Orqanizmin təmizlənməsi / Sağlam ol!

Kiçik qurdun böyük fəsadları

gunes batarken | 9-11-2013, 16:30
28 495 39



Ağızda sulanma, üzdə və bədəndə allergik səpgilər askaridozdan xəbər verir.

Müasir dövrdə insanların tez-tez qarşılaşdığı xəstəliklərdən biri də qurd xəstəlikləridir. Xəstəliyə daha çox azyaşlılar arasında rast gəlinsə də, böyüklər arasında da bu mərəz geniş yayılmaqdadır. Səhiyyə Nazirliyinin 113 xidmətində həkim-infeksionist ixtisası üzrə bölgələr üzrə ağır xəstələrin konsultasiyasını aparan infeksionist, parazitoloq Vüqar Cavadzadə parazit qurd hesab edilən askaridin törətdiyi xəstəlik – askaridoz barədə məlumat verir.


Xəstəlik ilkin olaraq hansı əlamətlərlə müşahidə edilir?
- Askaridoz -ümumi intoksikasiya, ağızda sulanma, xəstələrin yuxuda olarkən dişlərini bir-birinə sürtməsi, üzdə və bədəndə allergik səpgilər, mədə-bağırsaq və digər orqanlarda patoloji pozğunluqlar ilə müşahidə edinən parazitar xəstəlikdir. Parazit qurd hesab edilən askaridin törətdiyi xəstəlik askaridoz adlanır. Askarid uzunluğu 20-40 sm ölçüdə olan, böyüklər və uşaqlar arasında geniş yayılan yumru qurddur. Askarid qurdu nazik bağırsaqda parazitlik edərək, yumurtalarını nəcis vastəsilə xarici mühitə yayır. Gün ərzində dişi askarid təxminən 240 minə yaxın yumurta qoyur. İnsanlar xəstəliyə əsasən ilin isti aylarında qida məhsulları, meyvə-tərəvəz və su vastəsilə yoluxurlar. Böyüklərə nisbətən uşaqlar 2 dəfə çox askaridoza yoluxur. Qida maddələri, meyvə-tərəvəz və su vasitəsilə askarida yumurtaları sağlam insanların həzm traktına düşərək sürfələrə çevrilib, sürfələr qapı venası vasitəsi ilə qaraciyərə, ürəyə, ağ ciyərlərə sonra isə bronxiollara düşərək, bronxlara keçib udlağa doğru hərəkət edirlər. Xəstə yuxuda olarkən sürfələr udularaq, yenidən bağırsaqlara düşüb yetkin parazitə çevrilirlər. Yaşlı askarid insanın bağırsaqlarında təxminən 1 ilə yaxın yaşayaraq müxtəlif patoloji proseslərin inkişafına səbəb olur. İlk əvvəllər xəstələrdə halsızlıq, yorğunluq, baş ağrısı, tərləmə, yuxusuzluq, əsəbilik müşahidə edilir. Daha sonra xəstələrdə əzələ-oynaq ağrıları, dəri qaşınması, üzdə və bədəndə allergik səpgilər, quru, əziyyətli öskürək rast gəlinir. Ağır hallarda xəstələrdə ikincili infeksiyanın qoşulması nəticəsində irinli bəlğəm ifrazı, nadir hallarda isə bəlğəmdə qan izləri aşkar edilir. Əksər xəstələrdə mədə-bağırsaq pozğunluğu (ürəkbulanma, qusma, qəbizlik və s.) əsas yer tutur. Bəzən xəstələr qusma zamanı qurdu xaric edirlər. Nadir hallarda xəstələrdə yuxuda olarkən qurdun burundan düşməsi də müşahidə edilir. Xəstələrdə bu əlamətlərlə yanaşı ürək nahiyyəsində ağrılır, ürək döyünmə, arterial təzyiqin düşməsi, anemiya (qan azlığı) əlamətləri aşkar edilir. Xroniki formaya keçdikdə askaridoza məxsus çox saylı əlamətlər özünü zəif biruzə verir. Uşaqlarda askaridoz zamanı iştahasızlıq, əqli inkişafın ləngiməsi, yaddaşın zəifləməsi, bəzən epilepsiyabənzər tutmalar, çəkinin getdikcə azalması, əsəbilik, ətrafdakı insanlara qarşı aqressiya, yuxusuzluq, ağızın sulanması, yuxuda dişlərinin bir-birinə sürtməsi, qəbizlik, quru öskürək, dəri səpgiləri və digər bu kimi əlamətlərlə özünü biruzə verir.


Askaridozun orqanizm üçün nə kimi fəsadları ola bilər?
  Askarid öd yollarına daxil olduqda xolangit (öd yollarının iltihabı),xolesestit (öd kisəsinin iltihabı),hepatit (qara ciyərin iltihabı),pankreatit (mədəaltı vəzinin iltihabı), kolit(yoğun bağırsağın iltihabı), bağırsaq keçməməzliyi, bağırsaq deşilməsi, qəbizlik fonunda babasilin inkişafı və kəskinləşməsi, asfeksiya (boğulma) və s. kimi ağırlaşmalarla nəticələnə bilər.

 Xəstəliyin diaqnozu və müalicəsi hansı formada həyata keçirilir?
Askaridozun əsas diaqnozu nəcisdə askarid yumurtalarının tapılmasına əsasən qoyulur. Xəstəliyin müalicəsində müxtəlif müalicə üsulları tətbiq edilsə də medikamentoz (dərman) müalicə ilə müdaxilə daha məqsədəuyğun hesab olunur. Askaridozun müalicəsində hal-hazırda çoxsaylı dərman preparatlarından (Albendazol, Mebendazol, Dekaris və s.) istifadə edilir. Dərman preparatları təyin edərkən mütləq xəstənin yaşı, bədən çəkisi, xəstənin cinsi, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.

Bütün xəstəliklərin profilaktikası üçün əsas şərt sayılan gigiyenik qaydalara riayət olunması çox güman ki, askaridozun müalicəsi üçün də keçərlidir?
Təbii ki, şəxsi gigiyena qaydalarına mütəmadi riayət edilməlidir. Əsas profilaktik tədbirlərə əllərin təmiz saxlanması, meyvə-tərəvəzlərin istifadəsindən əvvəl təmiz yuyulması, uşaqların torpaqla təmasının məhdudlaşdırılması, uşaq bağçalarında və məktəblərdə mütəmadi olaraq qurdlara görə müayinələrin aparılmasından ibarətdir.


mənbə: tibb.az
Redaktə etdi: Gunewim

ESMERRi | 10 aprel 2016 19:27 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Sunay Elizade
maraqli xeberdi tsk
dılay | 12 fevral 2016 15:03 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Sunay Elizade
maraqli xeberdi tsk
Sunay Elizade | 29 may 2015 18:15 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
BULUTUM | 27 aprel 2015 00:08 | Status: Professional user | Şərh: 7 387
Bir refiqem var. qizinin 8 yawi var o qeder ariqdi uwaq iyne gozunden kecer sanki.uwaq yaziq olub sabaha qalib sanki.Demeli normal yemir,her seher durur oguyuy,yag eti uzune getirmir.elebil hamile qadinlar kimi.Anasi men bunu goturub hekime ggetdik.analiz verdi.ddiaqnoz askarid qurd novu awkarlandi.Iyne derman yazdi hekim dedi getir sabah yuyaq duz bagirsaqdan.iinanin qizin bagirsaqindan 6 dene qurd tokuldu.3gun getdik.seheri 3 qurd,obiri gun 2 qurd duwdu.Indi uwaq emele gelib her wey yeyir.yeke qiz olub.
xeyalə | 28 fevral 2015 17:29 | Status: Qonaq | Şərh: 0
Bir teher oldum
my life is music | 3 fevral 2015 19:31 | Status: Gümüş user | Şərh: 736
en boyuk problemdir bu
AYSEMSEN | 7 oktyabr 2014 17:50 | Status: Qonaq | Şərh: 0
Allah komeyimiz olsun

Allah komeyimiz olsun
GULUM_OL | 26 avqust 2014 21:11 | Status: Şərhçi | Şərh: 221
Tesekkurler
SABINA | 6 iyun 2014 23:49 | Status: Professional user | Şərh: 7 410
FU İYRENDİM 0119
Nergiz love | 14 may 2014 16:06 | Status: Professional user | Şərh: 7 871
ALLAH XESTELIKLERI BIZLERDEN UXAQ ELESIN
Röyamsan. | 10 dekabr 2013 19:12 | Status: Brilliant user | Şərh: 6 102
Allah Uzaq Etsin
deniz555 | 2 dekabr 2013 01:10 | Status: Şərhçi | Şərh: 264
artiq demeye soz tapmiram
babocka | 26 noyabr 2013 01:42 | Status: Şərhçi | Şərh: 258
xebere gore teshekkurler cox sheyi men bilmirdim
NUSABE | 12 noyabr 2013 13:58 | Status: Qonaq | Şərh: 0
allah hec kime gostermesin.amma her kesde qurd var
ww.ss | 11 noyabr 2013 02:32 | Status: VİP user | Şərh: 695
Allah qorusun
SEVDA | 11 noyabr 2013 00:49 | Status: Nəzarətçi | Şərh: 17 439
[]ALLAH GOSTERMESIN[/quote]
LARA SOFI | 11 noyabr 2013 00:24 | Status: VİP user | Şərh: 735
AYDA ALLAH UZAQ ETSIN
M.Aliyeva | 10 noyabr 2013 21:42 | Status: Gümüş user | Şərh: 1 970
uy da ureyim qalxdi, seherecen qawinacam.
Aylin_Cicek | 10 noyabr 2013 16:55 | Status: Şərhçi | Şərh: 550
Xeberin sadece basligini oxudum,sekillere baxdim , bes etdi, Allah uzaq elesin
Röyamsan. | 10 noyabr 2013 13:19 | Status: Brilliant user | Şərh: 6 102
QUR XESETLIKLERI AXIR VAXTLAR COOX YAYLILB INSANLAR ARASINDA
denizdeniz | 10 noyabr 2013 12:49 | Status: Şərhçi | Şərh: 197
men cox qorxuram qurdan meyveleri ve goyertini sirkeli su ile yumasam yeye bilmerem wassat
RaySum | 10 noyabr 2013 09:52 | Status: Professional user | Şərh: 2 594
qurdan daniwmiyin mene :)
ramile79 | 10 noyabr 2013 01:22 | Status: VİP user | Şərh: 646
MENIM QARDASIMDA VAR IDI ASKARIDOZ IANIAN COX TEHLUKELIDIR INAIN KI HAMINIZ YOXLANIN BESILERI COX GIZLI INKISAF EDIR XUSUSILE USAQLARDA
Ulviyye | 9 noyabr 2013 23:07 | Status: Gümüş user | Şərh: 2 839
AAA ALLAH UZAQ ETSIN NECEDE IYRENCDIYE HEC KIME BELE XESTELIK GOZTERMESIN GECE GECE NESE BIR TEHER OLDUME
Mehdiyeva Cinara | 9 noyabr 2013 21:48 | Status: VİP user | Şərh: 1 038
bilirem.cox pis xestelikdir
Ayanim | 9 noyabr 2013 21:19 | Status: Gümüş user | Şərh: 1 920
dehwet... temizliye fikir vermek lazimdi. birde sarimsagdan istifade eliyirem iyi var onun demeyin. 5ci gun axwam yemeyinde 6ci gun gunorta yemeyinde. 1ci gun yoldawim iwe qizim baxcaya gedir deye
su peerisi | 9 noyabr 2013 20:49 | Status: Gümüş user | Şərh: 955
Hem qorxdum,hem de iyrendim.
Alice | 9 noyabr 2013 20:33 | Status: Professional user | Şərh: 5 020
Azda olsa məlumatım var idi... Allah uzaq etsin...
nara hesenova | 9 noyabr 2013 20:26 | Status: Gümüş user | Şərh: 1 201
Sitat: Gulyar Memmedova
Allah uzaq etsin. hem iyrenirem,hemde qorxuram
Nazlı_Kız | 9 noyabr 2013 20:08 | Status: Brilliant user | Şərh: 6 473
Allah uzaq etsin