Sağlamlıq / Düzgün qidalanma

Meyvələrin faydası.(3-cü hissə)

Banu. | 5-05-2012, 12:00
12 083 66

 

Ağ tut.

 

Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir.
Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.
Çin xalq təbabətində köklərinin qabığı hipertoniya xəstəliyində, bronxitdə və bronxil asmada istifadə edilir. Yarpaqlarından hazırlanan dərman hərarət salan, gövdəsinin qabığından hazırlanan isə yarasağaltma xassəsinə malikdir

 

 

 

 

Qara tut.

 

Gürcü xalq təbabətində qara tutun yetişməyən meyvələri isalda, yetişmiş meyvələrinin çayı tərlədici, sidikqovucu və zəif işlədici kimi istifadə edilir.
Şərq xalq təbabətində də tutun meyvələrindən, yarpaqlarından və köklərinin qabığından geniş istifadə edilir. Tutun yarpaqları hərarət salan, sakitləşdirici və iltihab əleyhinə vasitə kimi istifadə edilir. Gündəlik norma 100 q-dır.
Bronxiti müalicə etmək üçün tut ağacının köklərinin qabığından hazırlanan dərmandan istifadə edilir. Bu dərman aşağıdakı qaydada hazırlanır: tut ağacının köklərinin qabıqları ayrılır, onlara bal sürtüb hər iki üzü saralana qədər (əvvəl bir üzü qızardılır, sonra çevirib o biri üzünü qızardırlar) qızardılır. Qızardılmış qabıqlar xırda doğranır. Doğranmış bu məhsuldan 50 q götürüb dəm çaynikinə töküb üstünə 500 ml su əlavə edib yarısı qalana qədər bişirməli. Alınan dərmanın qəbul dozası aşağıdakı kimidir:

Bir yaşa qədər uşaqlara – 5 qr;

Bir-iki yaşında uşaqlar – 10 qr;

İki-üç yaşında uşaqlara – 15 qr;

Üç-dörd yaşında uşaqlara – 20 qr;

Beş yaşından yuxarı uşaqlara – 30 qr;

Bir-iki gündən sonra dərman öz təsirini göstərir, 5-7 gündən sonra isə xəstəliyin əlamətləri tamamilə aradan qalxır.

Ürək xəstəliklərində, şəkərli diabetdə və həddən artıq kökəlmədə (piylənmədə) tutun meyvələri məhdudiyyət qoyulmadan yeyilir. Bundan başqa bütün xəstəliklərdə tütün yarpaqlarından və köklərinin qabıqlarından da istifadə edilir.

İstifadəsi: Cavan yarpaqlarının və ya köklərinin qabıqlarının tozunu yeməyə (xörəklərə) səpirlər.

Çay: 3-5 qr. yarpağı 1 stəkan qaynar suda dəmlənir və gün ərzində qurtum-qurtum içilir. 3-5 qr. köklərinin qabıqları 1 stəkan qaynar su tökülərək bişirilir və gün ərzində içilir.

Ürək və ürək damar sistemi xəstəliklərində, təngənəfəslikdə qara tutun təzə meyvələri və ya meyvələrindən hazırlanmış şirə məhdudiyyət qoyulmadan qəbul edilir.

Maddələr mübadiləsinin pozulmasından piylənmədə xalq təbabəti tut yeməyi məsləhət görür.

Tut ağacının qabıqlarının və köklərinin arağı və ya cövhəri (çayı) hipertoniyanı müvəffəqiyyətlə müalicə edir. Cövhəri çay kimi hazırlanır və bal ilə məhdudiyyət qoyulmadan içilir.

Qanazlığında tutun meyvələri çox faydalıdır. Ən yaxşısı isə qara tutdur.

Orqanizm zəif, ürək xəstə, təzyiq aşağı olanda yayda tutun təzə meyvələri, qışda isə doşabı, mürəbbəsi, qurudulmasının kompotu istifadə edilir.

Soyuqdəymə xəstəliklərində tut yarpaqlarının qaynar çayı hərarəti aşağı salan vasitədir. Çay: 2-3 x.qaşığı tut yarpağı 1 stəkan qaynar suda 1 saat dəmlənir, bal əlavə edilib yeməkdən qabaq gündə 3 dəfə stəkan içilir.

Tut ağacının köklərinin qabıqları Çində şəkərli diabetin, vodyankanın və böyrəklərin gipofunksiyasının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Tut ağacının köklərinin qabıqlarının 10%-li cövhərindən yeməkdən qabaq gündə 3-5 dəfə ½ stəkan içmək.

Qan təzyiqi və şəkər xəstəliklərində tut yemək faydalıdır. Qara tut qanı təmizləyir, qurudulmuş ağ tutu çörəyə qatıb yemək şəkər xəstəliyində məsləhətdir.

Mədə-bağırsaq xəstəliklərində acqarına hər gün 0,5 kq 10-15 gün ağ tut yemək faydalıdır.

Tut ağacının meyvələri görmə qabiliyyətini tam itirməmiş başlanğıc müalicə məqsədilə istifadə edilir.

 

 

 

Böyürtkən.

 

Xalq təbabətində yarpaqlarının həlimi tərlədici, köklərinin həlimi isə sidikqovucu kimi işlədilir. Yarpaqlarının və cavan zoğlarının həlimi və çayı anginada, stomatitdə (ağızın selikli qişasının iltihabında), ekzemada məlhəm qoymaq və vanna qəbul etmək üçün istifadə edilir.

Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür. Qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Dəymiş meyvələri, mədəni yüngül işlədici, kal meyvələri isə bərkidicidir. Meyvələri mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmini yaxşılaşdırır və sistit (sidik kisəsinin iltihabında) və böyrək xəstəliyində faydalıdır. Yarpaqlarının həlimi və çayı (1/20 nisbətində) ağızı və boğazı qarqara etmək üçün məsləhətdir. Öskürəkdə, mədədən qan axanda, qaraciyər xəstəliklərində, əsəb pozğunluğunda və təngənəfəslikdə daxilə qəbul etmək üçün istifadə edilir.

Böyürtkənin göy yarpaqlarından hazırlanmış cövhər (çay) ishalda, qastritdə və mədə qanaxmalarında məsləhət görülür.

Yarpaqlarının çayı belə hazırlanır.

1 xörək qaşığı yapaqlarından 200 ml qaynanmış suda 4 saat dəmlənir və yeməkdən 20-30 dəqiqə qabaq gündə 3-4 dəfə ½ stəkan içilir.

Anginada (boğaz gəlməsində), stomatitdə (ağızın selikli qişasının iltihabında), damarların iltihabında ağızı və boğazı qarqara (yaxalamaq) üçün böyürtkan yarpaqlarının 20-30%-li dəmlənməsi və ya həlimi məsləhət görülür.

Şəkərli diabetdə böyürtkənin quru və xırdalanmış yarpaqlarından götürüb 1 stəkan qaynar suda 30 dəq. dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə 1/3 stəkan içmək.

Babasildə 1 x.qaşığı böyürtkənin kökünün üstünə 1 stəkan qaynar su töküb sakit odda 15-20 dəq qaynatmaq, 30 dəq dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 3-4 dəfə 100 ml qəbul etmək.

Titrəmə-qızdırmada böyürtkanın təzə meyvələri və onun şirəsi istifadə edilir. Zərərli təsiri olmadığı üçün böyürtkanın meyvələri uşaqların müalicəsi üçün çox faydalıdır.

Xalq təbabətində böyürtkənin təzə meyvələri, mürəbbəsi, siropu çayla susuzluğu yatırtmaq, xəstənin ümumi vəziyyətini yaxşılaşdırmaq və həmçinin tərlədici, sidikqovucu, sakitləşdirici və iştahaaçan kimi geniş istifadə edilir.

1 x.qaşığı quru xırdalanmış yarpaqları və kökləri 200 ml qaynar suda 15-20 dən. qaynadılır, soyudulur, süzülür. Yeməkdən qabaq gündə 3-4 dəfə 1-2 x.qaşığı qəbul edilir. Bunu boğazı qarqara etmək üçün də istifadə etmək olar.

Soyuqdəymədə 4 x.qaşığı böyürtkən yarpaqlarının üstünə 500 ml qaynar su töküb 4 saat dəmləmək, süzmək. Yeməkdən 0,5 saat qabaq gündə 4 dəfə

İshalda böyürtkanın yarpaqlarından 4 ç.qaşığı 500 ml qaynar suda 4 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə hər dəfə 100 ml qəbul etmək.

Dəridə göbələk xəstəliyində: Böyürtkənin yarpaqlarından 3 x.qaşığı götürüb 3 stəkan soyuq su töküb zəif odda 30 dəq. qaynatmaq, 30 dəq. dəmləmək, süzmək. Bu həlim ilə xəstə yerləri yumaq.

Aybaşı pozğunluğunda2 x.qaşığı böyürtkən yarpaqlarından 2 stəkan qaynar su töküb gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə qəbul etmək.

dəfə 100 ml qəbul etmək

 

Ardı olacaq.

 


boris arxan | 8 aprel 2015 01:09 | Status: Professional user | Şərh: 4 784
Sitat: Gozel Melek
meyvelerin hamis vitamindir tesekkurler
Nergiz love | 25 mart 2014 19:38 | Status: Professional user | Şərh: 7 871
SEVDIYIM MEYVELERDI
Gulshen. | 24 fevral 2014 09:37 | Status: Qonaq | Şərh: 0
Bu meyveleri sevirem
Kikita01 | 27 noyabr 2013 17:34 | Status: Şərhçi | Şərh: 392
Sitat: Mickey Mouse
Ardı olacaq.
Uje olubda.
Mickey Mouse | 1 iyun 2013 17:27 | Status: Professional user | Şərh: 4 008
Ardı olacaq.
Uje olubda.
FLOVERandGİRL | 27 may 2013 18:59 | Status: Professional user | Şərh: 3 251
ele hindi yaza yza tut byeyirem
Girl | 12 may 2013 17:09 | Status: Professional user | Şərh: 8 206
heyetimizde ag tutda var qara tutda bilmezdim bu qeder xeyirlidirler
Gozel Melek | 25 mart 2013 21:59 | Status: Gümüş user | Şərh: 1 531
meyvelerin hamis vitamindir tesekkurler
askimm | 15 mart 2013 14:34 | Status: VİP user | Şərh: 721
meyvelerin hamis vitamindir tesekkurler
Gozel Melek | 1 mart 2013 17:36 | Status: Gümüş user | Şərh: 1 531
tewekkurler faydalidir meyvelerinde hamsini sevirem
xaqani_1980 | 16 fevral 2013 16:54 | Status: Şərhçi | Şərh: 206
teşekkür
yumurcaq | 30 yanvar 2013 21:29 | Status: Şərhçi | Şərh: 115
vallah tutun bu qeder xeyirli oldugunu hec bilmirdim
Unka | 10 noyabr 2012 21:45 | Status: Qonaq | Şərh: 0
twk
Aya:)) | 29 oktyabr 2012 23:31 | Status: Gümüş user | Şərh: 2 239
Tutu seher xosum gelir yeyesen.
S24 | 7 oktyabr 2012 20:50 | Status: Gümüş user | Şərh: 797
qara tut yeye bilmirem
sevinc keder | 7 oktyabr 2012 13:54 | Status: Professional user | Şərh: 3 818
tewekkurler faydalidir meyvelerinde hamsini sevirem