Sağlamlıq

Kesar(Qeysəriyyə) əməliyyatı

Nergizim_t | 4-07-2012, 21:00
21 223 43



Kesar doğumların körpələr üzərində ola biləcək Təsirləri

. tənəffüs problemləri
. səbəbsiz ağlamalar
. yatıştırılamayan ağlama fasilələri
. əmizdirmə çətinlikləri
. həddindən artıq hərəkətlilik və təpikləmə
. kolik (mədə sancısı-qaz)
. həzm çətinlikləri
. qəbizlik
. uşaqlıqda davam edən baş ağrıları
. konsentrasiya və təhsil çətinliyi
. təcavüzkar davranışlar
. yuxu problemi
. altını islatma

Normal doğum sonrasında da yuxarıdakı narahatlıqlar baş verə bilər. Təklif olunan müalicələri sınamaqda fayda vardır.



Kesar doğumların analar üzərindəki ola biləcək duyğusal və fiziki təsirləri

Təbii doğum etmək istəyən ancaq doğumun uzanması sonunda keser əməliyyata razı salınan analarda xəyal qırıqlığı və günahkarlıq duyğusuna qapılırlar. Kifayət qədər cəhd etmədikləri ya da güclü olmadıqlarını fikirləşərək özlərini günahlandırarlar. Xüsusi bir anı, ovladının doğum anını qaçırdıqlarını düşünərək verdikləri qərardan peşman ola bilərlər. Belə bir ruh hallı ananın doğumu unutmaq istəməsinə səbəb ola bilər.

Duyğusal çətinlik yaşayan analara doğumda körpənin də bir rolu olduğunu xatırlatmaq lazımdır. Günahkarlıq duyğularına qapılmaq yerinə, anayla körpəsini bir-birinə bağlayan taleyin bir qisməti olaraq görmək daha yaratıcıdır. 


Kesarin səbəb olduğu əməliyyat izi fiziki şikayətlərin başında gəlir. İz ağrılı, həssas ya da hissiz ola bilər. Bəzi qadınlar əməliyyat sonrasında özlərini ikiyə bölünmüş hiss etdiklərini söyləyərlər. Bədəni enerji sahələriylə təyin edən Çin tibbinə görə bu diaqnoz olduqca yerindədir. İzin, bədəndəki təbii enerji axışını pozması həzmsizlik və qəbizliyə, bunların nəticəsi olaraq da kilo alışına səbəb ola bilər. Əməliyyat sonrası ortaya çıxan baş ağrıları və kürək ağrıları da enerji axışının pozulmasından qaynaqlana bilər.

Əməliyyatdan 3 həftə sonra, əməliyyat izinin bir il müddətlə bitki mənşəli yağlar tətbiq edərək müalicə edilməsi mümkündür. Əgər bir il sonra şikayətlər davam edirsə akupunktur müalicəsinə müraciət etməkdə fayda vardır.

P.S. Akupunktur müalicə - vücudun bəzi nöqtələrinə çox incə uçlu özəl iynələr batırılaraq aparılan müalicə deməkdir.


nergiz_zz | 4 iyul 2012 23:06 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN DƏRD GÖRMƏSİN.ALLAH XEYİRLİSİN NƏSİB ETSİN.AMİN...............
Vetenperver | 4 iyul 2012 23:03 | Status: Professional user | Şərh: 6 700
Çox lazımlı xəbərdir!Hər şeyin təbiisi.Təbii doğuş,təbii ana südü.Əvvələr qadınlar 7-8 uşaq doğurdular,hamısı təbii doğuşnan,amma indi əksər analar qorxularından və özlərini əziyyətə vermədən qaçırlar keserə,öz övladlarına nə qədər fəsad verirlər,başa düşmürlər.Hələ uşaqlarına ana südü vermək əziyyətinədə dözməyib südü kəsib çekirlər süni qidaya(əlbətdə istisnalar var).Keserə xüsusi göstəriş əsasında olar,misal üçün çanaq dar olanda,və ya təbii doğuş heç cürə baş tutmayanda sə s.Amma elə belə rahatdıl üçün keserə getmək yalnız özünü fikirləşmək deməkdir.İndiki analar dözümsüz olub.
zyoma | 4 iyul 2012 22:56 | Status: VİP user | Şərh: 185
Normal dogus yaxsidi.Amma mecbur olanda keserkada yaxsidi.
sanel | 4 iyul 2012 22:35 | Status: Professional user | Şərh: 3 647
normal dogusa ustunluk verirem
yelda | 4 iyul 2012 21:45 | Status: Qonaq | Şərh: 245
normal dogum her seyden daha yaxsidir.
Alizes | 4 iyul 2012 21:42 | Status: Yazar | Şərh: 2 588
Ezelden qetiyyen eleyhine olmuwam Kesar emeliyyatinin. Yalniz xususi gosteriw olduqda bu emeliyyata el atmagi duzgun bilirem. 15 deqiqelik sancidan qacmaq ucun narkozla dunyaya uwaq getirmek qetiyyen yolverilmezdir. Genc xanimlarin nezerine catdirim ki,normal doguwun eziyyeti sanci tutmalari bawlanan andan hesablasaq uzagi 5-6 saat cekilirse,uwagi dunyaya getiren an o sanci hiss olunmursa bele Kesar emeliyyatinin ezabi doguwdan sonra,hetta en azi 3-4 ay muddetinde davam edir. Sizce hansi daha agilli secimdir; 5-6 saat, yoxsa 3-4 ay? :n10:

Xeberde yazilanlar baresinde melumatim var idi. Bilmeyenler ucun maariflendirme cehetden cox gerekli xeberdi. Muellife tewekkurler...
G-----16 | 4 iyul 2012 21:40 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: Hande
Bu emeliyyatin ziyan oldigu barede melumarim var ama day bu derecede yox idi

canim tam raziyam seninle canim menim
Hande. | 4 iyul 2012 21:29 | Status: Professional user | Şərh: 1 357
Bu emeliyyatin ziyan oldigu barede melumarim var ama day bu derecede yox idi.Tewekkurler canim bizi melumatlandirdigin ucub smile
_Almira_ | 4 iyul 2012 21:19 | Status: Professional user | Şərh: 1 167
tənəffüs problemləri
. səbəbsiz ağlamalar
. yatıştırılamayan ağlama fasilələri
. əmizdirmə çətinlikləri
. həddindən artıq hərəkətlilik və təpikləmə
. kolik (mədə sancısı-qaz)
. həzm çətinlikləri
. qəbizlik
. uşaqlıqda davam edən baş ağrıları
. konsentrasiya və təhsil çətinliyi
. təcavüzkar davranışlar
. yuxu problemi
. altını islatma

Bu emeliyyatin bele fesadlara yol acdigini bilmirdim...Xebere gore teşekkurler canim!
aynur.xuda | 4 iyul 2012 21:19 | Status: Gümüş user | Şərh: 1 289
her kese elbetdeki ana adaylarina normal dogum arzulayiram
HEYATIM | 4 iyul 2012 21:13 | Status: Professional user | Şərh: 2 110
hmm maraqlidi twk
Princess_93 | 4 iyul 2012 21:13 | Status: Brilliant user | Şərh: 5 877
Hmmm mene aid olmasada oxudum geleceycun
Ayka21 | 4 iyul 2012 21:11 | Status: Yazar | Şərh: 2 770
Tesekurler canim bu haqda melumatim yox idi...