Sağlamlıq / Düzgün qidalanma

Səhər yeməyinin faydaları

ESMERRi | 9-03-2016, 12:00
5 650 6



Səhər yeməyinin faydaları.


Səhər yeməyinin ən önəmli yemək olduğunu tez-tez eşidir. Qida mütəxəssislərindən tutmuş analarımıza qədər ətrafımızdakı hər kəs bunu deyir. Buna baxmayaraq bir çoxumuz işə və ya ofisə səhər yeməyi yemədən gedirik. 


Ancaq pomidor, pendir kimi qidalarla edilən səhər yeməyi fiziki və zehinsəl olaraq bizi sağlıqlı edir. 


Dünyaca məşhur universitetlər "səhər yeməyi gərçəkliklər"ini bu formada izah edirlər:


Piylənmə və diabet kimi xəstəliklərə yoluxma riskini azaldır.


Harvard Universitetinin 45-82 yaş arasındakı 26 min 902 adamla, 16 il ərzində apardığı araşdırmaya görə səhər yeməyini düzənli edənlərdə piylənmə riski aşağıdır. Araşdırmalar mütamadi səhər yeməyi yeyən qadınların diabet xəstəliyinə daha az yoluxduğunu sübut edir.


Journal of Adolescent Health adlı jurnalın 13-20 yaş arasındakı 319 tələbə arasındakı etdiyi araşdırmanın nəticələrinə görə mütamadi və düzgün səhər yeməyi yeyən adamların yaddaşları daha güclü olur. 


İnternational Journal of Food Sciences and Nutrition adlı jurnalın etdiyi araşdırmaya görə səhər yeməyi yeyən adamlar özlərini gün ərzində daha az yorğun hiss edirlər.  


Journal of Physiology jurnalının 144 könüllü arasında etdiyi araşdırmaya görə, səhər yeməyi yeyənlərin imtahanda daha uğurlu, sakit və xöşbəxt idilər.


 Nutrition Research and Practice jurnalının etdiyi araşdırmaya görə hər gün səhər yeməyi yeyən adamların sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun tox tutan qidaları daha çox depolayır. 


Harvard Universiteti tərəfindən 17.000 kişi arasında edilən araşdırmada səhər yeməyi edənlərin daha tez çəki itirdiyi müəyyənləşdirilmişdi. 


Səhər yeməyinin enerji verdiyi və yaddaşı gücləndirdiyini artıq bilirik. Bunu sübut edən bir araşdırma da İndian Pediatrics"dəndir. Araşdırmaya görə hər gün səhər yeməyi yeyən tələbələr arabir yeyənlərlə müqayisədə daha uğurlu olurlar və məsələlərə daha tez aydınlıq gətirirlər.


İndian Pediatrics"in başqa araşdırmasının nəticəsi belədir; yuxu zamanı itirilən enerji səhər yeməyi zamanı qazanılır.




Ay_Sun | 16 mart 2016 10:43 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Səhər yeməyinin xeyirli olduğunu bilsəm də yeyə bilmirəm.yuxudan duranda şirniyatla çay içirəm ancaq.

Mende.
Dəniz qızı | 10 mart 2016 21:30 | Status: Brilliant user | Şərh: 8 017
ehhhh uşaqlar gücnən yeyir səhər yeməyini...
Cicim İncim | 9 mart 2016 22:13 | Status: Gümüş user | Şərh: 2 456
Mütləq səhər yeməyini yeyirəm...Axşamlar 6 dan sonra yemək yemədiyimnən, səhərlər yeməsəm özümü əzgin hiss edirəm...
SEVDA | 9 mart 2016 15:41 | Status: Nəzarətçi | Şərh: 17 439
Səhər yeməyinin xeyirli olduğunu bilsəm də yeyə bilmirəm.yuxudan duranda şirniyatla çay içirəm ancaq.
B.Fereh | 9 mart 2016 12:36 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: dılay
Evveller seher yemeklerini xowluyardim indi yox ,artiq saat 12:25 amma men hele bir stekan cay bele icmemiwem.Cunku istemir ureyim. winked

Can baji...mende hele indi icirem bir stekan cay...((
dılay | 9 mart 2016 12:25 | Status: Brilliant user | Şərh: 8 183
Evveller seher yemeklerini xowluyardim indi yox ,artiq saat 12:25 amma men hele bir stekan cay bele icmemiwem.Cunku istemir ureyim. winked