Sağlamlıq / Düzgün qidalanma

Gecə iştahı idarəsiz yemə davranışınıdır.

Aytekin82 | 20-12-2015, 19:30
9 982 8


 Gecə boyu ortaya çıxan və "idarəsiz yemə davranışı" adlandırılan gecə iştahı stress, ya da depressiya kimi psixoloji səbəblər üzündən ortaya çıxır. 
Gecə iştahı əslində öz özünü təyin edən bir davranma şəklidir. Gecənin irəliləyən saatlarında başlayan aclıq hissi və durdurulamayan, idarəsiz yemək istəyi kimi ortaya çıxan bu vəziyyət, ümumiyyətlə adamın səhər oyandığında peşmanlıq duymasına səbəb olsa da, əksəriyyətlə bu peşmanlığın ardından yenə gecə idarəsiz yemələri gəlir.
Gecə iştahı iki şəkildə ortaya çıxır. Birinci qrup yuxu arası istifadə edir, tez-tez oyanaraq atıştırır. İkinci qrup gecənin ortasında bir dəfə oyanır və idarəsiz yemə istəyini reallaşdırır. 
 Bunun ilk səbəbi maddələr mübadiləsinin pozulması ilə əlaqədardır. İkinci səbəbi isə adamın stressə, depressiyaya girməsidir.  Gecə hiss edilən aclıq gerçək aclıq deyil. Bəzən də dietdə olmaq və ya axşam yeməyinin atlanılmış olması gecə iştahı  üçün bir bəhanə ola bilir. 
 Zaman zaman hamımızın gecənin irəliləyən saatlarında bir şeylər atıştırdığı, ya da gecə yuxudan oyanaraq yemək yediyi olmuşdur. Gecə iştahını bu vəziyyətdən ayırmaq əhəmiyyətlidir. Gecə iştahında adam bunu davamlı olaraq təkrarlayır və ertəsi səhər peşmançılıq duyğuları ilə oyanır. Ona görə də adamın öz iradəsi bunu aşmağa imkan vermirsə, psixoloji yardım alması qaçınılmazdır.
Axşam iştahını mütləq məğlub etməli, saatı bir az gecikdirib, yüngül qidalar qəbul edilməlidir.  Evdə atıştırmaya istiqamətli, karbohidrat tərkibli  şokolad, peçenye, biskvit, şirni və başqa qidaları saxlamamağa çalışın. İdarənizi itirəcəyiniz qayğısı yaşayırsınızsa, yanınıza kalorisi aşağı qidalar, süd və ya su kimi içkilər alaraq yatağa gedin. 

Ay_Sun | 16 yanvar 2016 14:37 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Əvəllər gecə yemək yeyirdim indi yox.
Dəniz qızı | 23 dekabr 2015 09:42 | Status: Brilliant user | Şərh: 8 017
Əvəllər gecə yemək yeyirdim indi yox.
SEVDA | 22 dekabr 2015 16:17 | Status: Nəzarətçi | Şərh: 17 439
Gecə oyananda su içirəm ancaq.yemək yeyə bilmərəm.
Əsmər1 | 21 dekabr 2015 13:07 | Status: VİP user | Şərh: 1 584
Mən gecələr oyanıram acıram amma ərinəm yemək yeməyə
Mansi | 21 dekabr 2015 09:28 | Status: Şərhçi | Şərh: 344
men de arada geceler durudrum ve nese yeyirdim demek mende heqiqetin stresdendir cunki yaxin vaxtda anami itirmiwem amma axir vaxtlar ozume qadaga qoydum ve daha gece oyansam da yemirem
Qaracaqiz | 21 dekabr 2015 01:30 | Status: VİP user | Şərh: 1 882
Son zamanlar stressle yeqin bağlı olaraq geceler dayana bilmirem ve yeyirem düzdür kökelmirem amma sonra özümü narahat hiss edirem.Doğurdanda saat gece 7-den sonra yemek yaxşı deyil
dılay | 20 dekabr 2015 21:39 | Status: Brilliant user | Şərh: 8 183
Ne vaxt isteyirem o vaxtda yeyirem
Azeri Fidashka | 20 dekabr 2015 19:57 | Status: Şərhçi | Şərh: 734
dogrudur tesekkurler