Sağlamlıq / Düzgün qidalanma

Qırmızı soğanın faydaları

SEVDA | 26-02-2016, 16:30
7 911 8
 


Yaddaşsızlıq müasir dövrün ən böyük problemlərindən biridir. Artıq 40 yaşı keçənlər alzaymer təhlükəsi ilə üzləşmək qorxusu yaşayırlar. Ancaq bəzi qidalar sayəsində yaddaşsızlıq problemi ilə mübarizə aparmaq olar. Türkiyəli dietoloq Əlif Özcan yaddaşa yaxşı təsir edən qidalardan danışıb.
Yaddaşı möhkəmləndirmək üçün bir sıra qidaları gündəlik menyuya daxil etmək vacibdir:
"Hər gün balıq yemək lazımdır. Bir gün sobada bişirib, növbəti gün buğlama yeyin. Konservləşdirilmiş balıqlardan və balıq yağlarından da istifadə etmək olar".
Dietoloq süfrədən soğanı əskik etməməyi məsləhət görür:
"Araşdırmalar soğanın bütün növlərinin, xüsusilə də, qırmızı soğanın yaddaşı möhkəmləndirdiyini sübut edib. Ancaq soğanı bişirdikdə həmin effekt azalır. Bu tərəvəzi çiy halda yemək məsləhətdir. Salatlara əlavə edə və ya yeməklərin yanında çiy halda yeyə bilərsiniz.
Yaddaş üçün faydalı tərəvəzlərdən biri də ispanaqdır, onu da çiy yemək lazımdır". Əlif Özcan yaddaşı möhkəmləndirən digər qidaları  belə sıralayır:
"50-70 faizi kakaodan ibarət olan tünd şokoladlar, qoz-fındıq kimi çərəzlər, göyərtilər də yaddaş üçün xeyirlidir. Bu qidaları həftənin günlərinə bölüb sistemli şəkildə qidalansanız, nəinki yaddaş probleminiz aradan qalxacaq, həm də gələcəkdə alzaymerə yaxalanmaq riskiniz azalacaq".

Ay_Sun | 1 mart 2016 12:42 | Status: Brilliant user | Şərh: 13 408
Qirmizi sogani cox sevirem.
Dəniz qızı | 28 fevral 2016 13:50 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkür Sevda bacı...
Hali | 27 fevral 2016 10:59 | Status: VİP user | Şərh: 484
Hec sogan sarimsaq xowlamiram ve yemirem
Cicim İncim | 27 fevral 2016 00:25 | Status: Gümüş user | Şərh: 2 456
Soğan necə yeyim axı...Qoxusu uzun müddət getmir...Hər gün işə gedirəm, məktəbə gedirəm...
Yaddaşımın bərpası üçün qoz-fındıq, göyərti, şokolad yeyərəm, amma soğan "nizasto" :))
BULUTUM | 26 fevral 2016 21:26 | Status: Professional user | Şərh: 7 387
Cox sevirem sogani hemisede yeyirem.Tesekkurler
guldeniz | 26 fevral 2016 21:09 | Status: Professional user | Şərh: 1 641
tewekurler bilirdim
Mister Elyana | 26 fevral 2016 17:54 | Status: Şərhçi | Şərh: 378
Ya bu sogani yeyek yemesine de bes agiz qoxusunu neynek.
SEVDA | 26 fevral 2016 16:52 | Status: Nəzarətçi | Şərh: 17 439
Redaktəyə gőrə Nuruş bacıya təşəkkűrlər...