Sağlamlıq / Düzgün qidalanma

Hansı çörək daha sağlığlıdır?

ESMERRi | 18-08-2016, 13:30
1 956 1



Hansı çörək daha sağlıqlıdır?

Çörək gündəlik qida rasionumuzun əsasını təşkil edir. Demək olar ki, süfrələrimizdən ağ çörəyimiz əksik olmur. Amma buna baxmayaraq həmişə ağ çörək yoxsa "qara” çörək daha sağlıqlı və fayadlıdır mövzularında müzakirələr gedib. Ümumiyyətlə çörəyi rasionumuzdan çıxarmalıyıqmı? Son illər bu müzakirələr daha aktivdir. Bəzilərimiz ağ çörəyin tamamilə sağlıqsız olduğunu düşünüb qida menyumuzdan çıxarmışıq, bəzilərimiz isə fərqli-fərqli çörəkləri süfrələrimizdən əksik etmirik. Biz də sizin sağlamlığınızı düşünərək hansı çörək daha faydalıdır mövzusunda araşdırma apardıq. Mütəxəsislərin bəziləri hər yemək vaxtı fərqli tərkibli çörək yeyilməsinin daha faydalı olduğunu irəli sürürlər. Yaxşı gəlin, sıralama ilə hansı çörəyin sağlamlığımız üçün xeyirli olduğunu birlikdə öyrənək.

Tam buğda çörəyi

Mütəxəssislərə görə, əlavə qatqısı olmayan buğda unundan hazırlanmış tam buğda çörəyi ən sağlıqlı çörəkdir. Digər çörəklərdən fərqli olaraq vitaminlə zəngindir. Tərkibinə görə mədədə toxluq hissini tez yaradır və ağ çörəkdən daha az kaloriyə sahibdir. Eyni zamanda da tərkibindəki glisemik indeks ilə qan şəkərini balanslaşdıran xüsusiyyətə malikdir. 

Qida dəyərləri

100 qram (4 dilim çörək)

Enerji: 265 kkal                               Lif: 1.43 qr

Karbohidrat: 54.8 qr                        Fosfor: 208.15 mg

Zülal: 8.4 qr                                     Kalsium: 19.94 mg

Yağlılıq: 1.64 qr                               Folikasit: 0.48 

B12: 0.39 mg                                    B2: 0.22 mg

Çovdar çörəyi

Buğda və çovdar unundan qarışdırılaraq bişirilən bu çörək taxıllı çörəklər içində ən tünd rəngli, ən çox həll olunan lif tərkibli və ən doyurucu təsirə malik çörəkdir. İnsulin müqavimətini və diabet riskini azaldan xüsusiyyətə sahibdir. 

Qida dəyərləri 

100 qram (4 dilim çörək)

Enerji: 224 kkal

Sink: 46 mg

Zülal: 8.63 qr

Pəhriz lifi: 4.43 mg

Yağlılıq: 0.45 qr

Kalsium: 78.5 mg

Dəmir: 2.8 mg

Yulaflı çörək

Yulaf bu aralar ən "dəbli” dənli bitkilərdəndir. Demək olar ki, hər kəs yulaf kəpəyindən müxtəlif cür şirniyyatlar hazırlayır. Beləliklə, həm sağlıqlı, həm də ki, dadlı yeyəcəklər alınır. Çörəkdə də eyni təsirə malik olan yulaf, tez həll olunan lifləri sayəsində ürək sağlamlığı üçün çox faydalıdır. Həm də bildiyiniz kimi, yulaf ən yaxşı pəhriz qidasıdır.

Kəpək çörəyi

Tam buğda unu ilə kəpəyin qarışığından alınan bu çörək heç də bilindiyi kimi sağlıqlı deyil. Bu çörək orqanizmimizdə bəzi lazımlı mineralların işləməməsinə səbəb olur. 

Qida dəyərləri

100 qram (4 dilim çörək)

Enerji: 220 kkal

Sink: 42 mg

Zülal: 8.6 qr

Pəhriz lifi: 7.66 qr

Yağlılıq: 2.01 qr

Tam dənli çörək

Buğda unu, tam buğda unu və bunların qarışımına qarğıdalı, yulaf, arpa, çovdar, duyu, darı kimi dənli bitkilərin əlavə olunması ilə alınan çörəkdir. Tam dənli çörək həzm problemləriə, ürək- damaq xəstəliklərinə yaxşı təsir edən sağlıqlı çörək növlərindən biridir.



  1. Qaracaqiz | 19 avqust 2016 00:32 | Status: VİP user | Şərh: 1 883
    Qedimde hamı temiz buğda çöreyini yeyirdiler ona görede sağlam olurdular.Allah bilir indiki zamanda ne qatırlarsa una ona görede bereketimiz qaçıb