm USM, həm də mammoqrafik yolla diaqnoz müəyyən edilir. Bu üç metodla pasiyentə təxmini diaqnoz qoyulur, həmin diaqnoz sonra biopsiya yolu ilə təsdiqlənməli , yaxud da inkar olunmalıdır. Hər hansısa bir düyünlü törəmə aşkarlanarsa, həmin törəmə biopsiya olunmalıdır. Əgər gilədən ifrazat gəlirsə bu ifrazatdan yaxma da götürülür.
USM və mammoqrafik üsulla müayinə metodunun fərqi nədədir?
-Hər 2 müayinə metodu süd vəzi xərçənginin diaqnostikasında aparıcı rol oynayır. Fərq ondan ibarıtdir ki, cavan qadınlarda vəz toxuması üstünlük təşkil etdiyinə görə rentgen şüalarının keşiriciliyi çox aşağı, ultrasəs dalğalarının keçiriciliyi isə yüksəkdir. Buna görə də USM müayinəsi daha çox effektiv olur. Lakin yaş artdıqca rentgen şüalarının keçiriciliyi də artır və mammoqrafik diaqnostika bu dövrdə daha məqsədə uyğun hesab olunur. Digər tərəfdən, bu o demək deyil ki, yaşlı pasiyentlərə USM müayinə aparılmamalıdır. Əksinə, yaş artdıqca mammoqrafik və USM müayinə metodları biri digərini təsdiqləyir, tamamlayır. Elə əlamətlər var ki, onlar USM zamanı aşkarlanır, elələri də var ki, onlar yalnız mammaoqrafik müayinə üçün xarakterikdir. Məsələn, mammoqrafik müayinədə üzə çıxan düyünlü törəmənin düyünlü, yaxud düyünsüz olmasını USM yoxlamasından sonra təyin etmək olur. Süd vəzi xərçəngi zamanı zədələnmiş, yaxud zədələnməsi mümkün olan qoltuqaltı, körpücükaltı və körpücüküstü limfa düyünlərinin müəyyənləşdirilməsində USM müayinəsindən istifadə olunur.


Kimya terapiyası nə zaman aparılır?
-Əhali arasında belə fikir formalaşıb ki, kimsə xərçəng xəstəsidirsə ona mütləq kimya terapiyası aparılmalıdır. Onun artıq pis aqibəti bəllidir və s. Xeyr, bu belə deyil. Bütün xəstələrin heç də hamısı kimya terapiyası almalı deyil. Misal üçün, əgər pasiyent həkimə xəstəliyin ilk mərhələsində müraciət edibsə, şişin ölçüsü, onun histoloji quruluşu, bioloji xüsusiyyətləri əlverişli haldadırsa, həmçinin pasiyentin risk qrupu aşağıdırsa, həmin xəstə kimyəvi dərman terapiyası almır. Belə xəstələr dinamik nəzarətdə qalaraq hormonal müalicə alırlar. Kimya terapiyası müasir onkologiyanın əsasını təşkil edən müalicə vasitəsidir. Bu terapiyadan sonrayaranan bəzi yan effektlər heç də hamı tərəfindən normal qarşılanmır. Bir faktı da yadda saxlamaq lazımdır ki, bu yan təsirlər terapiya müddətindən sonra tamamın keçir, insan əvvəlki həyat ritminə qayıdır. Kim belə terapiya almaq istəmirsə, o zaman ilkin müayinələrə və yoxlamalara mütləq getməlidir.


Xərçəngdən daha çox hansı yaş qrupu xəstələr əziyyət çəkir?
-Xərçəng daha çox yaşlı nəslin xəstəliyidir. Süd vəzi xərçənginin ən çox rast gəlinən yaş qrupu 50-55 yaşlı qadınlar qrupudur. Amma bu o demək deyil ki, 25 yaşlı qadında süd vəzi xərçəngi ola bilməz. Onkologiyada "yoxdur", "olmaz" deyə prinsip yoxdur. Yaş qrupları üzrə baxsaq görərik ki, cavan yaşlı xəstələrdə süd vəzi xərçəngi daha aqressiv formada, yaşlılarda isə nisbətən yumşaq formada keçir. Xərçəng hüceyrəsinin süd vəzisində 1mm ölçüdə bölünüb inkişaf etməsi 1-1,5 il müddətində baş verir. Bu proses tamamilə əlamətsiz keçdiyinə görə illik müayinələrə, yəni mammoloji və USM-ə vaxtında gəlmək lazımdır.
Odur ki, sağlamlığınıza qarşı biganə yanaşmayın! Hər zaman SAĞLAM OLUN!

P.S: Xəbər Azadqadın.az saytına məxsusdur. İstinad şərtdir!


  1. ESMERRi | 21 mart 2016 11:54 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: dılay
    ALLAH GOSTERMESIN XESTELERE WEFA VERSI
  2. dılay | 11 mart 2016 19:14 | Status: Brilliant user | Şərh: 8 185
    ALLAH GOSTERMESIN XESTELERE WEFA VERSI
  3. Aydan18 | 4 dekabr 2014 22:34 | Status: Şərhçi | Şərh: 485
    Buda bir dərti Allah qorusun tşk
  4. ayruska | 24 may 2013 16:09 | Status: Professional user | Şərh: 3 978
    ALLAH OZU QORUSUN UZAQ OLSUN INSALLAH
  5. Nubar-Senan | 6 yanvar 2013 18:02 | Status: Şərhçi | Şərh: 381
    DEHWEET =( qONWUMUZ Cavan gelin BU XESTELIKDEN DUNYASINI DEYIWDI
  6. seven urey | 6 yanvar 2013 15:16 | Status: Şərhçi | Şərh: 407
    allah butun xesdelere sefasini versin.allahdermansiz derd vermesin.AMIN :n27:
  7. cucem. | 4 yanvar 2013 22:11 | Status: Professional user | Şərh: 4 415
    :n27: ALLAH GOSTERMESIN XESTELERE WEFA VERSIN :n27:
  8. TATLI GUZEL | 4 yanvar 2013 16:17 | Status: Professional user | Şərh: 5 781
    Uyyy hshekilleri gordum coox pis oldum :( Bizde bir qohum qadin var idi ondada dosh xerchengi var idi.Allah uzaq elesin
  9. nergiz_zz | 4 yanvar 2013 12:57 | Status: Professional user | Şərh: 3 815
    ALLAH QORUSUN....ALLAH HƏR KƏSƏ ŞƏFA VERSİN..AMİN....
  10. gulya20 | 4 yanvar 2013 12:48 | Status: Professional user | Şərh: 4 678
    Allah ozu qorusun bizleri bu xestelikden.Esrin belasidi bu xestelik.
  11. Damla | 4 yanvar 2013 08:00 | Status: Brilliant user | Şərh: 7 178
    Allah hec kime yawatmasin.......
  12. K.AWK.S.LOVE | 4 yanvar 2013 00:01 | Status: Gümüş user | Şərh: 1 236
    ALLAHIN BIZE REHMI GELSIN BIZDEN UZAQ
  13. _Peri_ | 3 yanvar 2013 23:57 | Status: Gümüş user | Şərh: 1 662
    allah uzaq etsin..wukur bu gunumeki,allahim bele xesteliklerden uzaq edib.
  14. sanel | 3 yanvar 2013 23:32 | Status: Professional user | Şərh: 3 647
    birce bu xesteliyn caresini tasaydilar
  15. Aya:)) | 3 yanvar 2013 22:47 | Status: Gümüş user | Şərh: 2 239
    cox pis xestelikdir
  16. Seninle sevgi | 3 yanvar 2013 22:28 | Status: Şərhçi | Şərh: 155
    allah komey olsun xesdelere
  17. Mickey Mouse | 3 yanvar 2013 22:20 | Status: Professional user | Şərh: 4 008
    alalh uzaq etsin hamidan :n29:
  18. Gunel | 3 yanvar 2013 22:03 | Status: Professional user | Şərh: 4 087
    Oyy dehshetlidir menim dayim arvadi bu xestelikden tutmuhsud yaziq qadin saclari tokulmeye bashladi ariqladi.Elden gedirdi gunu gunden.Indi mualice alir.Allah komeyi olsun her bir kesin
  19. sheyla | 3 yanvar 2013 21:55 | Status: Professional user | Şərh: 836
    Allah her kesi bu xestelikden qorusun.Amin!
  20. B_R | 3 yanvar 2013 21:54 | Status: VİP user | Şərh: 971
    allah uzaq elesin hec kimin bawina gelmez inwallah
  21. seyyar | 3 yanvar 2013 21:45 | Status: Qonaq | Şərh: 0
    allah hamidan uzaq elesin cooooooox pis xestelikdi allah hamidan uzaq elesin qaynananam bu ezrailin elinden oldu gozlerim dayanmadi sekilere baxmaxa dehsetdi :n46:
  22. yerbezeyi | 3 yanvar 2013 20:59 | Status: Şərhçi | Şərh: 198
    2il uşaq emizdirmişəm.allah uzaq etsin
  23. SaPir | 3 yanvar 2013 20:02 | Status: Yazar | Şərh: 979
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  24. _Nazlim_ | 3 yanvar 2013 19:58 | Status: Professional user | Şərh: 2 267
    Allah her kesi butun xesteliklerden qorusun
  25. Nurus. | 3 yanvar 2013 19:38 | Status: Brilliant user | Şərh: 6 982
    Allah uzaq elesin ne olar bele qorxunc seyleri qoymayin bura
  26. Alizes | 3 yanvar 2013 19:35 | Status: Yazar | Şərh: 2 588
    Sitat: AGAA
    EKSINE AZDIR ,SUD VEREN QADINLAR COXUNDA BU XESTELIK OLMUR,

    Bəli, xanım. Ən azı 1 il uşaq əmizdirən qadınlarda süd vəzisi xərçənginə tutulmaq riski olduqca azdır.


    Sitat: Lale
    Of belə üeylərə baxanda çox pis oluram.Allah qorusun hər birimizi belə ağır xəstəlikdən...
    Nuqu təşəkkür canım xəbərə görə

    Amin, Laloçka... Buyur...

    Xanımlar, az öncə bir xəbər yenə hazırlayıb bazaya yolladım bu mövzu ilə bağlı. Daha doğrusu xəbər süd vəzisində hər hansı bir narahatçılığı olan xanımlara aiddir. Evdə təbii üsullarla hazırlanmış müalicəvi məlhəmlərlə bağlıdır. İnşALLAH tezliklə aktiv edərlər.
    Amma hər halda özüm də daxil olmaqla özündə kiçik bir narahatçılıq hiss edən istənilən qadının dərhal həkim mammoloqa müraciət etməsi şərtdir. Unutmayın ki, xəstəliyi vaxtında qabaqlasaq müalicənin effekti də bir o qədər yüksək olacaqdır.
  27. Lola. | 3 yanvar 2013 19:03 | Status: Professional user | Şərh: 2 230
    ALLAH UZAQ ELESIN TEWEKKURLER XEBERE GORE
  28. AGAA | 3 yanvar 2013 18:47 | Status: VİP user | Şərh: 1 153
    Sitat: ListenВ toВ youВ heart
    emizdiren qadinlarda da olma riski coxdur

    EKSINE AZDIR ,SUD VEREN QADINLAR COXUNDA BU XESTELIK OLMUR,VERMEYENLERDE YIGILIR SUD, DUYUNLER EMELE GELIR,SONRA BEZEN IRINEDE CEVRILE BILER,ONDANDA XESTELIK EMELE GELER.BEZEN TEZEDEN USAQ OLANDA VE EMIZDIRENDE USAGI CEKILIB GEDIR O DUYUNLER.
  29. Lale | 3 yanvar 2013 18:47 | Status: Yazar | Şərh: 3 264
    [b][/b]Of belə üeylərə baxanda çox pis oluram.Allah qorusun hər birimizi belə ağır xəstəlikdən...
    Nuqu təşəkkür canım xəbərə görə
  30. selenay | 3 yanvar 2013 18:32 | Status: Professional user | Şərh: 1 466
    oyy allah heçkimin başına gətirməsinnn şəklə baxdim pis oldum(