Düzgün qidalanma / Manşet

İnsanı gözəlləşdirən qidalar

leyla meherremova | 23-09-2013, 10:30
6 947 33

http://dl4.glitter-graphics.net/pub/1702/1702684aa0sdn0ep4.gif

Ehtiva etdikləri təbii maddələr səbəbiylə bir çox bitki, gözəl bir dəriyə qovuşmanızı təmin edir. Sızanaqlara yaşıl yarpaqlı bitkilər, dəri  
quruluğuna zeytun yağı, qırışlara meşə meyvələri yaxşı gəlir. Yaz aylarında gözəlləşmək istəyən qadınlara, təbii qidaları tövsiyə edən  mütəxəssislər, sızanaqlara yaşıl yarpaqlı bitkilərin, dəri quruluğuna zeytun yağı və qırışlara isə moruq və böyürtkən kimi meşə meyvələrinin yaxşı gəldiyini ifadə edir. 

 
Mütəxəssislər, tərtəmiz və hamar bir dəriyə sahib olmaq istəyənlərin, ləkə,civzə və qırışlardan xilas olması üçün ehtiyac duyduğu 10 qidanı belə açıqlayır:

Tünd yaşıl yarpaqlı bitkilər: Sızanağa yaxşı gəldiyi təsbit edilən, ispanaq kimi tünd yaşıl yarpaqlı bitkilər bol miqdarda antioksidan ehtiva edir. Bu bitkilərin bir qisimində bol miqdarda dəmir var. Kifayət qədər dəmir almayan qadınların cildlərində tünd rəngli halqalar meydana çıxar . Yaşıl yarpaqlı bitkilərdə olan minerallardan biri də  sinkdir. İsveçdə problemli dəriyə sahib xəstələr üzərində edilən bir araşdırmaya görə, diyetlərinə sink əlavə olunduğunda, 3 ayda üzdə 85%-lik bir yaxşılaşma olduğu təsbit edildi. Sink eyni zamanda ziyanlı kolagenin qırılıb yeni kollagen çıxarılmasını da təmin edir. 

Zeytun yağı: Dəri quruluğuna qarşı tövsiyə edilən zeytun yağı, hamar bir dəri təmin edir. Əgər çox quru və tökülən bir dəriyə sahibsinizsə, kifayət qədər yağ almır ola bilərsiniz. Bu vəziyyətdə , qidalanma proqramınıza uyğun miqdarda yağ əlavə etdiyinizdə, bu vəziyyətin bir neçə həftə içərisində yaxşılaşdığını görərsiniz. Əgər quru dəri probleminiz varsa , gündə bir şorba qaşığı zeytunyağı sizin üçün idealdır. Əgər probleminiz tıxanmış dəridirsə, o zaman zeytun yağındakı yağ turşuları bunların təmizlənməsinə köməkçi olar. 

Su: Qurumuş bir dəri, solğun və boz görünür. Buna ən yaxşı gələn şey isə sudur. Nəmlənən dəri, daha sağlam görünər. Ayrıca qırışlar da bu şəkildə daha az müəyyən olar. Bunun üçün hər gün minimum 2 litr su içməlisiniz. Əgər məşq edirsinizsə, bu miqdarı artırın.
Brokoli: Dərini elastik tutan brokoli, A və C vitaminləri kimi antioksidanlar baxımından bir çox qidadan daha zəngindir. Ayrıca xərçəngə qarşı təsirli olan kimyəvilər də ehtiva edər. C vitamini, dərini elastikləşdirir və göyərmə və çürümənin qarşısını alır. A vitamini isə infeksiyaya qarşı müqaviməti artıraraq Civzələrin qarşısını alar.

Meşə meyvələri: Tut, böyürtkən, moruq, çiyələk kimi meşə meyvələri qırışlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, polifenollar (bir növ antioksidant) istehsal edərlər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar . Bir ovuc çiyələkdə olan C vitamini, gündəlik ehtiyacınız olan kollagenləri təkrar bərpa etməyə çatacaq miqdardadır. 

Somon balığı: Omega-3 yağ turşularını istehsal  edər. Bunlar, kollagenləri yox edən müstəqil radikallarla döyüşər və dəri üzərində incə xəttlərin dərinləşməsini önləyər. Tövsiyyə edilən miqdar, həftədə 3 dəfə somon yeməkdir. Əgər dəniz məhsullarından xoşlanmırsınızsa, o zaman alacağınız 2 min mg-lık balıq yağı istifadə etməlisiniz,115 qramlıq somonun əvəzində. Ya da qidalanma proqramınıza kətan toxumu yağı və fındıq əlavə edə bilərsiniz. Bunlara  civzəyə yaxşı gələn sink daxildir.

Kantalup qovunu: Pul tökülməyə(saçlarda) qarşısını alan bu qovun, likopen kimi karotinə bənzər maddələr istehsal edir. Bunlar, qırışların ortaya çıxmasına səbəb olan, kollagenin ziyan görməsi vəziyyətini azaldar. Dərinizin rəngi donuqsa, gündə bir neçə dilim Kantalup qovunu yemək sizə yaxşı gələcəkdir. Ayrıca dirsək və diz bölgəsindəki dəri sərtləşmə və qurumaları üçün də faydalıdır.

Soya: sızanaqlara qarşı soya, hansı formada olursa olsun tam bir dəri qurtarıcısıdır. İstehsal etdiyi Estrogenlərə bənzəyən kimyəvilər səbəbiylə, civzə meydana gəlməsinin önünə keçə bilər. Ayrıca soyada, yeni hüceyrə meydana gəlməsinə köməkçi olan və dərini nəmli tutan E vitaminindən də bol miqdarda tapılar. 

Kök: Qırışıqlara yaxşı gəlir.Kökdə olan beta karotin quru dəri üçün birə-birdir. Bu maddə, ərik və şirin kartof kimi digər narıncı rəngli tərəvəz və meyvələrdə də tapılar.

Yulaf: Toksinlərin çölə atılmasını təmin edən yulafın ağır-ağır bişərək hazırlanması lazımdır. Yulaf istehsal edən liflər, bədən tərəfindən toksinləri filtr etməkdə istifadə edilər. Ayrıca B vitaminləri baxımından da son dərəcə zəngindir.

 http://dl4.glitter-graphics.net/pub/1702/1702684aa0sdn0ep4.gif
 

sadəcə MƏN | 23 sentyabr 2013 11:20 | Status: Brilliant user | Şərh: 4 771
Vallah burdakıların bəzilərini heç yeyə bilmərəm,amma buna baxmayaraq... hər şey superdi)aciq Təşəkkür Leyla xanım!
GulSam | 23 sentyabr 2013 10:56 | Status: Şərhçi | Şərh: 227
maraqli idi tewekkurler
Qanad | 23 sentyabr 2013 10:40 | Status: Yazar | Şərh: 4 357
Tesekkurler