Sağlamlıq / Orqanizmin təmizlənməsi

Orqanizm üçün sarımsağın faydaları

Aytekin82 | 22-07-2015, 16:30
32 470 11


 
AzadQadın.az  bildirir ki, sarımsaq həzmi yaxşılaşdırır, bağırsaqda qazın çıxarılmasına kömək edir. Pankreasda insulinin çoxalmasına kömək etdiyindən diabet xəstələrində qanda olan artıq şəkərin azalmasında effektlidir. Xroniki və kəskin bronxit, astma, qaymorit, xroniki zökəm, soyuqdəymə zamanı sarımsaq bənzərsiz dərman hesab olunur. Sarımsaq qanda olan xolestrolun səviyyəsini, yüksək təzyiqi azalda bilir, ürək tutmaları və insultun qarşısını ala biləcək vasitələrdən biridir. Sarımsaq qan damarlarını açır, toxumalara qanın daxil olmasını çoxaldır, qan dövranını yaxşılaşdırır, spazmanı aradan qaldırır və ürək xəstəliyinin sağalmasına yardım edir.
 
Son elmi araşdırmalar təsdiq edib ki, sarımsaq antioksidant kimi effektivdir, onun kükürd birləşmələri xərçəngə qarşı mübarizə apara bilir. Eyni zamanda sarımsaq orqanizmimizi ətrafdakı zərərli maddələrdən və nikotinin zərərindən qoruyur.
  
Sarımsaq xalq təbabətində hər zaman qiymətləndirilib və ondan bu günə qədər çox istifadə edirlər. Antibiotiklər kəşf olunana qədər vərəmə, yatalağa qarşı, müharibə zamanı yaraların dezinfeksiyası üçün sarımsaqdan istifadə olunub. Sarımsaq döş qəfəsi infeksiyaları zamanı müalicə üçün təbii dərman sayılır. Soyuqdəymə, zökəm və qulaq infeksiyası zamanı yaxşı kömək edir. Sarımsaqdan istifadə etmək qan dövranı və beynə qan axını problemini aradan qaldırır. Xoralar, xərçəng, rəhm xərçəngi, xroniki otit, boğaz ağrısı, sepsis, toksik şok viruslu infeksiyalar zamanı çox istifadə olunur.
  
Alimlər sarımsağın faydalarını və zərərlərini araşdırarkən öyrəniblər ki, bu tərəvəz sadəcə xərçəngin qarşısı alınması zamanı deyil, şiş artımının yavaşladaraq müalicəsində istifadə olunur.
  Təzə doğranmış sarımsaq allisin ifraz edir. Allisin və digər uçucu yağlar yüksək antiseptik və antibiotik komponentlərə sahibdirlər. Buna görə də ciddi infeksiyalar zamanı sarımsaq effektiv təsir göstərir. 
Sarımsağın tərkibində efir yağları, B vitamini qrupları, fermentlər, minerallar var.
 
Üzünüzdə sızanaq  varsa, üzərinə təzə sarımsaq çəkin.
 
Əgər hər gün yediyimiz qidalar sırasına sarımsağı əlavə etsək, infeksiyalara, xolesterinə, ürək xəstəliklərinə, qandakı şəkərə qarşı qorunmuş olarıq.  Sarımsaq şirəsini qarında olan problemlər zamanı içməyi məsləhət görürlər.
 
Bağırsaq parazitlərinə qarşı 4 diş sarımsağı gecə ərzində suda və ya süddə isladıb səhəri içmək lazımdır.
 


Yana1000 | 25 iyul 2015 01:10 | Status: Şərhçi | Şərh: 46
xərçəngə çox xeyirlidir bilirəm və çox xoşlayıram ailədə hamı yeyir
Dəniz qızı | 24 iyul 2015 10:03 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Ay_Sun
Sarimsagi cox sevirem,ailelikce yeyirik.Tesekkur bacim melumat ucun.

Biz də.
Ay_Sun | 24 iyul 2015 01:07 | Status: Brilliant user | Şərh: 13 408
Sarimsagi cox sevirem,ailelikce yeyirik.Tesekkur bacim melumat ucun.
Röyamsan. | 23 iyul 2015 23:15 | Status: Brilliant user | Şərh: 6 102
Sarımsağın faydalı olduğunu bilirəm amma yeyə bilirəm. 0101
azerin f. | 23 iyul 2015 16:33 | Status: VİP user | Şərh: 1 068
Menim sevimli qidam sarimsaq.Calisiram ki,her gun yeyim.Atam bize hemise sarimsaq yemeyi meslehet bilir,faydasini cox gorub,ele mende.Ona gore de,qisi qrip olmuram
SEVDA | 23 iyul 2015 08:58 | Status: Nəzarətçi | Şərh: 17 439
Bezi yemeklerle yeyirem.twk melumatlarçun...
Guler_İsmayılova | 23 iyul 2015 01:59 | Status: Şərhçi | Şərh: 322
Bezi yemekler var ki xususile onunla sarimsaq olmalidi. Amma yeye bilmeyenler xirdaca bir qazana 2 diw dograya da biler. En faydali erzaqlar sirasindadir
boris arxan | 23 iyul 2015 00:58 | Status: Professional user | Şərh: 4 784
Sitat: kiraz mevsimi
Sarmisaq faydali olsada iyrenirem yeye bilmerem.
SEVA | 23 iyul 2015 00:05 | Status: Professional user | Şərh: 5 150
Faydasini bilirdim tesekkurler nese sevmiremde yesemde gucle haaa ama yarpaq dolmasiyla ayri lezzetdide tesekkureler
Cicim İncim | 22 iyul 2015 18:59 | Status: Gümüş user | Şərh: 2 456
Sarımsağın faydasını hamıdan yaxşı bilirəm,kəskin qoxusuna görə yeyə bilmirəm.Yadımdan çıxıb axırıncı dəfə nə vaxt sarımsaq yemişəm.Başqası da yeyəndə iydən yanında dayana bilmirəm.
Real Madrid CF | 22 iyul 2015 16:39 | Status: Qonaq | Şərh: 0
Sarmisaq faydali olsada iyrenirem yeye bilmerem.