Sağlamlıq / Düzgün qidalanma

Novruzda mədəyə verilən “bayram”: Düzgün qidalanın!

gulum. | 21-03-2015, 13:36
2 914 18
 

 
Novruz bayramı dedikdə ilk yada düşən şəkərbura, paxlavadır. Bayramı bu nemətlərsiz, zəngin süfrələrsiz, bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək olmur. Bəs Novruz süfrəsindən doymadan necə qalxmaq olar? Mədəyə verilən 2-3 günlük bayramın fəsadları isə kifayət qədər ağır ola bilər.
Hamının sevinclə gözlədiyi Novruz bayramı həm də təmtəraqlı bayram süfrələri ilə əlamətdardır. Bayramın özəlliyi ondadır ki, bu günlərdə üzərində çeşid-çeşid yeməklər, salatlar,
 
şirniyyatlar, çərəzlər olan bayram süfrələri açılır. Çoxumuz ətli və yağli yeməklərin üzərindən hələ bir çayla şəkərbura-paxlava da yeyirik.
 
Bayram özü ilə sevinc, xoşbəxtlik gətirsə də, bir çoxları bayram keçirmək mədəniyyətinə düzgün əməl etməyərək xoş günləri ağrıya-acıya çevirirlər. Bəs bayramı sağlam başa vurmaq üçün nə etmək lazımdır?
 
Dietoloqlar hesab edirlər ki, bayram günlərində insanların qida qəbulunda ehtiyatlı olmaları məsləhətdir. Dietoloq Fuad Məcidovun sözlərinə görə, Novruz süfrəsində şirniyyatlar çoxluq təşkil etdiyindən, xüsusən şəkər xəstələri diqqətli olmalıdır. Novruz bayramının adət-ənənələrə görə bir neçə gün davam etməsi bu məsələni bir az da kəskinləşdirir:
"Plovlu, dolmalı, salatlı yeməkləri yeyərkən arada məsafə qoymaq lazımdır. Birdən-birə hamısını mədəyə doldurmaq olmaz. Həm də, insanlara məsləhət görərdim ki, uzun müddət qidanı ağızda çeynəsinlər, birdən udmasınlar”.
Bayram süfrəsi təkcə yağlı yeməklərlə bitmir. Süfrəyə düzülən təamların içərisində şirniyyatlar da xüsusi yer tutur. Normadan artıq şəkər qəbulu xüsusən mədəaltı vəzə ziyandır. Bu qidalar qan təzyiqinə mənfi təsir edir və  bağırsaqlarda sorulma narahat gedir. Mütəxəssislər bayramı sağlam başa vurmaq üçün yeyilən qidaların arasında fasilə verməyi məsləhət görürlər. Dietoloqun sözlərinə görə, şəkərburanı, paxlavanı, qoğalı desert kimi isti  yeməkdən bir saat sonra yemək olar. Onunla birlikdə çay içmək düzgün deyildir.
Bayramda çəkini artırmaq riski də artır. Dietoloqlar hesab edirlər ki, buna səbəb rejimsiz qəbul edilən qida və qonaqlıqlardır. Sonradan artıq kilolarla mübarizə aparmamaq üçün isə bəzi məsləhətlərə əməl etmək lazımdır: məsələn,
bayramda səhəri 1 stəkan su ilə açmaq olar. Gün ərzində də bol su içmək lazımdır. Gündə 4 saatdan bir, ancaq az yemək yeməyə çalışın. Çay, qəhvədən istifadədə həddi aşmayın. Daha yaxşı olar ki, onları bitki çayları ilə əvəz edəsiniz. 
Bayram günlərində bol-bol hərəkət etməyə çalışın. 
Dietoloq Fuad Məcidov hesab edir ki, bir neçə gün mədəsinə bayram verməyin insanların səhhəti üçün çox ağır nəticələri ola bilər:
"Bayram günlərində çoxlu yemək mədə-bağırsağın mikroflorasını pozacaq. Xroniki qastridin kəskinləşməsinə keçəcək. Qanaxmaya qədər gətirib çixara bilər.  Bayramdan sonra isə baş ağrısı, əzginlik, yorğunluğa gətirib çıxaracaq"./publika.az/

Array

  1. BULUTUM | 5 aprel 2015 00:15 | Status: Professional user | Şərh: 7 398
    Demeyin daha uffffff kokelmek hecc istemirem.
  2. Ay_Sun | 22 mart 2015 21:59 | Status: Brilliant user | Şərh: 13 412
    Sitat: Miraj
    bayramnan sora dieta ve idman 0116

    Duzdur baci wink
  3. Dəniz qızı | 22 mart 2015 20:21 | Status: Brilliant user | Şərh: 8 026
    Sitat: kristal
    Sitat: perishka2
    Sitat: Miraj
    bayramnan sora dieta ve idman 0116

    Əcəb həm qafiyə söz tapdın.
    Kızlar ya bu Kristal hara yoxa çıxıb recourse ,yəqin şirniyyat çox yeyib,durammır. 0102

    Canim Perishka meni axtarmisan?neteri sevindim meni de itende axtaranim oldu.bawim qonaqa , qonaqliqlara qariwib.bu aralarvaxtim olmur .wirniyyat da hee deme tay ne qeder yemiwem

    Kız sənin şərhlərinçün darıxdım lap,gəl dana.
  4. SARA55 | 22 mart 2015 18:46 | Status: Qonaq | Şərh: 0
    bayram heç mənlik deyil kiminən soruşursan aş dolma dovğa adam bezir həvəsim də itir yeməyə
  5. Nara88 | 22 mart 2015 16:50 | Status: Professional user | Şərh: 4 255
    bahar bayramini qara baxa baxa kecirmekde varmis))sanki dekabr ayidi,ye yu yat)))
  6. ayka wirinka | 22 mart 2015 12:49 | Status: Şərhçi | Şərh: 233
    bayamda az yemek menlik deil
  7. kristal | 22 mart 2015 10:50 | Status: VİP user | Şərh: 1 185
    Sitat: perishka2
    Sitat: Miraj
    bayramnan sora dieta ve idman 0116

    Əcəb həm qafiyə söz tapdın.
    Kızlar ya bu Kristal hara yoxa çıxıb recourse ,yəqin şirniyyat çox yeyib,durammır. 0102

    Canim Perishka meni axtarmisan?neteri sevindim meni de itende axtaranim oldu.bawim qonaqa , qonaqliqlara qariwib.bu aralarvaxtim olmur .wirniyyat da hee deme tay ne qeder yemiwem
  8. SEVDA | 21 mart 2015 23:26 | Status: Nəzarətçi | Şərh: 17 452
    Her zaman az yeyirem,twk...
  9. SEVA | 21 mart 2015 21:46 | Status: Professional user | Şərh: 5 152
    Her seyi qederinde yeyirem ona gorede hec bir problemimde yoxdur
    xebere gore tesekkurler
  10. Aytekin82 | 21 mart 2015 21:05 | Status: Brilliant user | Şərh: 6 588
    Sitat: Miraj
    bayramnan sora dieta ve idman 0116


    Diyetanı da idmanı da eliyirem, necə çox asan...
    Gün ərzində ancaq səhər 1 şəkərbura paxlava yeyirem, idman eliyirem.
    Yeməyləri qarışdırmıram... Vəssalam
  11. lady sweet | 21 mart 2015 20:37 | Status: Gümüş user | Şərh: 1 880
    ayda ilde bir defe paxlava sekerbura pisiririk onuda yemiyib ne vaxt yeyecem tongue
  12. Dəniz qızı | 21 mart 2015 17:34 | Status: Brilliant user | Şərh: 8 026
    Sitat: Miraj
    bayramnan sora dieta ve idman 0116

    Əcəb həm qafiyə söz tapdın.
    Kızlar ya bu Kristal hara yoxa çıxıb recourse ,yəqin şirniyyat çox yeyib,durammır. 0102
  13. Miraj | 21 mart 2015 17:28 | Status: Professional user | Şərh: 2 626
    bayramnan sora dieta ve idman 0116
  14. Aynur_Mezahirli | 21 mart 2015 14:45 | Status: Qonaq | Şərh: 0
    Sitat: nurlana nurlana
    MEN ONSUZDA YEZEMDE KÖKELEN DEYİLEM winked

    Elə məndə. winked
  15. SABINA | 21 mart 2015 14:38 | Status: Professional user | Şərh: 7 411
    Men umumiyyetle bayramda cox yeye bilmirem....yesemde bayramdan sonra bir hefte ancaq qatiq vyeyirem butun beden istirahet edir
  16. gulzar_20 | 21 mart 2015 14:11 | Status: Qonaq | Şərh: 0
    çox yedim və hələdə yeyirəm
  17. nurlana nurlana | 21 mart 2015 13:41 | Status: Gümüş user | Şərh: 1 950
    MEN ONSUZDA YEZEMDE KÖKELEN DEYİLEM winked
  18. Real Madrid CF | 21 mart 2015 13:38 | Status: Qonaq | Şərh: 0
    VALLAH HEC BIR BAYRAM NOVRUZ BAYRAMI KIMI DEYIL.MESELEN YENI ILDI BIR DENE BAYRAM AXSAMI BISIRIB YEYIRSEN ODA QUTARIR.AMMA NOVRUZDA SIRNIYYATLAR CERSENBELER BAYRAM AXSAMLARI BITMEK BILMIR KI...SEXSEN MEN HECNE YEMEDIM...