Sağlamlıq / Düzgün qidalanma

Sağlam qidalanmanın əsas qaydaları

Banu. | 2-12-2015, 18:00
10 572 10



Bir çox insanlar artıq çəkidən azad olmaq istəyir. Bəzilərinin buna həqiqətən də ehtiyacı var, digərləri isə sadəcə arıqlamalı olduqlarını düşünür. Hər iki qrup sağlam pəhrizə riayət etməlidir. Və hətta Sizin arıqlamağa ehtiyacınız olmasa belə, sağlam qidalanmanın əsas qaydalarını bilməlisiniz.

Xoşladığınız hər məhsulu yeyə bilərsiniz. Yetər ki, rasionunuzda spirtli içkilər, şəkər, ədviyyat, çips, acı souslar, qızardılmış yeməklər, sosislər, ağ undan hazırlanmış məhsullar, və konservant tərkibli digər qida məhsullarının miqdarını azaldasınız. 

Sağlam qidalanmanın əsas qaydaları aşağıdakılardır:

* Zərərli məhsulları faydalı məhsullarla əvəz edin. Məsələn, şəkəri – bal ilə, kolbasanı - ət ilə. 

* Həddən artıq çox yeməyin. Mədəni yeməklə yükləmək olmaz. Yalnız aclıq hiss edəndə yemək yeyin. 

* Qidanı əsaslı surətdə, tələsmədən çeynəyin. 

* Gündəlik qidalanmanın ideal proporsiyası: rasionun 3/5 hissəsini karbohidratlar, 1/5 hissəsini piylər, 1/5 hissəsini isə zülal təşkil etməlidir. 

* Meyvələri yeməkdən ayrı qəbul edin. 

* Salatları və əsas yeməklərin hazırlanmasında yalnız bitki yağlarından istifadə edin. 

* Qidanın qaynadılması və ya pörtülməsi zamanı piylərdən istifadə etməyin. 

* Qızardılmış yeməklərdənsə sobada bişirilmiş və ya suda qaynadılmış qidalara üstünlük verin. 

* Çalışın zülalları nişasta ilə, nişastanı piylərlə, piyləri zülallarla, və s. Qarışdırmayasınız. 

* Yemək yediyiniz zaman və ya dərhal yeməkdən sonra maye qəbul etməyin – bu, yeməyin həzminə mane olur.

Azeri Fidashka | 17 dekabr 2015 00:01 | Status: Şərhçi | Şərh: 734
maraqlidi mersi
Dəniz qızı | 4 dekabr 2015 21:34 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Yagis_Negmesi
faydali meslehetlerdir. tewekkur edirem
fidancik | 4 dekabr 2015 15:45 | Status: Qonaq | Şərh: 0
maraqlidi mersi
Ay_Sun | 4 dekabr 2015 11:26 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: ESMERRi
Çalışmaq lazımdıki düzgün qidalanaq

Duzdur
SEVDA | 3 dekabr 2015 14:09 | Status: Nəzarətçi | Şərh: 17 439
Yalnız aclıq hiss edəndə yemək yeyin

Bu cür edirəm hər zaman.ona görə də köklük problemim yoxdur.artıq neçə ildir ki,eyni çəkidəyəm.
milashka_167 | 2 dekabr 2015 21:15 | Status: VİP user | Şərh: 1 452
Teşekkur...,
Yagis_Negmesi | 2 dekabr 2015 21:00 | Status: Gümüş user | Şərh: 1 614
faydali meslehetlerdir. tewekkur edirem
dılay | 2 dekabr 2015 20:54 | Status: Brilliant user | Şərh: 8 183
Ailemin qidalanmasIna diqqet edirem. Menim ucun birinci onlarIn saglamlIgIdIr.
gece-gunduz | 2 dekabr 2015 20:17 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: ESMERRi
Çalışmaq lazımdıki düzgün qidalanaq
ESMERRi | 2 dekabr 2015 18:41 | Status: Brilliant user | Şərh: 5 378
Çalışmaq lazımdıki düzgün qidalanaq