Sağlamlıq / Orqanizmin təmizlənməsi

Qəbzlik tez-tez rast gəlinən bir şikayətdir

gunes batarken | 1-12-2013, 16:30
37 468 36

Qəbzlik tez-tez rast gəlinən bir şikayətdir. Qəbzlik dedikdə defekasiya aktları arasında intervalın uzanması və nəcisin bərkiməsi başa düşülür. Normada bəzi insanlar gün ərzində 2-3 dəfə, digərləri isə həftədə 2-3 dəfə defekasiya aktı həyata keçirirlər. Defekasiya aktları arasında fasilənin 3 gündən çox olması və bunun 3 aydan çox davam etməsi qəbzlik hesab edilir. Bunla yanaşı, qəbzlik diaqnozunun qoyulması üçün nəcisin bərk olması, defekasiya aktı zamanı gücənmə, defekasiya aktının natamam olması hissi də əsas götürülür. Bəzi hallarda qəbzlik hallarında qarında köp və tutmaşəkilli ağrılar qeyd edilir.

Səbəblər:


Bir çox hallarda qəbzliyin səbəbini tam müəyyən etmək olmur. Aşağıda qəbzliyin bilinən səbəblərini sadalayırıq:
- Qidada liflərin azlığı.
- Gündəlik maye qəbulunun az olması.
- Arıqlama məqsədilə seçilən bəzi "pəhriz”lər. Adətən bu növ pəhrizlərdə liflər azlıq təşkil edir.
- Psixi gərginlik.
- Depressiya.
- Bəzi dərmanların əks təsirləri. Bunlara ağrıkəsicilər (xüsusilə də daxilində kodein olanlar), bəzi antiasidlər, antidepressantlar, dəmir həbləri, morfin və s. aid edilə bilər.
- Qalxanabənzər vəzi fəaliyyətinin azalması.
- Qıcıqlanan bağırsaq sindromu.
- Divertikulyoz.
- Bağırsaq keçməzliyi.
- Yoğun bağırsaq xərçəngi
- Babasil.
- Onurğa beyinin zədələnməsi.
- Parkison xəstəliyi və yayılmış skleroz.
- Hamiləlik. Hər 5 hamilə qadından birində qəbzlik qeyd edilir. Bunun əsas səbəbi hamiləlik zamanı hormonal statusun bağırsaq fəaliyyətini ləngitməsi hesab edilir.

Bir çox insanlarda yuxarıda sadalanan problemlərin heç birinin olmamasına rəğmən qəbzlik mövcud olur. Bu növ qəbzlik ideopatik, yəni səbəbi bilinməyən qəbzlik adlanır. Bu insanlarda bağırsaq fəaliyyəti normadan aşağı olur. Bəzi mütəxəssislər bu növ qəbzliyi "funksional” və ya "birincili” qəbzlik kimi təsnif edirlər.

Profilaktika

İdeopatik hesab edilən qəbzliklərdən başqa digər növ qəbzliklərin qarşısını almaq olar.

Bunun üçün aşağıdakılar tövsiyyə olunur:

- Liflə zəngin qidalanma: Gün ərzində qida tərkibində 30 qr lifin olması tövsiyyə olunur. Liflər bitki mənşəli qidalarda olur və həzm edilmir. Liflər bağırsaqlarda qalır və bağırsaq fəaliyyətini yaxşılaşdırır. Meyvə və tərəvəzlər liflə zəngin qidalar arasında ön siradadırlar. Tövsiyyə olunur ki, gün ərzində 5 pay meyvə və ya tərəvəz qəbul edəsiniz. Bir pay meyvə dedikdə alma, şaftalı, armud, banan və ya apelsin böyülükdə bir meyvə və ya iki gavalı böyüklükdə meyvə nəzərdə tutulur. Bir paya bu və ya digər meyvənin 1 fincan təzə hazırlanmış şirəsi də aid edilə bilər. Tərəvəzin bir payı dedikdə bir nimçə göy-göyərti nəzərdə tutulur. Ələnməmiş um məmulatları liflərlə zəngin qida hesab edilir. Makaron və vermişel yeməkləri bu nöqteyi-nəzərdən dəyərlidirlər. Üyüdülməmiş dənlərdən hazırlanmış (məsələn, qarabaşaq yarması, düyü, qarğıdalı və s.) yeməklər də liflərlə zəngin olur.

- Çoxlu miqdarda maye qəbul edin. Çalışın gün ərzində ən azı iki litir maye qəbul edin. Qəbul etdiyiniz mayenin əsas hissəsi sidiklə xaric olacaq, amma bir hissəsi nəcisin yumşalmasında iştirak edəcək. Spitrli içkilə əksinə bağırsaqlarda mayeni azaldır. Odur ki, ya onlardan qaçın və ya spirtli içki qəbulu zamanı daha çox su için.

- Sorbitol. Sorbitol təbii rast gəlinən şəkərdir. O bağırsaqlarda yaxşı həzm olunmur və bağırsaqlara maye cəlb edir. Sorbitol təbii olaraq osmotik effekt yaradır. Bəzi meyvələrin tərkibində yüksək sorbitol olur: alma, ərik, qarağat, üzüm, şaftalı, gavalı, moruq, çiyələk. Qurudulmuş meyvələrdə sorbitolun miqdarı təzə meyvələrdən 5-10 dəfə yüksəkdir.
- Bədəni aktiv saxlamağa çalışın. Axşamlar təmiz havada 1-2 saatlıq gəzinti çox effektlidir.

- Tualet istəyini təxirə salmayın. Bəzi insanlar ya işinin xarakteri, ya da öz istəyi ilə "defekasiya çağırışını” təxirə salır və gecikdirir. Bu nəcisin daha da bərkiməsinə və sonralar hərəkətinin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən tualetdə olan zaman da tələsmək məqsədəuyğun deyil. Defekasiya aktı sakit və tələsiklik olmayan vəziyyətdə həyata keçirilməlidir. Daha yaxşı olar ki, səhərlər və ya yeməkdən 30 dəqiqə sonra defekasiya aktı həyata keçirilsin. Çünki bu zaman bağırsaq hərəkətləri aktiv olur və defekasiya aktı asanlıqla baş verir.

Həkimə nə zaman müraciət etməli?


Davam edən qəbzlik hallarında həkimə müraciət etməniz və lazimi tövsiyyələr almanız vacibdir. Bir çox insanlar öz təşəbbüsləri ilə işlədicilər istifadə edirlər. Bu bir çox hallarda zərərli ola bilər. Yuxarıda sadalandığı kimi qəbzliyin əsas səbəblərindən biri bağırsaq hərəkətliliyinə təsir edə bilən orqanların xəstəlikləridir. Bu xəstəliklərin zamanında müalicə edilməməsi daha ağır fəsadlar törədə bilər. Odur ki, istənilən qəbzlik hallarında həkimə müraciət etməniz arzu ediləndir.


mənbə: etibb.org
Redaktə etdi: Gunewim

Sunay Elizade | 29 may 2015 18:13 | Status: Gümüş user | Şərh: 2 156
bele bir problemim yoxdu tsk
FarizEhmedli | 18 aprel 2015 18:30 | Status: Şərhçi | Şərh: 198
xeberlere gore tesekurler
GULUM_OL | 26 avqust 2014 21:11 | Status: Şərhçi | Şərh: 221
maraqlidir
SABINA | 14 may 2014 11:45 | Status: Professional user | Şərh: 7 410
Sitat: peri23
maqaqli melumat idi
peri23 | 28 aprel 2014 12:02 | Status: Qonaq | Şərh: 0
maqaqli melumat idi
Gulshen. | 20 fevral 2014 12:54 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 21 dekabr 2013 16:16 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore sag olun
Xedice 033 | 4 dekabr 2013 22:31 | Status: Şərhçi | Şərh: 151
Yerli melumat ucun tsk
sehla gozlum | 2 dekabr 2013 20:37 | Status: Şərhçi | Şərh: 162
menim qizimda da bu prablem var.nece defe mualice etdirmisem xeyri olmayib
OLUM MELEYI | 2 dekabr 2013 15:36 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRRRRR
MELEK_ | 2 dekabr 2013 11:28 | Status: Professional user | Şərh: 3 949
deyerli xeber ucun tesekkurler
Vetenperver | 2 dekabr 2013 10:13 | Status: Professional user | Şərh: 6 700
Faydalı xəbərdir.

Sitat: Lumia
mende olur arada,cox quru yemekdendir.

Elə məndədə olur arada.
NURLU | 2 dekabr 2013 08:07 | Status: Professional user | Şərh: 5 552
ALLAH hamıya kömək olsun
Nur | 2 dekabr 2013 07:35 | Status: Professional user | Şərh: 3 988
faydali xebere gore tesekkurler
beehive | 2 dekabr 2013 02:44 | Status: Şərhçi | Şərh: 331
bir bardak (stakan) ılık su içine bir yemek kaşığı bal karıştırıp içilmesi kabızlığa çok iyi gelmekte. Peygamberimizin tavsiyesidir. Bizzat test edilmiştir....
deniz555 | 2 dekabr 2013 01:05 | Status: Şərhçi | Şərh: 264
melumat ucun tesekkurler
shaffa | 1 dekabr 2013 23:14 | Status: Qonaq | Şərh: 0
ALLAH hamıya kömək olsun.xeyirlı məlumata görə çox sag olun.
ferzane | 1 dekabr 2013 22:56 | Status: VİP user | Şərh: 1 042
twk lazimli xeberdi
birdane | 1 dekabr 2013 22:32 | Status: Professional user | Şərh: 3 726
mendende bir meslehet her seher 1stekan ac qarina su icses bagirsaginiz normal isleyer xebere gore tesekkurler
Leyla. | 1 dekabr 2013 22:29 | Status: Professional user | Şərh: 2 597
Melumat ucun cox sagolun.
Alice | 1 dekabr 2013 22:08 | Status: Professional user | Şərh: 5 020
Məlumatlandırıcı xəbər üçün təşəkkürlər..
su peerisi | 1 dekabr 2013 21:51 | Status: Gümüş user | Şərh: 955
Seher yemeyinden yarim saat qabaq 1stiliq su icmak bu problemi aradan qaldirir.
gulya20 | 1 dekabr 2013 21:10 | Status: Professional user | Şərh: 4 677
Melumata gore tesekkurler.
M.Aliyeva | 1 dekabr 2013 20:54 | Status: Gümüş user | Şərh: 1 970
nedense idi cox adamda bele wikayet var .
Allah qorusun.
SEVDA | 1 dekabr 2013 20:35 | Status: Nəzarətçi | Şərh: 17 439
melumata göre twk...
RaySum | 1 dekabr 2013 19:56 | Status: Professional user | Şərh: 2 594
DepreSiya....!
RUSTEM | 1 dekabr 2013 19:31 | Status: Qonaq | Şərh: 0
maraqli xeberlerdi tşk edirem
Ulviyye | 1 dekabr 2013 19:26 | Status: Gümüş user | Şərh: 2 839
lazimi xeberdir ama bele problmim yoxdur wukur retqi olur wink tewekurler
Lumia | 1 dekabr 2013 19:06 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem,mende olur arada,cox quru yemekdendir.
Röyamsan. | 1 dekabr 2013 17:40 | Status: Brilliant user | Şərh: 6 102
Cox Faydali Xeberdi Tewekkurler Canim...