Orqanizmin təmizlənməsi / Maraqlıdır

Vələmir və zeytun yağıyla orqanizmin təmizlənməsi

Aytekin82 | 7-06-2013, 14:00
24 939 32
Hər hansı xəstəliyin başında orqanizmdə maddələr mübadiləsinin pozğunlugunun dayandığını bilirsinizmi?

Mərhum fitoterpevt Kamil Qurbanovdan bəzi tövsiyyələri sizlərlə bölüşmək istəyirəm.


Vələmir kiseli

1kq vələmir (овсянка) dənini arıdıb təmizləməli. Sonra kofemolkada bir qədər xırdalamalı. Tam üyütmək olmaz. Ağzı bağlı qabda saxlamalı. Hər gün 2 xörək qaşığı vələmiri emallı qazana qoyub üstünə 1 litr su tökərək, vam odda 1 stəkan kişel qalana qədər qaynatmalı (təxminən 1,5 – 2 saat)
Günorta və axşam yeməkdən sonra 0,5 stəkan içməli.
Bu kiseli içənlərdə qəbizlikdən, köpdən və kökəlməkdən söhbət gedə bilməz))))



Zeytun yağlı balzam


200 qr zeytun yağı


200 qr limon şirəsi ( 4-5 limonun şirəsi)



200 qram bal

100 qr araq ( çibuş olsa lap yaxşı)))))))

Hamısını 800 qramlıq bankaya töküb tam bir-birinə qarışana qədər qarışdırmalı. Sonra sərin yerə qoyub gündə 3 dəfə yeməkdən yarım saat sonra bir xörək qaşığı içməli. İçməzdən əvvəl bankanı yaxşıca qarışdırmalı.
Yuxarıdakı miqdar bir aya bəs edir. Müalicə də bir ay davam etməlidir. 3 ay ara verib bir daha təkrarlamaq olar.

Hamınıza can sağlığı arzusuyla mən Aytəkin

cucem. | 7 iyun 2013 14:30 | Status: Professional user | Şərh: 4 415
maraqlidir yeni kokeltmir bu mualice???
SULTANIM | 7 iyun 2013 14:21 | Status: Ekspert | Şərh: 4 742
Cox maraqli ve faydali melumatdi.tesekkurler.