Düzgün qidalanma / Manşet

İnsanı gözəlləşdirən qidalar

leyla meherremova | 23-09-2013, 10:30
6 850 33

http://dl4.glitter-graphics.net/pub/1702/1702684aa0sdn0ep4.gif

Ehtiva etdikləri təbii maddələr səbəbiylə bir çox bitki, gözəl bir dəriyə qovuşmanızı təmin edir. Sızanaqlara yaşıl yarpaqlı bitkilər, dəri  
quruluğuna zeytun yağı, qırışlara meşə meyvələri yaxşı gəlir. Yaz aylarında gözəlləşmək istəyən qadınlara, təbii qidaları tövsiyə edən  mütəxəssislər, sızanaqlara yaşıl yarpaqlı bitkilərin, dəri quruluğuna zeytun yağı və qırışlara isə moruq və böyürtkən kimi meşə meyvələrinin yaxşı gəldiyini ifadə edir. 

 
Mütəxəssislər, tərtəmiz və hamar bir dəriyə sahib olmaq istəyənlərin, ləkə,civzə və qırışlardan xilas olması üçün ehtiyac duyduğu 10 qidanı belə açıqlayır:

Tünd yaşıl yarpaqlı bitkilər: Sızanağa yaxşı gəldiyi təsbit edilən, ispanaq kimi tünd yaşıl yarpaqlı bitkilər bol miqdarda antioksidan ehtiva edir. Bu bitkilərin bir qisimində bol miqdarda dəmir var. Kifayət qədər dəmir almayan qadınların cildlərində tünd rəngli halqalar meydana çıxar . Yaşıl yarpaqlı bitkilərdə olan minerallardan biri də  sinkdir. İsveçdə problemli dəriyə sahib xəstələr üzərində edilən bir araşdırmaya görə, diyetlərinə sink əlavə olunduğunda, 3 ayda üzdə 85%-lik bir yaxşılaşma olduğu təsbit edildi. Sink eyni zamanda ziyanlı kolagenin qırılıb yeni kollagen çıxarılmasını da təmin edir. 

Zeytun yağı: Dəri quruluğuna qarşı tövsiyə edilən zeytun yağı, hamar bir dəri təmin edir. Əgər çox quru və tökülən bir dəriyə sahibsinizsə, kifayət qədər yağ almır ola bilərsiniz. Bu vəziyyətdə , qidalanma proqramınıza uyğun miqdarda yağ əlavə etdiyinizdə, bu vəziyyətin bir neçə həftə içərisində yaxşılaşdığını görərsiniz. Əgər quru dəri probleminiz varsa , gündə bir şorba qaşığı zeytunyağı sizin üçün idealdır. Əgər probleminiz tıxanmış dəridirsə, o zaman zeytun yağındakı yağ turşuları bunların təmizlənməsinə köməkçi olar. 

Su: Qurumuş bir dəri, solğun və boz görünür. Buna ən yaxşı gələn şey isə sudur. Nəmlənən dəri, daha sağlam görünər. Ayrıca qırışlar da bu şəkildə daha az müəyyən olar. Bunun üçün hər gün minimum 2 litr su içməlisiniz. Əgər məşq edirsinizsə, bu miqdarı artırın.
Brokoli: Dərini elastik tutan brokoli, A və C vitaminləri kimi antioksidanlar baxımından bir çox qidadan daha zəngindir. Ayrıca xərçəngə qarşı təsirli olan kimyəvilər də ehtiva edər. C vitamini, dərini elastikləşdirir və göyərmə və çürümənin qarşısını alır. A vitamini isə infeksiyaya qarşı müqaviməti artıraraq Civzələrin qarşısını alar.

Meşə meyvələri: Tut, böyürtkən, moruq, çiyələk kimi meşə meyvələri qırışlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, polifenollar (bir növ antioksidant) istehsal edərlər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar . Bir ovuc çiyələkdə olan C vitamini, gündəlik ehtiyacınız olan kollagenləri təkrar bərpa etməyə çatacaq miqdardadır. 

Somon balığı: Omega-3 yağ turşularını istehsal  edər. Bunlar, kollagenləri yox edən müstəqil radikallarla döyüşər və dəri üzərində incə xəttlərin dərinləşməsini önləyər. Tövsiyyə edilən miqdar, həftədə 3 dəfə somon yeməkdir. Əgər dəniz məhsullarından xoşlanmırsınızsa, o zaman alacağınız 2 min mg-lık balıq yağı istifadə etməlisiniz,115 qramlıq somonun əvəzində. Ya da qidalanma proqramınıza kətan toxumu yağı və fındıq əlavə edə bilərsiniz. Bunlara  civzəyə yaxşı gələn sink daxildir.

Kantalup qovunu: Pul tökülməyə(saçlarda) qarşısını alan bu qovun, likopen kimi karotinə bənzər maddələr istehsal edir. Bunlar, qırışların ortaya çıxmasına səbəb olan, kollagenin ziyan görməsi vəziyyətini azaldar. Dərinizin rəngi donuqsa, gündə bir neçə dilim Kantalup qovunu yemək sizə yaxşı gələcəkdir. Ayrıca dirsək və diz bölgəsindəki dəri sərtləşmə və qurumaları üçün də faydalıdır.

Soya: sızanaqlara qarşı soya, hansı formada olursa olsun tam bir dəri qurtarıcısıdır. İstehsal etdiyi Estrogenlərə bənzəyən kimyəvilər səbəbiylə, civzə meydana gəlməsinin önünə keçə bilər. Ayrıca soyada, yeni hüceyrə meydana gəlməsinə köməkçi olan və dərini nəmli tutan E vitaminindən də bol miqdarda tapılar. 

Kök: Qırışıqlara yaxşı gəlir.Kökdə olan beta karotin quru dəri üçün birə-birdir. Bu maddə, ərik və şirin kartof kimi digər narıncı rəngli tərəvəz və meyvələrdə də tapılar.

Yulaf: Toksinlərin çölə atılmasını təmin edən yulafın ağır-ağır bişərək hazırlanması lazımdır. Yulaf istehsal edən liflər, bədən tərəfindən toksinləri filtr etməkdə istifadə edilər. Ayrıca B vitaminləri baxımından da son dərəcə zəngindir.

 http://dl4.glitter-graphics.net/pub/1702/1702684aa0sdn0ep4.gif
 

ESMERRi | 24 mart 2016 17:28 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
mEsLehet ucun twk

.....M...............m......m....m..
dılay | 12 noyabr 2015 15:18 | Status: Brilliant user | Şərh: 8 183
mEsLehet ucun twk

.....M...............m......m....m..
Meryem_Duyqu | 16 fevral 2014 19:45 | Status: Yazar | Şərh: 4 130
Faydalı məsləhətlər üçün təşəkkür edirəm.
elif12 | 3 noyabr 2013 14:30 | Status: Şərhçi | Şərh: 343
COX SAG OLUN MESLEHET UCUN
jasmin7 | 16 oktyabr 2013 22:44 | Status: VİP user | Şərh: 745
LAZIMLI MESLEHETLERE GORE TEWEKKURLER
xfe | 7 oktyabr 2013 13:33 | Status: Şərhçi | Şərh: 409
deyerli melumatdir
Mehdiyeva Cinara | 1 oktyabr 2013 19:26 | Status: VİP user | Şərh: 1 038
cox sagolun
ruzgargulum | 30 sentyabr 2013 12:09 | Status: Brilliant user | Şərh: 2 493
menim anamin 53 yasi var uzunde 1denede qiris neto hamsida makyaj etmediyine goredi
mikaella | 26 sentyabr 2013 00:45 | Status: Qonaq | Şərh: 0
ela melumatdardi twk
Beren | 25 sentyabr 2013 15:57 | Status: Professional user | Şərh: 3 214
Təşəkkürlər canım.
Nazli M-va | 24 sentyabr 2013 19:38 | Status: Qonaq | Şərh: 0
melumatlar ucun TWK aciq
NURLU | 24 sentyabr 2013 09:33 | Status: Professional user | Şərh: 5 552
tewekkurler leyla xanim
casiye 45 | 23 sentyabr 2013 21:09 | Status: Gümüş user | Şərh: 1 449
tewekkurler, hec iwtahim yoxdur bu aralar
ayruska | 23 sentyabr 2013 20:34 | Status: Professional user | Şərh: 3 978
oxuyan kimi bildimki Leylanin xeberidir tskler canim menim
Girl | 23 sentyabr 2013 19:36 | Status: Professional user | Şərh: 8 206
Tesekkurler
Nazlı_Kız | 23 sentyabr 2013 19:32 | Status: Brilliant user | Şərh: 6 473
maraqlidi faydali meslehetler ucun cox tewekkurler leyla xanim
turkam | 23 sentyabr 2013 18:33 | Status: Şərhçi | Şərh: 301
MARAQLIDIR.TESEKKURLER GOZEL BACIM.
Just me | 23 sentyabr 2013 17:01 | Status: Professional user | Şərh: 1 296
maraqliydi twk faydalandim
DENIZ QIZI3 | 23 sentyabr 2013 16:40 | Status: Gümüş user | Şərh: 3 858
Sitat: Inci deniz
Cox lazimli xeberdi.Tesekkur
Alice | 23 sentyabr 2013 15:55 | Status: Professional user | Şərh: 5 020
Təşəkkür.hər birini fəslinə uyğun istifadə edirik.sadəcə kantalup qovununu birinci dəfədi ki,eşidirəm.maraqlı gəldi.
sanel | 23 sentyabr 2013 15:19 | Status: Professional user | Şərh: 3 647
hamisi xeyirli terevezlerdi men esitmisemki ciy kelem yemekde adami gozellesdirir
Inci deniz | 23 sentyabr 2013 14:19 | Status: Yazar | Şərh: 2 379
Cox lazimli xeberdi.Tesekkur
Nərmin.bayram | 23 sentyabr 2013 14:14 | Status: Gümüş user | Şərh: 2 313
təşəkkürlər fadalı xəbərə görə
Nur | 23 sentyabr 2013 12:46 | Status: Professional user | Şərh: 3 988
zeytun yagi demek olarki her weye xeyirdi,hem gozellewirik derimiz,sacimiz qeweng olur,hemde saglamligimiz ucunde cox onemlidi,
suyuda caliwiram cox icim,meyve terevezde caliwiram yeyim,bawqa meyve olmasada her gun 1alma yeyirem
Leyla. | 23 sentyabr 2013 12:36 | Status: Professional user | Şərh: 2 597
Melumata gore cox sagol adaw.
Gunel | 23 sentyabr 2013 12:19 | Status: Professional user | Şərh: 4 087
Ne olmasada meyve ve terevez insan orqanizmine cox cox xeyirdir.Gozelleshmekden elave hemcinin saglam olursan.
Aysen_Senan | 23 sentyabr 2013 11:43 | Status: Şərhçi | Şərh: 383
tewekkurler:)
svetlana | 23 sentyabr 2013 11:41 | Status: VİP user | Şərh: 544
Faydalı xəbərdir.Hər zaman çalışıram, daha çox meyvə ,tərəvəzlə qidalanım..Demək olar ki,yazılanların hamısının xoşlayıram.
ALLEGRETTO | 23 sentyabr 2013 11:36 | Status: Gümüş user | Şərh: 2 218
Meşə meyvələri: Tut, böyürtkən, moruq, çiyələk kimi meşə meyvələri qırışlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, polifenollar (bir növ antioksidant) istehsal edərlər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar . Bir ovuc çiyələkdə olan C vitamini, gündəlik ehtiyacınız olan kollagenləri təkrar bərpa etməyə çatacaq miqdardadır.
..BUDA DÜZ SOHBƏT )
gulcan | 23 sentyabr 2013 11:22 | Status: Gümüş user | Şərh: 1 932
Tesekkurler. Burdakilardan ancaq su ile uzumu siliren axşam.. Başka hecbirinden istifade etmirem :)