Sağlamlıq / Düzgün qidalanma

Ramazanda necə qidalanmalı?

leyla meherremova | 29-06-2014, 10:00
3 242 22

 

 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 
Ramazan ayı, cəmiyyətimizin həyatında əhəmiyyətli bir yer təşkil edir.
Gün ərzində yemək yeyilmədiyi üçün imsaq və iftar yeməklərinə xüsusi bir diqqət göstərilir.

Sahur normal nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanır. Buna görə, Ramazan ilə birlikdə insanların qidalanma vərdişlərində də dəyişikliklər meydana gəlir. Hər zaman təklif etdiyimiz kimi bu dövrdə də məqsəd, kafi və balanslı qidalanmağı təmin edə bilməkdir.

Pay sayı ən az 3 dəfə olacaq, planlanmış bir qidalanma şəkli tətbiq olunmalıdır. Buna diqqət etməyən sağlam insanlarda belə zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yığılması, qəfil təzyiq yüksəlməsi və bənzəri narahatlıqlarla qarşılaşıla bilir. Xüsusilə bu dövrdə istehlak edilən xəmir yaməkləri, şirnilər, pide, və s. yüksək kalorili qidaların yeyilməsinin çoxalmasına bağlı olaraq, kilo artımı olması qaçınılmazdır.


بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

 

Mütləq sahura qalxın


Kafi və balanslı qidalanmanın Ramazanda da təmin edilə bilməsi üçün gündəlik ən az 3 payı tamamlamamız lazımlıdır. Bu payların ən əhəmiyyətli olanlarından biri də sahur (imsak) yeməyidir.

Sahurda yalnız su içərək niyyətlənmənin və ya gecə yatmazdan əvvəl yemək yemənin son dərəcə zərərli olduğu unudulmamalıdır. Çünki bu qidalanma tərzi təxminən 12 saat olan aclığı, ortalama 18 saata çıxarmaqdadır. Bu vəziyyətdə aclıq, qan şəkərinin daha erkən saatlarda düşməsinə və buna bağlı olaraq günün daha səmərəsiz keçməsinə səbəb olmaqdadır.

Əgər sahur payı ağır yeməklərdən olarsa, gecə maddələr mübadiləsinin sürəti düşdüyü üçün yeməklərin yağa çevrilmə sürəti yüksələr, kilo alma sürəti və riski artar. Buna görə sahura mütləq qalxmaq lazımdır və bu payda ya yüngül bir nahar edilməli ya da şorba tərzi, az yağlı tərəvəz, zeytunyağlı yeməklərdən ibarət olan bir pay yeməyi seçilməlidir. Gün ərzində çox maye itirildiyi üçün maye tarazlığının təşkili çox əhəmiyyətlidir.


Nümunə menyu


Sahur

1-2 dilim çörək
 
1-2 dilim pendir və ya 1 yumurta
 
5-6 ədəd zeytun, xiyar-pomidor, meyvə və ya 1-2 çay qaşığı bal və ya cem

1 kasa şorba + pomidor + xiyar +1 dilim çörək +1 kasa qatıq
+1 stəkan süd + və ya 1 dilim börək 

İftar
 
1-2 zeytun və ya xurma və ya pendir
 
1 kasa şorba, 1 boşqab ət yeməyi və ya ətli tərəvəz yeməyi, salat (az yağlı)
 
2-3 dilim çörək və ya plov ya da makaron və ya 1 dilim börək

Ara pay (iftardan sonra)
 
2 meyvə + 1 su stəkanı süd və ya qatıq
 
1 kasa meyvə kompotu + gecə yatarkən süd
 
Həftədə 2-3 dəfə ara pay yerinə südlü şirni (bəzən firni olaraq) yeyilə bilər.

İftarınızı şorba ilə açın


Başlanğıc üçün, beynə doyma hissi verən şorba ən uyğun yeməkdir.

Günün ilk payı olacaq olan iftar, bir şorba ilə açılmalı və bir az ara verdikdən sonra əsas yeməyə keçilməlidir. İftara pendir, zeytun kimi sadə yeməklərlə başlayaraq, normal yeməyə daha sonra keçilməsi daha uyğundur.


Az və yüngül yeyin


Oruc müddətin ağır tərəfindən biri də mədə çox boş qalmaqda, sonra isə ümumiyyətlə insanlar bir anda çox şey yedikləri üçün mədə və ürək problemləri ortaya çıxır. Bunun qarşısını almaq üçün iftarda yavaş-yavaş və az miqdarda yemək yeyilməlidir.

İftar ilə sahur (imsak) arasına da mütləq balanslı olmaq şərti ilə pay əlavə olunmalıdır. Ramazanda oruc tutarkən qidalanmağa çox diqqət göstərilməli, yağlı yeməklərdən uzaq durulmalıdır. Yeyilən yeməklərin ağır olmamasına, az yağlı, yağda qızardılmadan bişirilmiş yeməklərin seçilməsinə, az və tez-tez yeməyə diqqət yetirilməlidir.

Mədənizi qoruyun


Ramazan ayında ən sıx qarşılaşılan problemlər, mədə turşusunun yemək borusuna qaçması, təyin edilən köp və qəbizlikdir. Qəhvə, kakao, şokolad kimi həddindən artıq kafein qəbulundan çəkinmək, yeməyi yeyər-yeməz yatmamaq, çox yağlı yeməklər qəbul etməmək, alınacaq tədbirlərdəəndir.

Qəbizlik problemi çəkənlərin isə lifli qidaları daha çox yemələri lazımdır. Bunun üçün meyvə və tərəvəz yeyilməsinin artırılması, tam buğda və ya çovdar çörəyinin istifadə edilməsi, xüsusilə su istehlakının artırılması lazımdır.

Oruc, bəzən arıqlamaq üçün bir alternativ olaraq qiymətləndirilir. Bu səhv bir düşüncədir. Gün boyu ac qalmaq maddələr mübadiləsini yavaşladır və bu xüsusilə Ramazanın ikinci yarısından etibarən, əksinə arıqlamanı çətinləşdirir.
 

 اللَّهُ الصَّمَدُ

http://www.ercankuru.com.tr/wp-content/uploads/2012/07/ramazanda-beslenme.jpg

Allah orucunuzu qəbul etsin!

 
@Xəbər azadqadın.az saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.
 

Zulya | 12 iyul 2014 10:28 | Status: Gümüş user | Şərh: 1 640
Sitat: MELEK_
Xos geldin, 11 ayin sultani
nurane55 | 30 iyun 2014 16:38 | Status: Professional user | Şərh: 1 849
Faydalı məlumat üçün tşk.Leylacan.
SEVDA | 30 iyun 2014 13:15 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah bütün oruc tutanlara güc-qüvvet versin....
Ay_Sun | 30 iyun 2014 12:54 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Girl
Məlumata görə təşəkkürlər Leyla bacı...
MELEK_ | 30 iyun 2014 12:53 | Status: Professional user | Şərh: 3 949
Xos geldin, 11 ayin sultani
Gulshen. | 30 iyun 2014 09:25 | Status: Qonaq | Şərh: 0
Sitat: cuci
allah razi olsun leyla xanim faydali xeberdir
Black_sTaR | 30 iyun 2014 02:09 | Status: Professional user | Şərh: 846
Bizdədə hamı oruc tutub. Məndə. Allah hamının köməyi olsun. Allah bütün oruc tutanların orucunu qəbul etsin! Faydalı xəbər üçün çox sağ olun. Leyla bacı.
FLOVERandGİRL | 30 iyun 2014 00:12 | Status: Professional user | Şərh: 3 251
Sitat: Röyamsan.
Allah bütün oruc tutanların orucunu qəbul etsin amin! Faydalı xəbər üçün çox sağ ol canım.
Nergiz love | 29 iyun 2014 21:08 | Status: Professional user | Şərh: 7 871
Sitat: leyla meherremova
Sitat: Nergiz love
ILK NOVBEDE ALLAH EDILEN DUALARI ORUCLARI QEBL ETSIN,AMIN,AMIN,AMIN,MENE KIMSE DESIN,,MEN ORUC TUTMAQ ISTIIREM,AMA QORXURAMKI BUTUN AYI TUTA BILMEREM,AMA NECE GUN TUTA BILSEM ORUC SAXLAYIM YENI BELE ORUC SAXLAMAQ GUNAH DEYILKI MESELCIN 10 GUN?BILEN VARSA CAVAB YAZSIN,

Amin, inşAllah...Yox canım, nə qədər istəyirsiniz tutun,bu il 10 gün tutarsınız, ürəyinizdə iman işığı artar, gələn il 20 gün, bir ay tutasınız, inşAllah yavaş-yavaş iradəniz güclənər...
Heç bir günah yoxdu,heç tutmamaqdan qat-qat savabdır, əsas odur ürəyinizdən gəlir, Allaha yönəlirsiniz...

COX TESEKKURLER,,LEYLA XANIM,,CAVABLLANDIRDIQNIZA GORE,,SIZINDE ORUCLARNIZ QEBUL OLUNSUN.
Röyamsan. | 29 iyun 2014 20:04 | Status: Brilliant user | Şərh: 6 102
Allah bütün oruc tutanların orucunu qəbul etsin amin! Faydalı xəbər üçün çox sağ ol canım.
SABINA | 29 iyun 2014 20:00 | Status: Professional user | Şərh: 7 410
allah razi olsun leyla xanim faydali xeberdir
Girl | 29 iyun 2014 19:28 | Status: Professional user | Şərh: 8 206
Məlumata görə təşəkkürlər Leyla bacı...
My life | 29 iyun 2014 19:10 | Status: Qonaq | Şərh: 0
Allah hər kəsə oruc tutmaqda kömək etsin.Bugün biraz asdan oldu oruc tutmaq hava sərin oldu.odur ki suya çaya o qədər də ehtiyacı olmadı
Abbasova Roza | 29 iyun 2014 18:46 | Status: Qonaq | Şərh: 0
Men oruc tutanda 1ci gun halsiz oluram , sonra her sey qaydasina dusur .
DENIZ QIZI3 | 29 iyun 2014 16:42 | Status: Gümüş user | Şərh: 3 858
ADAM YEMEK ISTEMIR ANCAQ SU VE CAY ISTEYIR,ALLAHIMIZ BU ORUCU AXIRA QEDER TUTMAQDAN BIZLERE YARDIMCI OLSUN

RAMAZANDA ACLIQ HIS OLUNMUR ADAM SU VE CAY ISTEYIR ,TESEKKURLER
Vetenperver | 29 iyun 2014 15:07 | Status: Professional user | Şərh: 6 700
Mən oruc tutanda kökəlirəm.Deyirlər oruc tutanda insan gün ərzində az yeyir amma əksinədir,safurda o qədər yeyirik ki axşama qədər acmayasan,iftardada çox yeyirik ki uzun müddət ac qalmışıq və yatana qədər yeyirik.Nəticədə oruc tutulan gün ərzində iki dəfə yemək yemək oruc tutmayan gümlərdə 3 dəfə yeməkdən daha çox olur.Adı çıxır ki güya az yeyirik.Ona görə kökəlmə baş verir.
Nurus. | 29 iyun 2014 14:03 | Status: Brilliant user | Şərh: 6 982
Allah bize sebr versin.Rebbim tutdugumuz orucumuzu,qildigimiz namazlari ve etdiyimiz dualari qebul etsin.Heleki yaxsiyam.Biraz medemde agrilar var,oda ilk gundu ona gore yavas-yavas oyrenek.Teşekkurler gozel xeber ucun canim.Allah seninde orucunu qebul etsin.Amin.
NURLU | 29 iyun 2014 13:12 | Status: Professional user | Şərh: 5 552
men kecen il 20 gun tutudum,sonra dozumun olmadi,yixilirdim duzdu acmadim,amma eleki medem aqrimaqa basladi tez acdim dze bilmirdim,insallah bu ilim cetin olmaz,heki bas aqrisindan olurem bilmirem niye bele oldu.
yemeklere qaldiqda ise LEYLAM kisi pul almiyib xurmasizam,yazdiqlarivin coxu yoxdu evde recourse
insallahi quru yeyirem hecne olmaz medem aqrimaz.ALLAHDAN guc isteyire
dream reality | 29 iyun 2014 13:04 | Status: Professional user | Şərh: 1 449
Sitat: gulcin777
Oruc tutanlar üçün çox faydalı xəbərdir. Təşəkkürlər.
Nergiz love | 29 iyun 2014 11:17 | Status: Professional user | Şərh: 7 871
ILK NOVBEDE ALLAH EDILEN DUALARI ORUCLARI QEBL ETSIN,AMIN,AMIN,AMIN,MENE KIMSE DESIN,,MEN ORUC TUTMAQ ISTIIREM,AMA QORXURAMKI BUTUN AYI TUTA BILMEREM,AMA NECE GUN TUTA BILSEM ORUC SAXLAYIM YENI BELE ORUC SAXLAMAQ GUNAH DEYILKI MESELCIN 10 GUN?BILEN VARSA CAVAB YAZSIN,
Mehri-Ban | 29 iyun 2014 10:29 | Status: Professional user | Şərh: 1 329
ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN.AMIN!INSALLAH EGER QISMET OLARSA GELEN IL TUTMAQ ARZUSUNDAYAM,MUEYYEN SEBELERDEN BU IL TUTA BILMIYECEM
Gülçin | 29 iyun 2014 10:17 | Status: Brilliant user | Şərh: 6 780
Oruc tutanlar üçün çox faydalı xəbərdir. Təşəkkürlər.