Düzgün qidalanma / Üz dərisinə qulluq

Dərini gözəlləşdirən faydalı vitaminlər…

Akademik | 24-07-2013, 10:30
20 310 34

 
Dəri üçün faydalı vitaminlər…

Azadqadin.az bildirir ki, Yeməklərdən aldığınız vitaminlərin bədənimizə olduğu qədər dərimizə də faydalarını saymaqla bitməz.

Bəslənmə vərdişimiz dərimizin aynasıdır. Dərinizdə davamlı civzə, sızanaq və ləkə problemləri yaşayırsınızsa, bəslənmə vərdişinizi dəyişdirməniz lazımdır. Çünki qidalarda olan vitaminlər bədənimiz xaricində dərimizə də təsir etməkdədir.

Dəriniz üçün istifadə etdiyiniz nəmləndirici və baxım məhsullarının yerinə əslində yalnız qidalarla belə dərinizin parlaq və təmiz olmasını təmin edə bilərsiniz.

C vitamini

Dərinizin yenilənməsini, möhkəmləşməsini və dolğunlaşmasını təmin edən kollagen toxunun çıxarılmasını təmin edər. Dərini və bədəni yaşlanmağa qarşı qoruyar. Yara, yanıqlarının yaxşılaşmasını təmin etdiyi kimi dərinizə parlaqlıq qazandırar. Hər gün mütləq C vitamini ehtiva edən yeməklər yemənizi təklif edərik, çünki suda əriyən C vitaminləri bədən tərəfindən yığılmaz. Bu vitamin portağal, limon, kələm, quşburnu, təzə qırmızı bibər, cəfəri, kivi, brokoli, limon, ananas, kartof, çiyələk kimi bir çox meyvə və tərəvəzlərdə var.

A vitamini

Həm civzə həm də yaşlanma əleyinə olan A vitamini immunitet sistemini gücləndirərək dəri problemlərinin müalicəsində ən əhəmiyyətli vitaminlərdən biridir. A vitaminin və bənzər vitamin növlərinin dərisni təzələdiyi və qırışıqlıqlara qarşı döyüşdüyü müşahidə edilmişdir. Antioksidan olduğu üçün bədənimizi və dərimizi infeksiyalara qarşı qoruyar. Bu vitamin qaraciyər, süd, yumurta sarısı, kök, ispanaq, brokoli, ərik, şaftalı, balqabağ, kök kimi bir çox qidadadır.

E vitamini

Dəri üçün nəmləndirici xüsusiyyətə sahib olan bu vitamin hüceyrə yenilənməsinə də köməkçi olar. E vitamini ən təsirli antioksidanlardan biridir. Dərisi gözəlləşdirib, incə xəttlərin yox olmasını təmin edər. Nəmləndirici bir xüsusiyyətə sahib olan bu vitamin qoruyucu xüsusiyyəti səbəbiylə günəş kremlərinin içində də tez-tez istifadə edilməyə başlandı. Buğda toxumu yağı başda olmaq üzrə, taxıl və yaşıl yarpaqlı tərəvəzlər, fındıq, badam, zeytunyağı, günəbaxan yağı, soya yağı, balıq yağı, sardina, pomidor, kartof kimi bir çox qidadadır.

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.




sadəcə MƏN | 24 iyul 2013 19:23 | Status: Brilliant user | Şərh: 4 771
Akademikin daha 1 gözəl xəbəri.)Çox faydalı məlumatlardır və ayrıca xəbər də çoz yaxşı redaktə olunub.Təşəkkür
SULTANIM | 24 iyul 2013 19:13 | Status: Ekspert | Şərh: 4 742
Faydali melumata gore tesekkur edirem.
Göz yaşlarım | 24 iyul 2013 18:51 | Status: Şərhçi | Şərh: 424
mən bütün vitaminləri yeyirəm onsuz da
ayruska | 24 iyul 2013 18:33 | Status: Professional user | Şərh: 3 978
XEBER COX GOZEL ALINIBEEEEE