Sağlamlıq / Orqanizmin təmizlənməsi

Orqanizm üçün ən zərəli məhsulların TOP-10-luğu

dr.Samira | 20-05-2011, 14:00
12 236 129

 Siyahıya düşmüş ərzaqların zərələri ağır xəstəliklər törədə bilmə xüsusiyyətlərinə görə seçilib. Reytinqin bir çox "üzvləri" tez-tez zəhərlənmələrin və ağır allergik reaksiyaların səbəbkarı olurlar,ancaq sağlam insanlar üçün az miqdarda istifadə zamanı ziyansız ola bilər.

           1.yer:çips və qazlı içkilər 

 

 Çips- boya və dad əvəzedicilərlə qılaflanmış yağ və karbohidrat qarışığından ibarətdir. Hazırlanma xüsusiyyətindən asılı olaraq çipslərdə çox miqdarda kanserogen--xərçəng törədən maddələr əmələ gəlir. Hidrogenləşdirilmiş yağlar isə qanda xolesterinin miqdarını artırır(bunlara qatil yağlar da deyirlər) ki,bu da infarkt və insultların yaranma riskini artırır. Şirin qazlı içkilər--şəkət,kimyəvi maddələr və qaz qarışığından ibarətdir.Tərkibində adətən,aspartam(E951),sintetik şəkər əvəzedici olur. Aspartamın tərkibinə daxil olan felatanin hissiyyat həddini təhrif edir,böyük dozalarda istifadə zamanı maniakal depressiya,panika,əsəbilik və hətta zorakılıq  tutmalarının inkişaf etməsinə səbəb ola bilər. Bundan əlavə konservant kimi istifadə olunan Natrium -benzoat(E211) fermentlərin  fəaliyyətini zəiflədir ki,nəticədə maddələr mübadiləsi pozulur və piylənməyə şərait yaranır.

 
               2.yer:fastfud

 

 Ən tez hazırlanan yeməklər-dönərlər, hamburgerlər, qutablar, perojkilər, şaurma, fri kartoflar və ümumiyyətlə qızardılan hər şey çox zərərlidi. Çünki onları eyni transgen yağda qızardırlar,yağı gec-gec dəyişirlər,dadı dəyişməsin deyə kimyəvi maddələr əlavə olunur ki, bunlar hamısı konserogendir. Bu cür qidalanma illər sonra həzm sistemində pozğunluqlara-kolit,qastrit,qəbizlik,reflyuks və s. gətirib çıxarır.

 

              3.yer: kolbasa və hisdə qurudulmuş ərzaqlar

 

 Sosiska, kolbasa, donuz salaları, pelmenilər və s. adi ətdən daha çox qida boyaları və aromatizarları ilə zəngindilər . Hisdə qurudulmuş ət və balıq da kanserogen maddələrlə çox zəngin olduğuna görə bu reytinqə daxil olub. Bu kanserogenlərə onların xüsusi işlənməsi nəticəsində əmələ gələn benzopiren maddəsini misal göstərmək olar. Son dövrlərdə istehsalçıların əksəriyyəti genno-modifikasiyalanmış xammallara üstünlük verirlər. Məsələn,sosiska və kolbasalarda 80 % transgen soya var. Hisə verilmiş kolbasanın bir dilimində isə şəhər mühitində insanın bir il ərzində nəfəs aldığı qədər fenol birləşmələri mövcuddur. Fenol son dərəcədə toksikdir.

 
              4.konservantlaşdırılmış meyvə və tərəvəzlər

 

Hətta  ən xeyirli və təbii ərzaqlar olan meyvə-tərəvəzlər əgər şose  kənarında və ya fabrik-zavod yaxınlığında yetişdirilərsə zərəli ola bilərlər.Belə ərzaqlardan yeməklə siz çox miqdarda benzopiren və digər kanserogen maddəl qəbul etmiş olarsınız.Konservantlara gəlincə isə,onların tərkibində  Natrium-qlyutamat ola bilər.Bu maddə ilə zəhərlənmə baş ağrısı,damarlarda spazm və hətta madələr mübadiləsinin pozulması kimi özünü büruzə verə bilər.


             5,yer:marqarin, şirniyyatlar və taxıl bitkiləri

 

 Marqarin başdan ayağa transgen yağdır---yağın ən zərəli növüdür.Tərkibində marqarin olan bütün ərzaqlar ziyanlıdır.Bunlar piroqlar,kremli tortlar,qat-qat xəmirlərdən hazırlanan şirniyyatlar və s.lərdir.Şəkər və yağla ifrat dərəcədə zəngin olan məhsullar maddələr mübadiləsini pozacaqlarına zəmanət verirlər.

Taxıl bitkiləri,daha dəqiq desək ağ çörək,bu siyahıya ona görə düşüblər ki,bəzi insanların orqanizmi onu qəbul edə bilmir.Bu hal seliakiya adlanır.Xəstəliyin simptomları bağırsaq problemlərindən tutmuş diabet və hətta sonsuzluq ola bilər

      
              6.yer: kofe və energetik içkilər,süd

 

 Gün ərzində 2-3 fincan,artıq olmaz! Orta yaşlı insan ancaq bu qədər içərək sağlamlığına təhlükə yaratmaya bilər.Energetik içkilərdən isə mümkün qədər az-az istifadə edin. Süd məhsulları isə orqanizm tərəfindən mənimsənilməsi çətin olan məhsullara aiddir. Süd zülalları ilə zəhərlənmə ağır hallarda ölümə gətirib çıxara bilər.
               

7.yer:dondurmalar və ev işi tutmalar.

 

 Əgər ev şəraitində banka bağlayarkan hər şeyi düzgün etsək, sterilizasiya, duz miqdarı, dezinfeksiyaya düzgün əməl etsək və ağzını yaxşı bağlasaq qorxmadan bu tutmaları yeyə bilərik. 

 Dondurmalarda qatılaşdırıcı maddələr və aromatizatorlar var ki,bunlar maddələr mübadiləsini zəiflədir və artıq çəkiyə yol açır. 

 
           
 8.yer:konfetlər,pastilalar,çupa-çups.


 

 Külli miqdarda şəkər, kimyəvi əlavələr, boyalar, əvəzedicilər və s. ilə zəngindirlər.

               

9.yer:şokolad batonları

 

Bu nəhəng miqdarda kalorinin kimyəvi əlavələrlə,genetik modifikasiyaya uğramış ərzaqlarla,boya və aromatizatorlarla birləşməsidir.


              10.yer:mayonez 

Mayonez-kanserogen maddə sayılan transyağla zəngindir , bundan əlavə qanda xolesterinin miqdarını artırır.Plastik qabda qablaşdırılan mayonezləri yemək isə daha da təhlükəlidir,çünki mayonezin tərkibindəki sirkə ,plastik materialdan ən konserogen maddələri xaric edə bilmək xüsusiyyətinə malikdir.Mayonez külli miqdarda konservant və stabilizatorlarla zəngindir.

 



Sunay Elizade | 29 may 2015 18:21 | Status: Gümüş user | Şərh: 2 156
men her gun redbul bide cipsi yemesem icmesem olerem
my life is music | 3 fevral 2015 19:30 | Status: Gümüş user | Şərh: 736
bunlari bilirdimmmmmmmmmmmmm
my life is music | 24 yanvar 2015 19:46 | Status: Gümüş user | Şərh: 736
bes onda ne yeyek ay balalar

buradasudun de adini yaziblar amma sudzererli deyil
ay gunes | 5 oktyabr 2013 21:26 | Status: VİP user | Şərh: 916
tesekkurler.
Azeda | 6 avqust 2013 13:45 | Status: Qonaq | Şərh: 0
Düzgün qidalanmaq sağlamlığın özəlidir.
Beren | 15 iyun 2013 21:16 | Status: Professional user | Şərh: 3 214
1.yer:çips və qazlı içkilər
3.yer: kolbasa və hisdə qurudulmuş ərzaqlar
10.yer:mayonez

Bunların heç birindən imtina edə bilmərəm.Çooox sevirəm.
Saida Kerimova | 15 iyun 2013 20:14 | Status: Professional user | Şərh: 1 672
Şokolad və çips sevirəm axı recourse
Ay Gul | 5 iyun 2013 11:53 | Status: VİP user | Şərh: 431
sokalad ve sirniyyati sevirem men :)
nailem | 22 aprel 2013 16:58 | Status: Şərhçi | Şərh: 314
sud sakalad ve sasiska sevirem ama heftede 1defe
Akademik | 25 mart 2013 13:51 | Status: Professional user | Şərh: 4 580
obirilerini yemesemde olar, heç xoşlamıram demek olar, amma çipsi ve kolbasadan vaz gece bilmirem n27
ilaska-03 | 3 mart 2013 11:14 | Status: Qonaq | Şərh: 0
Men bunlerin hamsini bilridim yenede tesekkurler
Meqa | 14 fevral 2013 14:17 | Status: Professional user | Şərh: 2 077
maraqlıdı teşekürler
Gunel23 | 2 fevral 2013 14:25 | Status: Qonaq | Şərh: 0
cox sag olun melumatlara gore
zumer | 31 yanvar 2013 18:51 | Status: VİP user | Şərh: 703
Ne yaxsi bunlari bilmis oldum.Sokalad cox yeyirem.Mutleq azaldacaM.Cipsini bilirdim digerlerini yox..Melumata gore Tesekkurller!sayenizde bunuda bilmis olduq.
AMARILLIS | 31 yanvar 2013 08:42 | Status: Şərhçi | Şərh: 152
elimdetezece kolbasa-chorek goturub yemek isteyirdim ki... bu yazini oxudum, indi de kolbasani yeyirem :n5:
Meqa | 27 yanvar 2013 19:38 | Status: Professional user | Şərh: 2 077
uufffffff bes ne yeyek eeeeeeeee
PrEnSeS_ | 7 dekabr 2012 07:32 | Status: VİP user | Şərh: 554
Təşəkkür edirəm.
_Nazlim_ | 20 noyabr 2012 16:35 | Status: Professional user | Şərh: 2 267
AMMA SOKOLADI VE KOFENI COX XOWLAYIRAM :n27: CALIWARAMKI BELE SEHV ETMEYIM
HEYATIM | 5 sentyabr 2012 02:13 | Status: Professional user | Şərh: 2 110
TEWEKKURLER MEN OZUM HEKIMLIKDE OXUDUQUM UCUN BULARDAN BAWIM CIXIRR
P.S | 30 avqust 2012 20:38 | Status: VİP user | Şərh: 995
xowladigim weyler
life82 | 4 avqust 2012 15:42 | Status: Gümüş user | Şərh: 985
DADLI ŞEYLER HEMIŞE ZIYANLI OLUR
Ayka21 | 26 iyul 2012 12:11 | Status: Yazar | Şərh: 2 770
Hmmmmmm sevdiyim seylerdi tesekkurler :n28:
G-----16 | 24 iyul 2012 20:25 | Status: Gümüş user | Şərh: 2 227
aaaaaaaaa men bunlarin hamisini sevirem axii :n28:
TATLI GUZEL | 21 iyul 2012 18:57 | Status: Professional user | Şərh: 5 781
aaaaa men bunlarin coxunu xoslayiram axiii.en esasda Redbulllllllllllllll
solnusqa | 9 iyul 2012 16:15 | Status: Qonaq | Şərh: 0
maraqli melumatdi ama men bu yazilanlardan en cox sirin seylere ustunluk verierem ziyan oldugunu bile bile
HEYATIM | 1 iyul 2012 03:00 | Status: Professional user | Şərh: 2 110
AY NE EDESEN MECBUREN ALISANDA AMMA BULARDAN MEN COX ISTIFADE ETMIREM XEBERDE COX MARAQLIDI