Sağlamlıq / Cinsi xəstəliklər

Ölkədə siflisə yoluxanların sayı artıb

Banu. | 29-01-2016, 08:19
25 200 7

 

Ötən il Azərbaycanda pedikulyoz, bakterial dizenteriya, sifilis, insanın immunçatışmazlığı virusu (İİV) ilə xəstələnənlərin sayı bir qədər artıb.

Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin yanvar-noyabr aylarında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit (44,4 faiz), hepatit A virusu (42,8 faiz), qoturluq (35,0 faiz), quduzluq (33,3 faiz), skarlatina (31,7 faiz) və qarayara ilə (20,0 faiz) xəstələnmə halları azalıb.

 

Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuş körpələrdə tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.



Dəniz qızı | 30 yanvar 2016 17:45 | Status: Brilliant user | Şərh: 8 017
Allah bunlardan qorusun bizləri.
SEVDA | 29 yanvar 2016 18:22 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah qorunsun hamımızı..
B.Fereh | 29 yanvar 2016 14:16 | Status: Nəzarətçi | Şərh: 6 975
Indi yawadigimiz dovrde,bu xesteliyin artmasi hem qeribe,hemde cox pis haldi.Cunki indi insanlar daha cox melumatlidirlar,sifilis barede,qorunma yollari barede de illerdir tebligat gedir.Yene de,insanlar diw hekimine,gozellik salonuna,berbere,manikur pedikure gedende cox cox ehtiyyatli olmalidirlar.Her addimbawi gozellik salonudu,tanimadigimiz bilmediyimiz yerlere getmeyek.Ozumuz ozumuzu qorumasaq,hec kim bizi bu xesteliklerden sigorta etmez.
Allah uzaq elesin.
Ay_Sun | 29 yanvar 2016 11:51 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
ALlah uzag olsun.

Amin.
Real Madrid CF | 29 yanvar 2016 11:37 | Status: Qonaq | Şərh: 0
Gundede bir xestelik novu askar edirlere indiye kimi bir xesteliyim olmayib sukur.
dılay | 29 yanvar 2016 11:14 | Status: Brilliant user | Şərh: 8 183
ALlah uzag olsun.
BULUTUM | 29 yanvar 2016 08:30 | Status: Professional user | Şərh: 7 387
Allah uzaq olsun.Her yaramiz qutarib, qalib saqqal daraqimiz.Az derdimiz var,qulaqlarimiz , gozumuz kar kor oldu, xestelik adlari esitmekden.