Sağlamlıq / Düzgün qidalanma

Su tərkibi zəngin olan qidalar

RaySum | 18-02-2014, 16:00
2 897 36
 


 
Bəzi qidalar təbii olaraq su tərkibi baxımından olduqca zəngindir.
 
Su baxımından zəngin qidalar əksəriyyətlə antioksidant ehtiva edən meyvə və tərəvəzlərdir. Bu qidaları qəbul etmək, bədənimizdəki turşu miqdarını tarazlıyar və daha yaxşı bir oynaq, sümük inkişafı və toxuma bərpasına öz töhfəsini verər. Ayrıca, su bədənimizi toksinlərdən təmizləmək üçün də əla vasitədir.
 
Bunun xaricində, su ilə zəngin qidalar kilo itkisi, yaşlanmaqla mübarizə və güclü əzələ sistemi mövzularında da olduqca təsirlidir. Su tərkibli qidaların ən gözəl tərəfi isə aşağıkalorili olmalarıdır. Nəticə olaraq pəhrizinizə su baxımından zəngin olan meyvə və tərəvəzləri əlavə etmək sağlamlığınız baxımından çox faydalıdır.

  
 Sağlamlığınıza müsbət təsir edəcək su tərkibi zəngin olan qidalar..
 
 Kahı

Kahının tərkibinə 96 % nisbətində su daxildir. Bu səbəblə, bədəninizin su itkisi ehtiyacına  köməkçi olar. Bunun yanında, kalium, antioksidantlar və az miqdarda C və K vitamini daxildir. Əgər su tərkibi baxımından zəngin qidalar axtarırsınızsa kahı qəbuluna  laqeyd yanaşmayın.

 
Qarpız  

 

Qarpız,sərinlədici və ləzzətli olduğu kimi, su tərkibi ilə də zəngin bir meyvədir.91% nisbətində su ehtiva edir və içərisində likopen, lif, potasyum, A və C vitaminlərini tapa bilərsiniz. Digər bir deyimlə qarpız, bədəninizin su ehtiyacını qarşılamaq üçün birə-birdir. 
 
Üzüm 

Üzüm,90% su tərkibinə malikdir, kalori baxımından olduqca aşağıdır və C vitamini üçün yaxşı bir qaynaq olaraq qəbul edilir. Ayrıca üzüm, enerji və su itkisini yaxşı bir şəkildə uyğunlaşdırmaq xüsusiyyətinə malikdir.
 
 
Brokoli

 

Brokoli, qərb ölkələrində tez-tez istifadə edilir. Təqribən 89 %-i su olan bir tərəvəzdir. Buna əlavə olaraq, C vitamini, kalsium, lif,dəmir və daha sonra bədən tərəfindən A vitamininə çevrilən beta karotin ehtiva etməkdədir. Bu səbəblə, mümkün olduğunca brokoli yemək çox faydalıdır.
 
  
 Az yağlı süd və qatıq 
 
Az yağlı süd  89 %, qatıq isə 85% nisbətində su ehtiva edir. Bu qidalar zülal, fosfor, kalium, A və D vitaminlərinin  yaxşı mənbəyi kimi xarakterizə edilir. 
 
 Hindistan qozunun suyu
 
Hindistan qozunun suyunun tərkibinə  95% nisbətində su daxildir. Hindistan qozunun suyu və südü fərqlidir, lakin eyni meyvə içərisində tapılar. Hindistan qozunun suyu aşağı karbohidrat və aşağı natrium tərkibi ilə nəmli bədənlər üçün yaxşı seçim hesab edilə bilər, xüsusilə idmançılar üçün faydalı bir seçimdir. 
 
Avokado 


Avokadoya, bədən üçün olduqca faydalı yağlar daxildir və  özündə 81% nisbətində su saxlayar. Ayrıca, avokado içərisindəki likopen və beta- karotin idmançıların hazırlıq müddətini sürətləndirməyə kömək edir. 
 
 
Xiyar

 

Xiyar  96% nisbətində su tərkibli olması ilə yanaşı, kalsium, maqnezium, kalium və natrium baxımından da olduqca zəngindir. Bundan başqa tərkibinə əzələ, qığırdaq və sümük üçün faydalı olan qüvvətli minerallar daxildir. 
 
 
Çiyələk
   
Su baxımından zəngin olan bir başqa meyvə isə çiyələkdir. Tərkbinə  92% nisbətində su daxildir və yalnız 23 kaloridir. Ayrıca çiyələk, qan şəkərininin tənzimləməsinə kömək edən polifenol ehtiva etməkdədir. 
 
Kərəviz 
 
Kərəviz, su tərkibinə görə zəngindir. Ayrıca kərəviz, mütəmadi məşq sonrasında idmançıların bədənində sink səviyyəsini nizamlayar. Kalium, maqnezium, kalsium, natrium kimi minerallar baxımından olduqca zəngin güclü bir elektrolit qidadır. Əgər bir idmançıysanız kərəviz qəbuluna  laqeyd yanaşmayın. 
 
 Бабочки на цветочках
 
 
Redaktə etdi : Sadəcə MƏN

  1. dılay | 15 noyabr 2015 15:30 | Status: Brilliant user | Şərh: 8 192
    Melumata. Gore twk
  2. ESMER | 23 oktyabr 2015 19:28 | Status: VİP user | Şərh: 817
    Sitat: ayun
    Cox sag olun melumata gore

    Sitat: ayun
    Cox sag olun melumata gore
  3. ayun | 23 oktyabr 2015 00:35 | Status: Qonaq | Şərh: 0
    Cox sag olun melumata gore
  4. Kenan25 | 3 may 2015 13:37 | Status: Şərhçi | Şərh: 225
    Sitat: fea
    men en cox kakosun suyunu xoslayiram
  5. ada.. | 10 oktyabr 2014 09:38 | Status: Qonaq | Şərh: 0
    Tewekkur melumatim vardi
  6. SABINA | 7 oktyabr 2014 10:57 | Status: Professional user | Şərh: 7 411
    mene lazim idi tesekkur edirem
  7. Nergiz love | 1 oktyabr 2014 01:34 | Status: Professional user | Şərh: 7 871
    Sitat: Girl
    Tewekkur lazimli xebre gore
  8. fea | 5 sentyabr 2014 13:44 | Status: Gümüş user | Şərh: 1 737
    men en cox kakosun suyunu xoslayiram
  9. Zulya | 30 iyul 2014 17:45 | Status: Gümüş user | Şərh: 1 640
    Bunlardan cox yeyirem .bir avokado birde hindistan cevizini az yeyirem
  10. Zulya | 3 may 2014 07:03 | Status: Gümüş user | Şərh: 1 640
    Bildim tewekkurler
  11. Nigar | 26 fevral 2014 17:31 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: Rafet Hasanoglu
    seheri yemek yox meyve qesengdi

  12. Rafet Hasanoglu | 24 fevral 2014 20:34 | Status: Şərhçi | Şərh: 184
    seheri yemek yox meyve qesengdi
  13. 1ce 2miz | 23 fevral 2014 12:05 | Status: Qonaq | Şərh: 0
    tesekkurler
  14. Girl | 20 fevral 2014 16:13 | Status: Professional user | Şərh: 8 206
    Tewekkur lazimli xebre gore
  15. Gulus. | 19 fevral 2014 16:38 | Status: Professional user | Şərh: 2 436
    Faydali xebere gore tesekkurler.
  16. SEVDA | 19 fevral 2014 15:22 | Status: Nəzarətçi | Şərh: 17 452
    xebere gore twk...
  17. sadəcə MƏN | 19 fevral 2014 12:37 | Status: Brilliant user | Şərh: 4 772
    Sitat: Meryem_Duyqu
    Şəkilə baxan kimi bildimki, xəbərdə Sadəcə Mən imzası var...Ən çox sevdiyim meyvə üzüm və çiyələkdir.Şəkildə də necə gözəl görünürlər...Təşəkkürlər

    Bəyəndiyinə sevindim,canım... love
    Sitat: AYAN A-VA
    SADECE MEN REDAKTE ELADIYE KIZ
    Caaaan.. 0109
  18. Gulya2676 | 19 fevral 2014 10:57 | Status: Gümüş user | Şərh: 2 588
    Chox teshekkurler faydali xeber uchun.
  19. Aylin Alizade | 19 fevral 2014 09:26 | Status: Şərhçi | Şərh: 214
    biliridm bu haqda melumatim vardi.tewekkurler
  20. Meryem_Duyqu | 19 fevral 2014 02:23 | Status: Yazar | Şərh: 4 130
    Şəkilə baxan kimi bildimki, xəbərdə Sadəcə Mən imzası var...Ən çox sevdiyim meyvə üzüm və çiyələkdir.Şəkildə də necə gözəl görünürlər...Təşəkkürlər
  21. AYAN A-VA | 18 fevral 2014 21:12 | Status: Gümüş user | Şərh: 1 722
    TEWEKKURLER FAYDALI XEBER OLDU/SADECE MEN REDAKTE ELADIYE KIZ
  22. Sabahım. | 18 fevral 2014 21:08 | Status: Professional user | Şərh: 3 359
    BƏHHHHHHHH-BƏHHHH.ALLAHIN  NEMƏTLƏRİ   GÖZƏLDİR.ŞÜKÜR  SƏNƏ  ALLAHIM
  23. nurays | 18 fevral 2014 20:30 | Status: VİP user | Şərh: 908
    Sitat: birdane
    tesekkurler faydali xebere gore


  24. M.Aliyeva | 18 fevral 2014 20:14 | Status: Gümüş user | Şərh: 1 970
    Saglamligimizin kewiyinde duraq!
  25. Nurus. | 18 fevral 2014 19:15 | Status: Brilliant user | Şərh: 6 982
    Her birini cox sevirem.Yorulmayasiniz...
  26. pirenses | 18 fevral 2014 18:28 | Status: VİP user | Şərh: 1 398
    faydali xeberdi tsk canim..
  27. Röyamsan. | 18 fevral 2014 18:18 | Status: Brilliant user | Şərh: 6 103
    Marağlı xəbər üçün təşəkkürlər.
  28. Alice | 18 fevral 2014 17:42 | Status: Professional user | Şərh: 5 021
    Sağol Raysum.. Məsləhətli  xəbərdi.. Bilməyənlər diqqətli olun..
  29. birdane | 18 fevral 2014 17:13 | Status: Professional user | Şərh: 3 727
    tesekkurler faydali xebere gore
  30. Gülçin | 18 fevral 2014 17:01 | Status: Brilliant user | Şərh: 6 782
    Faydali xebere gore teshekkurler.