Sağlamlıq / Qadın xəstəlikləri

Osteoparoz, yoxsa lal epidemiya? (Əlamətləri, riski, müalicəsi)

Alizes | 25-12-2012, 13:01
10 193 35

Sümük – daim təzələnən toxumadır. Sümüklərin orqanizmdə əsas vəzifələrindən biri mineral maddələr mübadiləsidir. İnsanın bütün ömrü boyu onun skeleti daimi regenerasiyaya uğrayır, yəni sümük toxuması daimi olaraq dağılır və yeni əmələ gələn sümük toxuması ilə əvəz olunur.
Müasir məlumatlara əsasən, insan skeleti 10-15 il ərzində tam şəkildə yenilənir.Yeniyetmə və gənc insanlarda sümüklərin əmələ gəlmə prosesi onların dağılması prosesindən üstün olur. Ona görə də onlarda sümük toxumasının sıxlığı artır. Bu proses yalnız "sümük kütləsinin zirvəsi” adlanan müəyyən bir həddə qədər davam edir ki, bu da təxminən 20-30 yaş arasında baş verir. Bundan sonra isə sümük kütləsinin tədricən itirilməsi baş verir.Osteoporoz zamanı nəinki sümük toxuması kütləsinin itməsi, həmçinin onun daxili strukturunun da pozulması baş verir ki, bunun da nəticəsində sümüklər kövrək olur. Bu zaman hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan da (boy ölçüsündə olan hündürlükdən yıxıldıqda, bədənin əyilməsi, çevrilməsi zamanı və s.) sümüklərdə sınıqlar baş verir. Sümük toxumasının itirilməsi nəzərə çarpmadan baş verir və buna görə də xəstəlik yalnız sümükdə sınıq baş verdikdən sonra aşkar olunur. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda, bazuönü sümüklərində baş verməsidir. Bu sınıqların tezliyi yaş artdıqca həm qadınlarda, həm də kişilərdə artmış olur. Ümumiyyətlə, sümük sınıqlarının 70%-nin səbəbi də məhz osteoporozdur.

Sınıqlar içərisində məhz fəqərələrin və bud sümüyü boynunun sınıqları osteoporoz xəstəliyinin ən ciddi fəsadlarından hesab olunur. Belə ki, bud sümüyü sınığı olanlar arasında travma aldıqdan sonra 1 il ərzində ölənlərin sayı 30% təşkil edir. Bu sınığa məruz qalanların 1/3-i özlərinə xidmət göstərmək qabiliyyətini itirərək digər şəxslərin daimi qulluğuna möhtac olur, 50%-ndə isə həyatın keyfiyyəti aşağı düşür.
Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boy ölçüsünün qısalmasına, onurğanın deformasiyasına ("dulluq qozbeli”) və daxili orqanların funksional pozğunluqlarına səbəb olur.
Hazırda müasir dərman preparatlarının tətbiq edilməsi, müvafiq qida rejimi, fiziki hərəkətlər və həyat tərzinə əməl edilməsi nəticəsində osteoporozu müvəffəqiyyətlə müalicə etmək və sınıqların baş verməsinin qarşısını almaq olur.



Osteoporozun risk faktorları
Əfsuslar olsun ki, heç bir adam osteoporoz xəstəliyindən sığortalanmayıb. Mütəxəssislər osteoporoz xəstəliyinə meylli olan insanların 3 risk qrupunu ayırd edirlər. Bu qrup insanlar vaxtında həkimə müraciət edib müayinədən keçməli və müalicə almalıdırlar.
- Yaşın 50-dən artıq olması.
- Qadın cinsinə mənsub olmaq. Kişilərə nisbətən qadınlarda sümük toxuması əvvəlcədən daha nazik və yüngül olur. Menopauza (klimaks) baş verdikdən sonra qadınlarda sümük toxumasının ümumi kütləsi kəskin şəkildə azalmağa başlayır. Əgər klimaks dövrü qadınlarda yaşına uyğun olmayaraq (və ya uşaqlığın və onun artımlarının xaric edilməsi əməliyyatından sonra), vaxtından daha tez baş vermişdirsə, bu halda sümük kütləsinin azalması bioloji olaraq müəyyən edilmiş vaxtdan daha tez başlayır.
- İrsi meyllilik. Əgər sizin yaxın qohumlarınızda ağır olmayan travmatik zədələnmə zamanı sümük sınıqları (xüsusən də bud sümüyünün) baş verərsə, siz öz təhlükəsizliyinizi qorumaq üçün osteoporozun profilaktik tədbirlərinə riayət etməlisiniz.
- Uzun müddət ərzində sümüklərin vəziyyətinə təsir edən qlükokortikoidlərin (prednizalon və s.), hormonların və digər dərman preparatların qəbul edilməsi.
- Revmatik (revmatoid artrit) və endokrin xəstəliklər.
- Kişilərdə kişi cinsi hormonları olan androgenlərin çatışmazlığı (hipoqonadizm).
- Zərərli adətlərin olması – aktiv şəkildə siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi.


Osteoporozun əlamətləri
Osteoporozu "lal epidemiya” adlandırırlar. Ona görə ki, əksər hallarda xəstəlik özünü heç bir əlamətlə büruzə vermir. Lakin bir sıra əlamətlər vardır ki, onlar dolayı yolla osteoporoz xəstəliyinin olmasına işarə edə bilərlər:
- 25 yaşında olan ölçüsünə nisbətən boyun 3-sm və daha artıq dərəcədə qısalması;
- Belin bir az bükülməsi, qamətin pozulması;
- Sümüklərdə və onurğa sütununda olan ağrılar;
- Dişlərin tökülməsi.
Ancaq əksər hallarda insanlar bu əlamətlərə fikir verməyərək, onları digər səbəblərlə əlaqələndirirlər. Buna görə də həkimlər yaşı 50-yə çatmış qadın və kişilərə, həmçinin risk qrupuna daxil olanlara (uşaqlığı yumurtalıqlarla birlikdə xaric edilən qadınlar, aktiv şəkildə siqaret çəkənlər, yaxın qohumlarında bud sümüyünün sınığı təsadüf edilən insanlar və s.) profilaktik olaraq sümüklərin mineral sıxlığının müayinəsindən keçmək məsləhət görülür. Bu məqsədlə xüsusi müayinə olan sümük densitometriyasından istifadə olunur!

dılay | 11 mart 2016 19:16 | Status: Brilliant user | Şərh: 8 184
tewekkurler
Aydan18 | 4 dekabr 2014 22:37 | Status: Şərhçi | Şərh: 485
təşəkürlər

təşəkürlər
Saida Kerimova | 30 may 2013 08:00 | Status: Professional user | Şərh: 1 672
Təşəkkürlər...
ayruska | 24 may 2013 16:10 | Status: Professional user | Şərh: 3 978
Sitat: Nubar-Senan
MARAQLI XEBERDI,HEC OLMASA BILMEDIKLERIMi OYRENIREM TWK
Nubar-Senan | 11 yanvar 2013 16:40 | Status: Şərhçi | Şərh: 381
MARAQLI XEBERDI,HEC OLMASA BILMEDIKLERIMi OYRENIREM TWK
Zehra1989 | 28 dekabr 2012 12:37 | Status: Qonaq | Şərh: 0
cox maraqli melumatdi.tesekkurler
Nursan. | 26 dekabr 2012 21:16 | Status: Gümüş user | Şərh: 1 020
Çox pis xəstəlikdir.Allah qorusun.
TATLI GUZEL | 26 dekabr 2012 14:58 | Status: Professional user | Şərh: 5 781
fAYDALI XEBERDIR.Tesekkurler
Qaracaqiz | 26 dekabr 2012 11:20 | Status: VİP user | Şərh: 1 882
Maraqli melumata gore tesekkur. Vaxtinda xseteliyin ustune dusmek lazimdir amma biz muselmanlar cox sehlenkariq, saqlamliqimiza laqeyid yanasiriq. Menimde arada onurqa sutunumda aqrilar olur gerek hekime muraciet edim. Allah hamimiza saqlam can bexs etsin, xeste olanlarada sefa versin.Amin.
Melek_1 | 26 dekabr 2012 10:37 | Status: VİP user | Şərh: 1 002
twk xebere gore
Damla | 26 dekabr 2012 07:58 | Status: Brilliant user | Şərh: 7 178
Cox lazimli ve faydali xeberdi..Bilmediyim melumatlari elde etdim...
Nigu ellerine sagliq!
UGUR | 26 dekabr 2012 04:34 | Status: VİP user | Şərh: 462
MARAQLI XEBERDI,HEC OLMASA BILMEDIKLERIMIZI BURDAN ÖYRENMISH OLDUQ.TESEKKÜRLER.
konul mamedova | 25 dekabr 2012 23:59 | Status: Professional user | Şərh: 1 711
Qirildiq bu duzun əlindən....Mənim dəduzum var wink ..İstiyən olsa Alizes can xəbər et topdan satiş edərəm)))....


Çox vacib bir problemdir....Baş agrilari halsizliq və yorgunluq verir adama..Masaj olunmasa adam lap ölür..Allah hamiya kömək olsun...

təşəkkürlər canim :n45:
nurays | 25 dekabr 2012 23:00 | Status: VİP user | Şərh: 908
tesekkurler xebere gore
gulya20 | 25 dekabr 2012 22:10 | Status: Professional user | Şərh: 4 678
Menimde boynumun bir az asagisinda problem var.Etrafli melumat ucun cox tesekkurler.Lazimli xeberdi.
_Nazlim_ | 25 dekabr 2012 19:34 | Status: Professional user | Şərh: 2 267
mendede sumuk eyriliyi ve belimde duz var.agrisi meni ele cox incidirki.bunun tek mualicesi idmandi.odaki tenbel oldugumdan hec etmirem :n27:
Meqa | 25 dekabr 2012 19:18 | Status: Professional user | Şərh: 2 077
heç bilmədim söhbe neden gedir yani anlamdım
OZ_DUNYAMIZ | 25 dekabr 2012 19:13 | Status: Gümüş user | Şərh: 1 205
eeehh mendede herden yaman agrayir idman edirem agrisi kecen kimi deyirem daha yaxsi olmusam ...
elnare terlan | 25 dekabr 2012 18:57 | Status: VİP user | Şərh: 1 407
allah butun xestelikleri uzaq etsin xeste olanlara sefa versin amin
momine_313 | 25 dekabr 2012 18:15 | Status: Şərhçi | Şərh: 81
TWK
Alizes | 25 dekabr 2012 18:01 | Status: Yazar | Şərh: 2 588
Sitat: _Mamedova_
elametlerinnen artrosa benzetdim,ikiside eyni xestelik ola bilermi?

Yox, Eska. Artroz oynaqların xəstəliyidir. Osteoparoz isə bütün sümük sisteminin. Ümumi əlamətləri ola bilər, çünki hər ikisində söhbət sümüklərdən gedir. Amma artrozdan fərqli olaraq osteoparozda lori dildə desək sümüklərin "əriməsi" baş verir və bu müəyyən yaşdan sonra daha çox qadınlarda müşahidə olunur.

Sitat: lolaВ 1
SIXILDIME NE ISE BU XEBERDEN

Sizi bu faydalı xəbərimlə sıxdığım üçün üzrlü hesab edin, Xanım! Əziyyət çəkib çox-çox dolğun və mənalı şərh yazdığınız üçün isə mən sizə çox təşəkkür edirəm. Yazan əlləriniz ağrımasın!
sanel | 25 dekabr 2012 17:38 | Status: Professional user | Şərh: 3 647
faydalixeberdi tesekkur
meray | 25 dekabr 2012 16:19 | Status: VİP user | Şərh: 565
Faydalı xəbərdi oxudu və bu barədə məlumatlandım, sağ ol
_Mamedova_ | 25 dekabr 2012 15:30 | Status: Gümüş user | Şərh: 1 837
elametlerinnen artrosa benzetdim,ikiside eyni xestelik ola bilermi?
Princess_93 | 25 dekabr 2012 15:25 | Status: Brilliant user | Şərh: 5 877
diqqetle oxudum ve bilmediyim cox weyi oyrendim tewekkurler canim menim ellerin derd gormesin
B_R | 25 dekabr 2012 15:22 | Status: VİP user | Şərh: 971
twk maraqliydi
qaragoz | 25 dekabr 2012 15:22 | Status: Qonaq | Şərh: 0
sag olun
Gunel | 25 dekabr 2012 15:21 | Status: Professional user | Şərh: 4 087
Diqqetle oxudum sona qeder deyerli xeberdir.Cox sag ol gozelim :n17:
Feriha. | 25 dekabr 2012 14:42 | Status: Professional user | Şərh: 4 746
tewekkurler
Aya:)) | 25 dekabr 2012 14:41 | Status: Gümüş user | Şərh: 2 239
tesekkur edrem