Sağlamlıq / Düzgün qidalanma

Oruc tutanda hansı qidalar tox tutur, hansı qidalar həzmi asanlaşdırır?

X... | 25-07-2013, 16:00
2 982 17
Ramazanda hansı qidalar tox tutur, hansı qidalar həzmi asanlaşdırır? Buda mütəxəssislərdən qidalanma təklifləri ...


Imsakda içiləcək südün toxluq hissi yaratdığını ifadə edən mütəxəssislər, iftarda içiləcək meyvə şirəsinin isə uzun müddət davam edən  aclıq sonrası düşən qan şəkərini qısa müddətdə nizamladığını ifadə etdi. Yay istilərində maye itkisinin artacağı, imsak və iftarda içiləcək bir stəkan süd və meyvə suyunun bu tarazlığın qorunmasına köməkçi olacağı ifadə edilir. Nuh Naci Yazgan Universiteti Sağlamlıq Elmləri Fakültəsi Qida və pəhriz Bölümünün direktoru Prof. Dr. Neriman İnanç, yay aylarına təsadüf edən Ramazan ayına diqqət çəkərək doğru qidalanma mövzusunda təkliflər irəli sürdü.

Süd 5 saat tox tutur


Hər gün nizamlı olaraq içiləcək bir stəkan südün mədə boşluğunu hiss etdirmədən insanı 5 saat tox tutduğunun elmi olaraq da sübut edildiyini ifadə edən İnanc,imsakda  süd içilməsini təklif etdi. İnanc, "Zülal məzmunu yüksək olan qidalar mədənin boşalma müddətini uzadaraq acmağı gecikdirər. Süd həm zülal tərkibi  yüksək olan bir qida olması səbəbiylə toxluq hiss etməmizə köməkçi olur həm də maye ehtiyacının ödənilməsinə dəstək təmin edir. Edilən araşdırmalar bir stəkan südün insanı 5 saat boyunca tox tutduğu ortaya çıxarıb . Südün şəkəri laktoza, aclıqda istifadə edilən glikogen anbarlarına dəstək olaraq bədənin enerji ehtiyacının ödənilməsinə köməkçi olur. Ayrıca Ramazanda isti hava səbəbiylə tərlə itirilən kalsium başda olmaq üzrə mineral və vitamin ehtiyacının ödənilməsinədə dəstək olur.

Orucu meyvə şirəsiylə açın


Oruc açarkən içilən bir stəkan meyvə şirəsinin isə toxluq verə biləcəyini və 15 - 16 saatlıq bir aclıqdan sonra ağır və qəfil qida istehlakı yaradacağı mədə problemlərinə mane ola biləcəyini söyləyən İnanç belə söylədi: "İftarda orucun meyvə suyu ilə açılmasının bir başqa faydası da Ramazanda sıxlıqla qarşılaşılan həzm problemlərinin yüngülləşməsinə köməkçi olmasıdır.

Şərbəttən uzaq durun


Ramazan sonrası çəki problemləri yaşandığına da diqqət çəkən İnanc, "İftar sonrası qan şəkərini yüksəldən şərbətli şirniyyatların süfrələrə düzüldüyünü görürük.Uzun müddətli aclıqdan sonra  iftar vaxtı  ağır yeməklərlə qidlanma  Ramazan sonunda çəki artımına səbəb olur.Şirniyyatla qidalanacaqsızsa , az şəkərli südlü aş,mannı  kimi südlü şirniyyatlar seçilməlidir və beləliklə bu sizdə kalsium ehtiyacının ödənilməsinə kömək edəcək və daha az enerji alaraq Ramazan ayı boyunca çəki artımınada təsir etməyəcək.

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

milashka_167 | 16 noyabr 2015 11:14 | Status: VİP user | Şərh: 1 452
Men sahur etmirem.yeyende lap cox aciyiram
SABINA | 14 iyul 2014 14:16 | Status: Professional user | Şərh: 7 410
BU KOLBASA HEC OLMAYADE
Gulshen. | 16 fevral 2014 15:52 | Status: Qonaq | Şərh: 0
Tewekkurlerrrrrr
Anonimka. | 3 avqust 2013 00:10 | Status: VİP user | Şərh: 623
maraqlıdı.....təşəkkür edirəm
sheh | 27 iyul 2013 10:11 | Status: Yazar | Şərh: 3 353
Allah razı olsun bacımızdan.Qaynadılmış yumurta da toxluq hissi yaradır,amma südü bilmirdim,sabahdan sınayacağam,soyuducumda hər zaman süd olur.
Gunel | 26 iyul 2013 23:14 | Status: Professional user | Şərh: 4 087
Acdiq bir o qederde hiss etmirem azca susuzlugum olur herden.Allah ozu bizlere komek olsun InshAllah.
DENIZ QIZI3 | 26 iyul 2013 15:39 | Status: Gümüş user | Şərh: 3 858
maraqli xebere gore tesekkurler
Seyidli | 26 iyul 2013 12:11 | Status: Yazar | Şərh: 2 706
Təşəkkürlər Günəşim, bu faydalı xəbərinə görə... nn11
Aliyeva | 26 iyul 2013 10:19 | Status: Yazar | Şərh: 4 036
canim menim ne gozel xeberdi bu ellerine sagliq inwallah sag salamat kecirek bu ayi((
Billurə | 25 iyul 2013 23:11 | Status: Professional user | Şərh: 4 892
süd çox içmirəm axıı((
gunes batarken | 25 iyul 2013 21:51 | Status: Professional user | Şərh: 958
faydali ve maraqli meslehetler idi tesekkurler canim
SHIRIN-SHIPSIRIN. | 25 iyul 2013 20:14 | Status: Gümüş user | Şərh: 1 347
tesekkurler,,faydali meslehetlerdir.
Nərmin.bayram | 25 iyul 2013 19:22 | Status: Gümüş user | Şərh: 2 313
TƏŞƏKKÜRLƏR FAYDALI XƏBƏRDİR
Beren | 25 iyul 2013 20:12 | Status: Professional user | Şərh: 3 214
Təşəkkürlər.
Girl | 25 iyul 2013 20:03 | Status: Professional user | Şərh: 8 206
Men nedense sudu coxda xowlamiram ice bilmirem.Tewekkurler lazimli ve maraqli xeberdir. nn25
su peerisi | 25 iyul 2013 19:45 | Status: Gümüş user | Şərh: 955
Maraqli idi,tsk.
Qanad | 25 iyul 2013 19:44 | Status: Yazar | Şərh: 4 357
Tesekkur xebere gore.