Düzgün qidalanma / Analıq məktəbi

Dietoloq Arzu Həsənovadan hamilələrə məsləhət: "9 ay hər gün 1 banan yeyin!" Səbəb?

Aynur_Qurbanqizi | 23-01-2019, 17:48
454 0

Hamiləlik dönəmində düzgün qidalanma doğulacaq körpənin inkişafı üçün ən önəmli məsələlərdən biridir. Bununla bağlı Azadqadin.az saytının "Analıq məktəbi" bölməsində mütəmadi olaraq yazılar dərc edilir. Bu dəfə isə hər kəsin sevdiyi bananın hamilələr üçün hansı faydaları var onu araşdırmaq istədik. 

Sualımızı tanınmış dietoloq Arzu Həsənova cavablandırdı: "9 ay 10 gün -1 banan... Banan fol turşu baxımından olduqca zəngindir; Fol turşusu, böyüyən fetus-un onurğa beyninin inkişafı, sinirlər və beyin üçün çox əhəmiyyətlidir. Fol turşusu çatışmazlığı vaxtından qabaq doğulmuş uşağa və ya üzrlü doğumlara səbəb ola bilər. Banan bədəndəki dəmir miqdarını artırır və qan hüceyrələrinin əmələ gəlməsini sürətləndirir. Hamiləliyin gələcək mərhələlərində və doğuş zamanı ortaya çıxa biləcək ağırlaşmaları azaldır.
Hamiləlikdə qəbizlik problemləri, bir çox qadının əziyyət çəkdiyi bir məsələdir. Qəbizliyi, mədə şişkinliyini azaltmaq üçün və bağırsaq hərəkətlərinin düzəlməsi üçün,ana namizədlərinin pəhrizinə bananı daxil etmələri lazımdır.Çünki bananda bağırsaqlar üçün faydalı olan liflər vardır.
Kalsium,uşaqlar qədər böyüklər üçündə əhəmiyyətlidir.Sümüklərin inkişafı və skelet sistemi üçün lazım olan kalsium,bananda olduqca çoxdur. Bu səbəblə xüsusilə hamiləlikdə,ana bətnində böyüyən körpənin sağlam sümük inkişafı üçün sərf edilməsi bir zərurətdir;Bu səbəblə xüsusilə hamiləlikdə mütəmadi olaraq banan yemək lazımdır. Banan B6 vitamini ilə də olduqca zəngindir.Banan tam bir antioksidantdır.C vitamini baxımından zəngin olan banan, qocalmağı gecikdirir və eyni zamanda immunitet sistemini gücləndirir. Xüsusilə körpənizin inkişafı üçün mükəmməl bir qidadır.
Zülal, xüsusilə körpə və uşaqların inkişafında olduqca əhəmiyyətlidir. Banan,zəngin bir zülal qaynağıdır.Vegeterian ana namizədlərinin, müntəzəm olaraq (noxud kimi paxlalılar ilə bərabər)banan sərf edərək zülal alışını artırması lazımdır.
Səhərlər intensiv şəkildə ürəkbulanma hiss edirsinizmi? Hamiləliyin təbii bir parçası olan bu hal, əsasən hamiləliyin ilk üç ayında görülür. Hamiləliyin erkən dövrlərində banan qəbulu, səhər ürək bulanması, ya da bu dövrdə inkişaf edən qoxuya və ya yeməklərə qarşı həssaslıq və ikrah hissini azaltmağa yardım edər"//Azadqadin.az

Hazırladı: Aynur Qurbanqızı

Qəbizlikdən və artıq çəkidən əziyyət çəkənlərə dietoloqdan məsləhətlər


Bu xəbərləri MÜTLƏQ oxuyun:

Fərda ikinci dəfə evləndi, özü də görün kiminlə, boşanmasına səbəb də o, imiş

SON XƏBƏR: Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR

Günel Mövlud yazır: Avropada azərbaycanlıların uşaqları əllərindən alınır?

'Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm'

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi