Sağlamlıq / Düzgün qidalanma

Sağlam Qurban Bayramı üçün praktik tədbirlər

Girl | 15-10-2013, 08:00
2 372 16
Sağlam Qurban Bayramı üçün praktik tədbirlər

Qurban Bayramında edilən səhv vərdişlərin başında qurban ətlərinin kəsildikdən dərhal sonra, hətta səhər yeməyində istehlak edilməsi gəlməkdədir.Heyvanlardaki  mikroorqanizmlər kəsildikdən sonra 24 saat içində ölər və heyvan ilk kəsildiyində ölüm sərtliyi olaraq adlandırdığımız sərtlikdə olar. Xüsusilə mədə və bağırsaq problemi olan insanların diqqət etməsi lazım olan bir mövzu da budur. Ətlər soyuq mühitdə bir neçə gün gözlədildikdən sonra istehlak edilməlidir. 

Qurban ətini necə bişirməli?




Süfrələrə təqdim edəcəyimiz ətin ləzzətli olması bizdən asılıdır. Əti bişirmə qaydası ətin keyfiyyətinə birbaşa təsir etməkdədir. Ətin ləzzəti,qoxusu ,vitamin - mineral məzmunu tamamilə bişirmə qaydası ilə  əlaqədardır.
Ən doğru bişirmə qaydası isə qızartma,qaynatma,sobada və ya tərəvəzlərlə birlikdə qazanda bişirməkdir. Ətlərin çox uzun müddət yüksək istiliklə təmas etməsi (qızartma,qovurma və ya manqal -  şəklində bişirmə ) müxtəlif  maddələrin meydana gəlməsinə səbəb olmaqdadır, ayrıca manqalda bişirmə əsnasında ətin xarici qismi sürətli şəkildə bişir zülallar qatılaşır  və ətin iç qismi isə çiy qalır. Ətlərin az bişmiş və ya çiy yeyilməsi ətin keyfiyyətini aşağı salacağı kimi, qida zəhərlənmələrində də səbəb ola bilər.



Ət ilə bişirilən yeməklərə isə ayrıca yağ qatılır. Qırmızı ət-doymuş yağ tərkibi yüksək bir qida olması səbəbiylə yeməklər onsuz da ləzzətli olacaq ,artıq yağ əlavə edilməsi bədənə əlavə yük gətirəcək,pəhrizlə alınan yağ miqdarının artmasına səbəb olacaq, sağlamlığımıza mənfi təsir edəcək. Xüsusilə quyruq yağı,iç yağı,kərə yağı kimi yağların istifadəsindən qaçınılmalıdır.

Ətlər manqalda bişiriləcəksə vitamin itkisinin qarşısını almaq və kanserogen maddə meydana gəlməsinə maneə törətmək üçün ətlər oddan 15 sm uzaqda tutulmalıdır və kömürlər tam  yandıqdan sonra ətlər bişirilməlidir.


Sağlam Qurban Bayramı üçün praktik tədbirlər:



1. İlk yeməyiniz 2 stəkan su ardından yüngül bir səhər yeməyi olsun.

2. Az və tez-tez aralarla, doğru qidaları seçərək qidalanmağa diqqət göstərin.

3. Şokoladlar, şərbətli şirniyyatlar yerinə südlü şirniyyatları və ya meyvə şirniyyatlarını (alma, armud, heyva)seçin.

4. Qabınızın ¼  qırmızı ət, qalan hissəsini isə tərəvəz və salatdan yaradın ,bunun yanında tam buğda çörəyinizi istehlak etməyi unutmayın.

5. Səhv seçilən və çox istehlak edilən hər loxmanın bədəninizə zərər vurduğunu unutmayın.

6. Çox yeməklə pozulan bağırsaq hərəkətlərinizi nizama salmaq üçün ara paylarda meyvə istehlakına əhəmiyyət verin,alma, armud, heyva kimi meyvələri yaxşı yuduqdan sonra qabıqlı istehlak etməyə diqqət göstərin.

7. Bağırsaqlarda su tulumuna səbəb olan çox çay-qəhvənin istehlakının yerinə bitki çayları için.Pozulmuş bağırsaq hərəkətlərinizi təşkil etmək üçün bədəninizə köməkçi olun.

8. Pay aralarında su istehlak etməyi unutmayın.

9. Bayramlaşmağa getmədən əvvəl evinizdə yeməyinizi mütləq istehlak edin.

10. Yenə də "çox yedim" deyirsinizsə , fiziki fəaliyyətinizi mütləq artırın.

11. Bayramı fürsət olaraq görüb səyahətə çıxan fərdlər açıq bufetlərdə diqqətli olun, sağlam bəslənmə qaydalarını unutmayın.

Bayramda həzm sisteminizi hərəkətləndirin....



Vəsaitlər:
• 1 paçka yaçıl çay + 1 paçkat cökə çayı
• 1 şirin qaşığı dənə qara bibər
• 2-3 incə dilim təzə zəncəfil
• 5 yarpaq təzə nanə
• 4 ədəd dəfnə yarpağı
• ½ qabıq darçın
• 3 dilim limon qabığı
•4-5 ədəd dənə qərənfil

Hazırlanması:

750 ml - 1 lt isti suda 10-12 dəqiqəyə dəmləyin (farfor dəmlikdə), 2-3 fincan ana yeməklərdən sonra içilməlidir.


@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Redaktə və fotolar mənə məxsusdur: Gunewim




  1. Real Madrid CF | 27 mart 2015 19:13 | Status: Qonaq | Şərh: 0
    Sitat: Seyidli
    Qurban bayramının əsas özəlliyi, qurbanlıq ətini kasıblarla, qohum, qonşularla bölməkdir. Bunun fəziləti çox böyük!
    Qaldı ki, istifadə qaydaları, bax bu zövqlərə görə dəyişir... smile
    Xəbərə görə təşəkkürlər!

    DUZDUR.
  2. Zulya | 30 iyul 2014 17:33 | Status: Gümüş user | Şərh: 1 640
    Tewekkurlerr
  3. Nigar | 15 fevral 2014 16:14 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: ay gunes
    tewekkurler.

  4. ay gunes | 23 oktyabr 2013 20:02 | Status: VİP user | Şərh: 916
    tewekkurler.
  5. Seyidli | 16 oktyabr 2013 02:12 | Status: Yazar | Şərh: 2 706
    Qurban bayramının əsas özəlliyi, qurbanlıq ətini kasıblarla, qohum, qonşularla bölməkdir. Bunun fəziləti çox böyük!
    Qaldı ki, istifadə qaydaları, bax bu zövqlərə görə dəyişir... smile
    Xəbərə görə təşəkkürlər!
  6. HAYATyolu | 16 oktyabr 2013 00:51 | Status: Şərhçi | Şərh: 242
    QURBAN ETI LEZZETLI OLUR ADI KIMI DADI DA WIRINDIR
  7. sadəcə MƏN | 15 oktyabr 2013 16:51 | Status: Brilliant user | Şərh: 4 772
    Ət onsuz da yemirəm.Bayramlarda da heç vaxt ölçünü qaçırmıram qidalanarkən..
  8. Melek | 15 oktyabr 2013 16:51 | Status: Gümüş user | Şərh: 914
    xeber ucun tewekkur edirem
  9. xfe | 15 oktyabr 2013 14:36 | Status: Şərhçi | Şərh: 409
    xeber ucun tsk
  10. Alice | 15 oktyabr 2013 14:12 | Status: Professional user | Şərh: 5 021
    TƏŞƏKKÜRLƏR.. BU BAYRAM GÜNÜNDƏ...
  11. Qanad | 15 oktyabr 2013 12:29 | Status: Yazar | Şərh: 4 357
    Muqeddes [b]QURBAN BAYRAMINIZ MUBAREK![/b]
  12. Just me | 15 oktyabr 2013 12:09 | Status: Professional user | Şərh: 1 296
    xebere gore tewekkurler...
  13. ayruska | 15 oktyabr 2013 11:43 | Status: Professional user | Şərh: 3 978
    yenede gozel redakte ucun tskler bacim
  14. Ay_Sun | 15 oktyabr 2013 11:30 | Status: Brilliant user | Şərh: 13 412
    TWK XEBER UCUN
  15. gul kokusu | 15 oktyabr 2013 10:46 | Status: Gümüş user | Şərh: 1 472
    xebere gore tewekkurler...
  16. Nur | 15 oktyabr 2013 08:17 | Status: Professional user | Şərh: 3 989
    cox sagolun melumata gore,dediklerinize emel ederik