Sağlamlıq / Düzgün qidalanma

Meyvələrin güclü təsirləri

Nurus. | 27-11-2013, 16:30
5 006 28

 

 

Alma, şaftalı, çiyələk, armud... Bədəni təmizləyib insanın özünü gümrah hiss etməsi üçün meyvədən daha faydalı və mükəmməl heç bir şey yoxdur.

 

Təzə meyvə, tək yüksək dozada C vitamini ehtiva etdiyi və lifli bir quruluşu olduğu üçün deyil, sağlam və gümrah qalmamıza kömək edən hər cür vitamin və mineralı da ehtiva etdiyi üçün son dərəcə faydalıdır. Qısa davamlı bir meyvə kürü, qidaların həzm edilməsi əsnasında ortaya çıxan və bədəndə yığılaraq onun sağlam işləməsinə maneə törədən toksinlərdən qurtulmamızı da təmin edər. Ən sevdiyiniz meyvələrin nəyə faydalı olduğunu bilin. 

 
Aşağıdakı cədvələ baxın: 
 

 

 Qida dəyəri.

Sevdiyiniz meyvələrin qida dəyərlərini öyrənmək üçün verdiyimiz cədvəldən istifadə edin. Çaşdırıcı bəzi gerçəkləri öyrənəcəksiniz. Məsələn üzümün tərkibindəki kalori az qala banankı qədər yüksəkdir; çiyələkdə portağaldan daha çox C vitamini var. Amma unutmayın ki, bəzi meyvələrdə olan C vitaminin miqdarı (xüsusilə sitrus bitkilərində), toplandıqdan bir gün sonra, az qala yarı-yarıya azalır. Ona görə meyvəni  mümkün olduğu qədər təzə alın və dərhal istehlak etməyə çalışın.

 

 

Faydaları. 

Bədənimizin istifadə etdiyi vitamin və minerallar, sağlam qalmaq baxımından həyati əhəmiyyət daşıyarlar.


Vitaminlər.

A vitamini dəri hüceyrələrinin çıxarılması üçün lazımlıdır. Ağciyər və bağırsaqları infeksiyadan qoruyar. Görməyə kömək edər. B6, dəri xəstəliyi və siqaret çəkənlərə yaxşı gəlir. C vitamini yaraların yaxşılaşması, sümük formalaşması üçün faydalıdır. E vitamini artıma və sinir sistemləri üçün lazımdır.

Fol turşusu (bir B vitamini növü), sağlam qırmızı qan hüceyrələrinin meydana gəlməsinə köməkçi olar.

 

 

Minerallar.

Kalsium, güclü diş və sümüklər, əzələlər və qan üçün lazımdır. Mis, sinir sisteminin çalışmasına və kimyəvi reaksiyalar üçün həyati əhəmiyyət daşıyan fermentlərin çıxarılmasına köməkçi olar.

Maqnezium, diş və sümüklərin sağlam olması üçün kalsiumla birlikdə çalışır və sinir sisteminin funksiyasını etməsinə kömək edər. Kalium, bədəndəki su tarazlığını tənzimləməyə kömək edər.

Fosfor, kalsiumla birlikdə diş və sümüklərin möhkəm qalmasını təmin edər.

 

 

Necə saxlanılmalıdırlar?

Alma sərin otaqda ya da soyuducunun tərəvəz gözündə saxlanılmalıdır. Banan meyvə qabında saxlanılmalıdır ( soyuducuda qaralar). Həm bananları yetişdirmək üçün qəzet kağızına və ya mətbəx bezinə bükə bilərsiniz. Çiyələk, böyürtkən və s. soyuducuda, sıfıra ən yaxın dərəcədə amma dondurmadan saxlamaq lazımdır. 

Üzüm soyuducuda, sıfıra ən yaxın dərəcədə olmalıdır. Sərt çəyirdəklilər ( ərik, alça,albalı və s.) yetişənə qədər meyvə qabında, daha sonra soyuducunun tərəvəz gözündə saxlanılmalıdır. Pomidor yetişmişsə, daha çox soyuducunun tərəvəz gözündə, yaşıldırsa, qəzet kağızına büküb isti bir yerdə saxlaya bilərsiniz.


İnanın ki, mənim məlumatlardan çox xəbərdə ki, şəkillər xoşuma gəldi.

  Siz necə xəbərimi bəyəndinizmi?

 
 Redaktə etdi: Beren
 
 

Nergiz love | 18 oktyabr 2014 21:10 | Status: Professional user | Şərh: 7 871
Mende meyve cox yeyirem
BULUTUM | 2 aprel 2014 08:53 | Status: Professional user | Şərh: 7 387
Bizim evde en cox pul meyveye gedi.Ele gunumuz olur,yemek biwib qalir, meyve yeyib yatiriq.Coreyimiz olmasada mey emiz hemiwe olur.Butun meyveleri sevirik.
Ayka21 | 7 dekabr 2013 01:41 | Status: Yazar | Şərh: 2 770
Meyve yeyen deyilem en çox mandalin yeyirem
SEVDA | 30 noyabr 2013 15:13 | Status: Nəzarətçi | Şərh: 17 439
FAYDALI MELUMAT UCUN TWK.
Nur | 30 noyabr 2013 14:44 | Status: Professional user | Şərh: 3 988
meyveleri cox sevirem,cox sagolun deyerli xebere gore
LARA SOFI | 29 noyabr 2013 02:54 | Status: VİP user | Şərh: 735
SIRIN MEYVELERI SEVIREM TURSLAR MENLIK DEYIL,ESASDA GILASI
Nurus. | 28 noyabr 2013 22:36 | Status: Brilliant user | Şərh: 6 982
Sizde sag olun.Minnetdaram sizlere.Sizlerin yazdigi bu gozel şerhleri oxuyub inaninki hevese duşub yeni xeberler hazirlayiram.Cox sag olun.
Ulviyye | 28 noyabr 2013 22:20 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: ramile79
COX VACIB VE DEYERLI MELUMATLARA GORE COXSAGOLUN
nara hesenova | 28 noyabr 2013 16:19 | Status: Gümüş user | Şərh: 1 201
Meyvəni çox sevirəm,evdə olmayanda elə bil nəyimsə çatmır,nədəndisə ağacda olanda o qədər yemirəm,ancaq pul ilə alanda biridə qalmır.
Alice | 28 noyabr 2013 14:34 | Status: Professional user | Şərh: 5 020
Meyvələrin çoxunu sevirəm... Təşəkkür..
azer347 | 28 noyabr 2013 01:14 | Status: Qonaq | Şərh: 0
meyveden vitaminli sey vaar
myself | 28 noyabr 2013 00:04 | Status: Qonaq | Şərh: 0
meyve cox faydalidir
xfe | 27 noyabr 2013 21:40 | Status: Şərhçi | Şərh: 409
melumata gore tskler ama aydin gorunmur
Girl | 27 noyabr 2013 20:38 | Status: Professional user | Şərh: 8 206
məlumata görə təşəkkür
M.Aliyeva | 27 noyabr 2013 20:33 | Status: Gümüş user | Şərh: 1 970
XEBERE GORE COX MERSI.
luce | 27 noyabr 2013 20:25 | Status: Professional user | Şərh: 2 922
Meyve yemek cox xeyirli olsa da, men ele de cox yemirem. Xeber ucun tesekkurler.
Aynur_Mezahirli | 27 noyabr 2013 20:07 | Status: Qonaq | Şərh: 0
Elbet beyendim, tesekkurler. Her nov meyveler menim ikinci yemeyimdi, xoslamadigim meyveler yoxdu, xosladigim meyveler var. Xeber ucun sagolun!
ALSU AZERI | 27 noyabr 2013 19:49 | Status: VİP user | Şərh: 511
BILIRDIM.DEMEK OLAR KI,MEYVEYLE YASHAYIRAM.BANANI CIXMAQ SERTIYLE.
TESEKKURLER
Ayten Hesenzade | 27 noyabr 2013 19:36 | Status: Şərhçi | Şərh: 243
naringini cox sevirem
B A D i | 27 noyabr 2013 19:21 | Status: Şərhçi | Şərh: 332
MEYVELERI COX SEVIREMM
ramile79 | 27 noyabr 2013 19:14 | Status: VİP user | Şərh: 646
COX VACIB VE DEYERLI MELUMATLARA GORE COXSAGOLUN
Lumia | 27 noyabr 2013 19:08 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem,meyveni cox sevirem.
Nazlı_Kız | 27 noyabr 2013 19:02 | Status: Brilliant user | Şərh: 6 473
FAYDALI MELUMAT UCUN TEWEKKURLER CANIM GOZEL ALINIB XEBERIN
MELEK_ | 27 noyabr 2013 17:36 | Status: Professional user | Şərh: 3 949
men de sekilleri beyendim, istahlandirici sekillerdir)))
Ayan92 | 27 noyabr 2013 17:18 | Status: Professional user | Şərh: 3 056
Təşəkkürlər
Nara | 27 noyabr 2013 17:12 | Status: Yazar | Şərh: 1 718
ELLERINIZE SAGLIQ SUPER
ww.ss | 27 noyabr 2013 16:43 | Status: VİP user | Şərh: 695
Tewekkurler cox maraqlidirr
Röyamsan. | 27 noyabr 2013 16:41 | Status: Brilliant user | Şərh: 6 102
Tewekkurler Baci Maraqli Xeberdi....