Sağlamlıq / Düzgün qidalanma

Şirniyyatın zərərləri.

Banu. | 5-06-2012, 16:21
11 219 47


 Şirniyyatlardan imtina etməyin ən başlıca səbəbləri.

Bugünkü gündə qənnadı məmulatları dükanlarında, bir çox  xalqların milli şirniyyatlarını təklif edən  kafelərdə, restoranlarda o qədər rəngarəng çeşidli şirniyyat məhsullarına rast gəlirik ki, insan onların dadına baxmaqdan, ləzzətini duymaqdan özünü güclə saxlaya bilir. Bəziləri isə bundan heç cür yan keçə  bilmir. Və nəticədə hər yeyilən şirniyyat artıq çəki, kökəlmə ilə özünü biruzə verir. Amma  bu hələ hamısı deyil. Hər yeyilən tort parçası, pirojki, sonralar  daha ciddi problemlər -  maddələr mübadiləsində, əsasən karbohidrat, yağ və zülal mübadiləsində pozğunluqlar törədir. 

 


 Doğrudur, şirniyyatsız yaşamaq mümkün deyil. Onların tərkibində karbohidratlar var və  onlar da orqanizm üçün həyati əhəmiyyətli vacib qida materialıdır. Orqanizmin hüceyrələri mütəmadi olaraq karbohidratların daxil olmasından çox asılıdır. Onlar orqanizm üçün enerji mənbəyidir. Bundan başqa, şirniyyat orqanizmdə «xoşbəxtlik hormonu» adlandırılan serotoninin ifrazını təmin edir. Lakin əgər şirniyyat yemək həvəsi  məhəbbətə çevrilirsə, bu zaman ciddi problemlər meydana çıxmağa başlayır. 

Son zamanlar alimlərin  şirniyyatların qəbulunun orqanizmə zərərli təsirini öyrənmək məqsədilə  aparıdığı   tədqiqatlardan alınan nəticələr yəqin  ki, oxucularda da maraq doğurar.

 

Şirin həyatın əlavə təsirləri  aşağıdakılardır:

 

 

 

 Göbələk xəstəlikləri.

Tort parçası və ya şokoladdan imtina edə bilməyən insanlar, xüsusilə də qadınlar çox vaxt göbələk xəstəliklərindən (urogenital kandidozdan) əziyyət çəkirlər. Məlumdur ki, bu xəstəliyin törədiciləri kandida cinsindən olan göbələklərdir və onlar hər bir sağlam insanın bədənində yaşayırlar. Lakin onların həddindən artıq çoxalması baş verərsə (antibiotik qəbulu, immunitetin zəifləməsi, çoxlu şirniyyat qəbulu onların artımına təsir edir), bu zaman xəstəlik əmələ gələ bilər.

 


 Şirniyyat və əqli qabiliyyətlər.

Kaliforniya Dövlət universitetinin alimləri maraqlı nəticəyə gəlmişlər. Onlar 803 məktəb-internatlarda və 9 yeniyetmə koloniyasında sınaqlar apararaq uşaqların qida rasionuna dəyişiklik etmişlər – şirniyyatları meyvə və tərəvəzlərlə əvəz etmişlər. Nəticə alimləri heyrətə gətirmişdir: uşaqların 5 ballı sistemlə qiymətləndirilməsi nəticəsində qiymətlər 1 bal artmış, əqli cəhətdəq geri qalan uşaqların 50%-i sağlam dəyərləndirilmişdir.

 

 Yaşamaq müddəti azalır .

Almaniya həkimlərin şirniyyatın insan ömrünün uzunluğuna təsirini öyrənməyə çalışmışlar. Onlar aşkar etmişlər ki, qlükoza orta hesabla insan ömrünü 25% azalda bilər (bu təxminən 15 ilə bərabərdir). Sonralar alman alimlərinin nəticələrini Kaliforniya bioloji tədqiqatlar institutunun əməkdaşları təsdiq etmişlər. 

 


 Hamiləlik üçün təhlükə.

Hamilə qadınların qida rasionunda karbohidratların çoxluğu uşaqlarda allergik reaksiyalar və sinir sistemi xəstəliklərinin yaranması riskin yarada bilər.

 

Şəkərəvəzedicilər.

Bəzi insanlar şəkərə alternativ olaraq şəkərəvəzediciləri qəbul etməyi üstün tuturlar. Onların kalorisi azdır, dadına görə də çox fərqlənmirlər. Daha çox yayılanlara aiddir: saxarin, suklamat, aspartam, ksilit, sorbit. Lakin bunlar da həddin artıq qəbul edilərsə, orqanizmə ziyan vura bilər. Onlar bəd xassəli şişlərin yaranmasına təkan verəbilər, allergik hallar, mədə-bağırsaq pozğunluğu, bağırsaqda ağrılar, ishal  müşahidə oluna bilər.

 

Bəs şirniyyatı sevənlər nə etməlidirlər?

Belə insanlar üçün əsas məsələ – miqdardır. Belə ki, ən təhlükəli hallar bu qidaları həddindən artıq yedikdə baş verir. Bunun üçün dietoloqlar aşağıdakıları məsləhət görürlər:

 - şəkəri bal və quru meyvələrlə (kişmiş, qaysı, gavalı, əngir qurusu və s.) əvəz edin, onların tərkibində orqanizm üçün vacib olan kifayət qədər mineral maddələr (kalsium, kalium, maqnezium, dəmir və s.), şəkər var, kalorisi isə adi şirniyyatdan 2 dəfə azdır;

 - qlükoza qəbulunu məhdudlaşdırın və təbii şirniyyata  (meyvələrə) üstünlük verin;

 - çayı şəkərsiz və ya quru meyvələrlə içmək məsləhətdir, şirin qazlı sular əvəzinə isə mineral su için.

 

 

 

 Bağırsağın xərçəngi .

Amerika alimləri xəbərdarlıq edirlər ki, bağırsaqda  xərçəng xəstəliyi şirniyyata aludəliyin səbəblərindən biri kimi qeyd oluna bilər. Belə ki, həddindən çox şirniyyatın qəbul edilməsi mədəaltı vəzini artıq işləməyə məcbur edir ki, o da insulin ifraz etməli olur. Bu isə bağırsaqlarda bədxassəli şişlərin əmələ gəlməsinə təkan verə bilər. Həkimlər bu nəticəyə bir neçə min qadın üzərində aparılan müayinələrdən sonra gəlmişlər.

 

 Şirniyyat beynə dağıdıcı təsir edir.

İspan mütəxəssisləri şirniyyatın  beynə dağıdıcı təsir etdiyi fikrindədirlər. Alimlər siçanlarda nadir irsi xəstəlik – Lafor sindromunu öyrənmişlər. Bu xəstəlik zamanı qlikogen beyin hüceyrələrində toplanır. Nəticədə epilepsiya tutmaları, hərəki pozğunluqlar və ağıl zəifliyi inkişaf edir. Beyin hüceyrələrində qlikogenin toplanmaması üçün orqanizmdə xüsusi zülalın 2 növü sintez olunur. Hər bir zülala xüsusi gen cavabdehdir. Bu genlərdən birinin zədələnməsi nəticəsində isə Lafor sindromu yaranır.