Sağlamlıq / Düzgün qidalanma

Yumurta təzəmi, boyatmı? Necə bilərsiniz?

NaraAzer | 30-10-2013, 18:00
4 657 44
 

 
Təzə yumurta bayat yumurtaya görə daha ağırdır. Yumurta bayatlaşdıqca yüngülləşər.
  Təzə yumurtanı qulağınıza yaxınlaşdırıb yellədiyinizdə səs eşitməzsiniz. Lakin bayat yumurtada çalxalanma səsi eşidərsiniz.
    Təzə yumurtanı duzlu suya buraxdığınızda dibə batar. Bayat yumurta isə suyun üzünə çıxma meylindədir. Əvvəlcə yumurtanın iti küncü yüksəkdə qalar. Yumurta nə qədər bayatsa o qədər suyun üzünə çıxar. (Əslində suyun duzlu olması şərt deyil, lakin duzlu suyun qaldırma xüsusiyyəti daha çox olduğundan bayat yumurtanı daha dəqiq anlarsınız). Yumurtanın rahatca sığacağı bir stəkana su doldurun, təxminən 1 qaşıq duzu içinə atıb qarışdırın və yumurtaları tək-tək içinə buraxaraq test edin.
Təzə yumurtanı bir qabın içinə qırdığınızda sarısı dağılmadan və sarısıyla ağı bir-birinə qarışmadan dayanacaq. Bayat yumurtanın sarısı isə daha çox yayılar.
Qaynadılmış təzə yumurtanı soyması çətindir. Qaynadılmış bayat yumurtanı isə asanca soya bilərsiniz.
 

 
Yumurta necə saxlanmalıdır:
  Təzəliyini daha uzun müddət qoruması üçün yumurtaları orijinal karton qutusunda, soyuducuda mühafizə edin. Yumurtaları istifadə etmədən dərhal əvvəl yuyun. Soyuducuya qaldırmadan əvvəl yusanız, üzərindəki təbii qoruyucu təbəqə itər. Güclü qoxulu qidalarla yan-yana saxlamayın. Yumurta qabığı qoxuları çəkə bilər.
İlıq yumurta necə edilər:
  Yumurtanın ağı yarı-yarıya bişmiş, sarısı isə dərhal heç bişməmişdir. Yumurtanı suya qoyub, qaynamağa başladıqdan etibarən 100-ə qədər saysanız ilıq yumurtanız hazır olar.
 
Ərik (boş bişmiş) yumurta necə edilər:
  Ağı bişmiş, sarısı isə yüngülcə konsistensiyalanmışdır. Yumurtaları suya qoyub, qaynadıqdan sonra, 3,5-4 dəqiqə daha ocaqda tutub, soyuq sudan keçirsəniz, ərik konsistensiyasında yumurta əldə edərsiniz.
 
Bərk yumurta:
Yumurtanın həm ağı həm də sarısı yaxşıca bişmişdir. Yumurtaları qaynar suya atdıqdan sonra 6-7 dəqiqə bişirməniz lazımdır. Daha çox qaynatmaq, yumurtanın sarısının rənginin və dadının dəyişməsinə səbəb olar.
 
Yumurta nədir?
  Bir sərçənin inkişafı üçün bütün qida elementlərini ehtiva edən yumurta, nümunəvi zülal qaynağıdır. Bu da böyüməkdə olan bir orqanizm üçün əhəmiyyətli bir xüsusiyyətdir. Yumurta zülalı, amin turşularının hamısını kafi nisbətdə ehtiva edən və asan həzm edilən və 100% bədən zülallarına çevrilə bilən "üstün keyfiyyətli" zülaldır. Bir ədəd yumurtada 6 qram qədər zülal, 5,5 qram qədər yağ və çox az karbonhidrat vardır. Ayrıca A vitamini və bəzi B vitaminlərindən də zəngindir. Yumurtanın sarısı ağına nisbətlə daha çox yağ, zülal və dəmir ehtiva etməkdədir və yaxşı bir sink qaynağıdır.
Yumurta sarısı yüksək xolesterol ehtiva etməsinə qarşı yağı doymamış olduğundan xolesterolu yüksəldici təsiri qırmızı ətdən daha aşağıdır. Yumurta ölkəmizdəki ən ucuz yaxşı keyfiyyətli zülal qaynağıdır.
 
Yumurtada olan vitaminlər:
Yumurta A, D, E və B qrupu vitaminləri ilə digər vitaminləri əhəmiyyətli nisbətdə ehtiva etməkdədir. Yumurta sarısındakı A vitamini gözün yaxşı görməsi, sümük inkişafı və sağlam dişlər üçün lazımlıdır. Bədən hüceyrələrinin inkişafına kömək edər. Tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalara qarşı qorunmasını təmin edər.
D vitamini, insan bədənində kalsiumun istifadə edilməsinə köməkçi olar. Bu vitamin qidalarda məhdud miqdarda olar, dəridə günəş şüalarından sintez edilər. Yumurta sarısı, D vitamini təmin edən bir neçə qidadan biridir. Günəş şüalarından kifayət qədər faydalansa və yumurta istehlak edilsə xüsusilə uşaqlarda D vitamini əskikliyinə bağlı sümük pozuqluğu meydana gəlməz.
 
Mineral dəyəri:
  Yumurta, dəmir və sink kimi sağlamlığımız baxımından əhəmiyyət daşıyan mineralları da ehtiva etməkdədir. Dəmir, qan istehsalı üçün lazımlıdır. Dəmir qeyri-kafi alındığında anemiya (qansızlıq) meydana gələr. Ayrıca dəmirin böyümə, inkişaf və xəstəliklərdən qorunma rolu vardır. Qeyri-kafiliyində uşaqların öyrənmə qabiliyyəti və məktəb müvəffəqiyyəti azalar.
  
Yumurtanın yağ məzmunu: 
Kafi və balanslı qidalanmada diyetin yağdan gələn enerjisi 30%-in üzərində olmamalıdır. Cəmi yağ miqdarı qədər, yağ turşularını doymuş və doymamış olma xüsusiyyəti də əhəmiyyət daşımaqdadır. Doymuş yağların enerjiyə qatqısı 10%-in üzərinə çıxmamalıdır.
 
 
Redaktə etdi: Beren

Real Madrid CF | 1 iyun 2015 12:45 | Status: Qonaq | Şərh: 0
Melumatim yox idi tesekkurler bacim.
könka31 | 25 may 2015 19:02 | Status: Şərhçi | Şərh: 279
xoşum gəlir yumurtadan
Nergiz love | 7 may 2015 19:09 | Status: Professional user | Şərh: 7 871
Sitat: jasmin7
yumurtani coxxxxxxxxxx xowluyuram tewekkurler
Ag Gul | 21 aprel 2015 13:22 | Status: Professional user | Şərh: 4 333
Sitat: .gulya
Yumurtani sevmirem 
FLOVERandGİRL | 17 iyul 2014 16:38 | Status: Professional user | Şərh: 3 251
yumurtanisevmirem

yenede tshk
Gulshen. | 12 fevral 2014 19:28 | Status: Qonaq | Şərh: 0
Yumurtani sevmirem 
Lady SADA | 23 noyabr 2013 17:16 | Status: Şərhçi | Şərh: 110
yari biwmiwi copx sevirem
SEVDA | 1 noyabr 2013 09:21 | Status: Nəzarətçi | Şərh: 17 439
twk xebere göre
Aytekin82 | 1 noyabr 2013 08:17 | Status: Brilliant user | Şərh: 6 587
Bilirdim...Çünki o qədər yumurta sevəik ki)))))
Təşəkkürlər
Aynur_Mezahirli | 1 noyabr 2013 01:29 | Status: Qonaq | Şərh: 0
deyerli melumatdi tesekkurler.
Girl | 31 oktyabr 2013 18:34 | Status: Professional user | Şərh: 8 206
tesekkurler
Lumia | 31 oktyabr 2013 14:46 | Status: Professional user | Şərh: 5 378
Men yumurtani berk qaynadiram,soyuducuya qoyuram,2-3 saat qalir,sarisi goyerir,boyatiyir biraz sonra yeyirem,ele lezzet edir mene.Bisen kimi isti isti xosum gelmir yemekden.
LARA SOFI | 31 oktyabr 2013 13:54 | Status: VİP user | Şərh: 735
LAZIMLI XEBER IDI TSK
XeyaleR | 31 oktyabr 2013 13:09 | Status: VİP user | Şərh: 573
Emek muellimim o vaxti demiwdi mene yadimdan hec cixmayib
Mehdiyeva Cinara | 31 oktyabr 2013 09:58 | Status: VİP user | Şərh: 1 038
faydali xeberdir
twk
Lady Nara | 31 oktyabr 2013 09:53 | Status: VİP user | Şərh: 1 026
Yumurta orqanizm ucun cox xeyirli qidalardan biridir. Hem de kosmetik vasite kimi sac ve uz maskasi istifadesinde evezedilmezdir.Xebere gore tesekkurler
NURLU | 31 oktyabr 2013 07:24 | Status: Professional user | Şərh: 5 552
cox sevirem yumurtani melumatlar ucun sag olun.
Seyidli | 31 oktyabr 2013 00:52 | Status: Yazar | Şərh: 2 706
Çox da sevmirəm yumurta yeməyi. Arada könlümə düşəndə yeyirəm.

Ərik (boş bişmiş) yumurta necə edilər:
Ağı bişmiş, sarısı isə yüngülcə konsistensiyalanmışdır. Yumurtaları suya qoyub, qaynadıqdan sonra, 3,5-4 dəqiqə daha ocaqda tutub, soyuq sudan keçirsəniz, ərik konsistensiyasında yumurta əldə edərsiniz.

Yumurtanı belə bişmiş xoşlayıram.

Xəbərə görə təşəkkürlər!
nara hesenova | 30 oktyabr 2013 23:49 | Status: Gümüş user | Şərh: 1 201
usaqlarin sevdiyi yemekdir,tesekkurler.
yalniz arzu | 30 oktyabr 2013 23:48 | Status: Gümüş user | Şərh: 1 759
UŞAGLARIN SEVDİYİ QİDADIR YUMURTA.QLAZOR,YUMRU YUMURTA....
DENIZ QIZI3 | 30 oktyabr 2013 23:36 | Status: Gümüş user | Şərh: 3 858
bizde ancaq kend yumursasi olur.MELUMATA gore tesekkurler
Qanad | 30 oktyabr 2013 23:11 | Status: Yazar | Şərh: 4 357
Alanda sindirib baxariq.)))) wink
M.Aliyeva | 30 oktyabr 2013 23:07 | Status: Gümüş user | Şərh: 1 970
cox sevirem
sebiw21 | 30 oktyabr 2013 22:50 | Status: VİP user | Şərh: 526
xebere gore tewekkurler
gul kokusu | 30 oktyabr 2013 22:35 | Status: Gümüş user | Şərh: 1 472
TEWEKKULER
gulcan | 30 oktyabr 2013 22:19 | Status: Gümüş user | Şərh: 1 932
Sitat: jasmin7
yumurtani coxxxxxxxxxx xowluyuram tewekkurler
ayniska | 30 oktyabr 2013 21:27 | Status: VİP user | Şərh: 590
cox sevirem yumurtani melumatlar ucun sag olun.
drop | 30 oktyabr 2013 21:15 | Status: Gümüş user | Şərh: 2 448
yumurtanin teze ve ya bayat olmasini nece bilmek oldugunu bilirdim, faydalari ile de taniw oldum, tewekkurler.
Gunahli Cennetim | 30 oktyabr 2013 21:12 | Status: Şərhçi | Şərh: 108
yumurtada zulal coxdu onu nece yemey olar men yeye bilmirem
Alice | 30 oktyabr 2013 20:54 | Status: Professional user | Şərh: 5 020
Yumurtada olan vitaminlər:
Mineral dəyərləri:
QİDA RASİONUNDA HƏQİQƏTƏN LAZIMLI ...ƏVƏZOLUNMAZ...QİDADI