Sağlamlıq / Düzgün qidalanma

Noxudun insan orqanizminə faydaları

Gülçin | 16-05-2015, 13:30
3 543 13

 
Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.
Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.
Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.
Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.
Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır.
Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının riskini xeyli azaldır.
Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların (noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və aterosklerozun inkişafının riskini xeyli azaldır.
Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə yaxşı kömək edir.
Noxud qurdqovucu təsirinə malikdir.
Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.
Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar, civzələr və s.-dən təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə (quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən sonra yumaq lazımdır.
Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq, bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu noxudun köpdürücü xüsusiyyətlərini azaldır.
Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.

Ay_Sun | 30 may 2015 03:17 | Status: Brilliant user | Şərh: 13 408
Noxudu bir tek bitide sevirem.Ancaq bu qeder faydali oldugunu bilmirdim.Tesekkurler xalam.
nurane55 | 20 may 2015 18:11 | Status: Professional user | Şərh: 1 849
faydali xeber ucun tsk.
aynur azimova | 20 may 2015 15:41 | Status: Qonaq | Şərh: 0
Sitat: esma inci
noxudu sevireeeemmmmm
esma inci | 19 may 2015 16:17 | Status: Gümüş user | Şərh: 1 096
noxudu sevireeeemmmmm
Sunay Elizade | 18 may 2015 11:56 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Gülçin | 18 may 2015 09:19 | Status: Brilliant user | Şərh: 6 780
Şərh yazanlara təşəkkürlər. 0115
Dəniz qızı | 18 may 2015 08:06 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: SEVDA
Bezi yemeklerde istifade edirem noxuddan,twk...
SEVDA | 16 may 2015 23:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Bezi yemeklerde istifade edirem noxuddan,twk...
Real Madrid CF | 16 may 2015 20:24 | Status: Qonaq | Şərh: 0
Tesekkurler belede noxudduda o qederde cox yemirem.
Sitat: Vetenperver
Noxudsuz dovğanı yeyə bilmirəm,mütlıq dovğada noxud olmalıdır.

agzinin dadini bilirsen aa))
BULUTUM | 16 may 2015 16:32 | Status: Professional user | Şərh: 7 387
Qiw uzunu cox istifade edirik.cox quvvelidi cox dadlidi.Ele bele duzlayib yeyirik.
Ag Gul | 16 may 2015 15:09 | Status: Professional user | Şərh: 4 333
Noxudu çox sevirəm. Balaca olanda həkim mən həmişə deyirdi ki, çoxlu noxud ye bədənivi möhkəm saxlasın. Mən də o ki, noxudu sevirdim mamama hər gün deyirdim mənə noxud elə həkim deyib. Başqa vaxt həkim deyənləri eləməyi sevməzdim amma :))

Sitat: Aytekin82
Noxudu bir də pitidə sevirəm....

Gəlin sizə ləzzətli Şəki pitisi yedirək :)


Təşəkkürlər xalacan
Vetenperver | 16 may 2015 14:39 | Status: Professional user | Şərh: 6 700
Noxudsuz dovğanı yeyə bilmirəm,mütlıq dovğada noxud olmalıdır.
Aytekin82 | 16 may 2015 14:11 | Status: Brilliant user | Şərh: 6 587
Noxudu bir dovğada, bir də pitidə sevirəm....
Lobya və mərcimeyi daha çox işlədirik winked