Sağlamlıq / Orqanizmin təmizlənməsi

Dərdlərə dərman olan qarğıdalı saçağının FAYDALARI

Banu. | 18-07-2016, 19:30
5 634 12



Əgər siz də qarğıdalı saçağının orqanizm üçün faydalarını bilsəniz yəqin ki, onu gərəksiz bir zibil kimi atmayacaqsınız. Qarğıdalı saçağı zəngin tərkibi, faydalı xüsusiyyətləri ilə bir çox dərdlərin təbii dərmanıdır.

Xalq təbabətində qarğıdalı saçağından çox qədim zamanlardan istifadə olunub. O, aşağıdakı xəstəliklərin müalicəsində effektli təbii vasitədir:

Böyrək iltihabı

Sidik yollarının iltihabi xəstəlikləri

Qastrit

Piylənmə

Vərəm

Şəkərli diabet

Hipertoniya

Dəri xəstəlikləri

Venaların varikoz genişlənməsi

Sonsuzluq və potensiya zəifliyi

Yuxusuzluq və əsəb pozğunluğu

Ateroskleroz və onkoloji xəstəliklərin profilaktikası

Qarğıdalı saçağının əsas faydalarından biri sidikqovucu və ödqovucu xassəyə malik olmasıdır. O, ödün axanını yaxşılaşdırır, öd durğunluğunu aradan qaldırır.

Qarğıdalı saçağının antibakterial və iltihab əleyhinə güclü təsiri sayəsində böyrək xəstəlikləri zamanı spazmaları və ağrıları götürür, orqanizmdən sidiyin xaric olmasında yaranan problemləri aradan qaldırır.

Qarğıdalı saçağından müntəzəm istifadə edildikdə, o qanda şəkəri tənzimləyir, həmçinin xolesterinin səviyyəsini aşağı salır.

Stresslə mübarizə üçün qarğıdalı saçağı ən yaxşı təbii vasitələrdən biridir. O, sinir gərginliyini, zehni və fiziki yorğunluğu aradan qaldıraraq sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.

Piylənmə, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində qarğıdalı saçağı aşağıdakı qaydada hazırlanır.

5 xörək qaşığı qarğıdalı saçağının üzərinə 400 qram su əlavə edilib 30 dəqiqə zəif odda qaynadılır. Sonra 3 saat dəmdə saxlanılır. Bu müddətdən sonra süzülür və gün ərzində 3 dəfə 30 qram yeməkdən əvvəl qəbul edilir.

Piylənməyə qarşı qarğıdalı saçağından hazırlanmış dəmləməni hər 3 saatdan bir 50 qram qəbul etmək lazımdır.

İştəhasız və çəkisi az olan insanlara qarğıdalı saçağından istifadə məsləhət görülmür.
 


guel | 20 iyul 2016 12:39 | Status: VİP user | Şərh: 475
Hec istifade etmemisem. Ama qarigdalini cox sevirem. Her gun bisirirem. Esl movsumudur
SEVDA | 19 iyul 2016 16:07 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: SEVDA
Faydalı melumata gore twk...
Dəniz qızı | 19 iyul 2016 13:15 | Status: Brilliant user | Şərh: 8 017
Qaynanam çox istifadə edir...
guluz.ilahe | 23 aprel 2016 16:23 | Status: Qonaq | Şərh: 0
Mende istifade etmisem ve faydasinida gormusem
SEVDA | 20 aprel 2016 17:13 | Status: Nəzarətçi | Şərh: 17 439
Faydalı melumata gore twk...
BULUTUM | 18 aprel 2016 22:44 | Status: Professional user | Şərh: 7 387
Heyatimdi cox sevirem qarqidalini.Amma yerli qargidali olsun.Amerkan sort xoslamiram o,qeder.
ESMERRi | 18 aprel 2016 20:56 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Gülay
təşəkkürlər..
Hali | 18 aprel 2016 20:52 | Status: VİP user | Şərh: 484
Qargidalini çox xowluyuram
B.Fereh | 18 aprel 2016 20:11 | Status: Nəzarətçi | Şərh: 6 975
Boyreklerimde problem olanda istifade elemiwem.Twk.
Gülay | 18 aprel 2016 18:47 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər..
Gülçin | 18 aprel 2016 17:33 | Status: Brilliant user | Şərh: 6 780
Ateroskleroz və onkoloji xəstəliklərin profilaktikası
___________________________________________________________

İstifadə edirəm, həkim məsləhətiylə.
dılay | 18 aprel 2016 17:24 | Status: Brilliant user | Şərh: 8 183
Istifade edirem ..