Cinsi xəstəliklər / İntim hisslər

Sperma allergiyası

Aytekin82 | 28-11-2015, 22:00
41 064 17


Sperma allergiyası nədir, əlamətləri nələrdir, diaqnoz və müalicəsi üçün nələr edilməlidir?
 Sperma allergiyası, əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərdir. Əlamətləri klassik allergiya əlamətləridir. Vaginada yanma, şişmə, ağrı, qaşınma, qızarma kimi...
 Bəzən sistemik hala da gələrək,  bütün bədəndə də allergiya əlamətləri kimi  görünə bilər. Üzdə, qol və ya qıçda ola bilər. Bu daha çox allergik baxımdan həssas olan fərdlərdə özünü göstərir.  
 Əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma kimi ifadə olunan,  vajinada tahriş, ağrılı əlaqə, çətin əlaqə kimi vəziyyətlərdə sperma allergiyasından şübhələnmək daha doğrudur. 
 Kişi və qadın bədənində hər vaxt üçün xarici maddələrə və mikroblara qarşı bədənimiz bizi qorumaq üçün bir baryer əmələ  gətirir. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif  növ maddələr və zülal vardır. Bunlar kişi üçün nə qədər təbiisə, kişiyə xas olsa da bir qadın üçün xarici bir maddə hesab olunur. Bu səbəbdən xüsusilə allergik baxımdan həssas şəxslərdə sperma və spermadakı zülallar allergik reaksiya meydana gətirə bilər. 
 Sperma allergiyası testi sperma mayesinin içindəki anticisim nisbəti araşdırılaraq edilir. Dəri testləri ilə də edilə bilər. Bu testi etmək üçün bəzi şeyləri də ayırmaq lazımdır. Məsələn, əlaqə əsnasında istifadə edilən sürüşkənləşdirici kremlər, bir sıra cinsi oyuncaqlar, lateks maddəsinə qarşı bir allergiya, qadında olan sidik yolları infeksiyası, kandida göbələyi kimi müxtəlif allergik vəziyyətlər və patogenlerin  ayrılması lazımdır. 
 Bu vəziyyət hamilə qalmağa birbaşa   təsir etməz. İmmunitet sistemi ilə əlaqədar olaraq çox ciddi çətinliklər olmadığı müddətcə aşağı nisbətdə sonsuzluğa yol aça bilər. Qandakı anticisimlər spermanın hərəkət edərək yumurtaya çatmasına və yumurtanın döllənməsinə mane ola bilər.

 

ziyad1996 | 8 iyun 2016 02:20 | Status: Qonaq | Şərh: 0
salam men normaldan gec bowaliram bunun sebebi nedi ama hec cinsi elaqede olmamiwam 20 yawim var mumkunse cavablandiirn
TT090 | 3 iyun 2016 01:01 | Status: Qonaq | Şərh: 0
byyy bele de olur?
Ay_Sun | 1 dekabr 2015 13:14 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Vaaay bunu da eşitdik.

0136
SEVDA | 30 noyabr 2015 19:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Gəzəyən kişilərdən keçə bilər bu cür xəstəliklər qadınlarına.
birdane | 30 noyabr 2015 15:33 | Status: Professional user | Şərh: 3 726
bir azdan deyecekler buyunda cixartma xesteliyide var lol
Vetenperver | 29 noyabr 2015 18:55 | Status: Professional user | Şərh: 6 700
Sitat: dılay
Real danIwsaq her bir aileli qadInin bele bir problemi olur.

Siz nə danışırsız???Bu saytdakı qadınların şərhinə bax hamısı yazıb ki belə problemim yoxdur.Bu problem çox nadir olan problemdir.Milyonda bir yəni.
sahibə | 29 noyabr 2015 16:50 | Status: Qonaq | Şərh: 0
Xəbər ucun təşəkkurlər
buxqalter | 29 noyabr 2015 12:25 | Status: VİP user | Şərh: 1 212
Kiwiye qarwi allergiya daha tehlukelidi wink
gece-gunduz | 29 noyabr 2015 10:53 | Status: Gümüş user | Şərh: 1 720
gunde bir xəstəlik çıxır
Əsmər1 | 29 noyabr 2015 09:29 | Status: VİP user | Şərh: 1 584
Beklə problemim yoxdu təşəkkürlər
Dəniz qızı | 29 noyabr 2015 08:17 | Status: Brilliant user | Şərh: 8 017
Vaaay bunu da eşitdik.
Cicim İncim | 28 noyabr 2015 23:10 | Status: Gümüş user | Şərh: 2 456
Sperma allergiyasını 1-ci dəfədir ki, eşidirəm...Ciddi problem imiş...Sonsuzluğa qədər gətirib çıxarır...
Şükür, belə problemim yoxdur...
Gulshen. | 28 noyabr 2015 23:04 | Status: Qonaq | Şərh: 0
Melumat ucun tewekkur lazimlidir
Yagis_Negmesi | 28 noyabr 2015 22:35 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: ESMERRi
Belə problemlə rastlaşmamışam
ESMERRi | 28 noyabr 2015 22:31 | Status: Brilliant user | Şərh: 5 378
Belə problemlə rastlaşmamışam
milashka_167 | 28 noyabr 2015 22:19 | Status: VİP user | Şərh: 1 452
Sitat: Nilay
bele pr yoxdu twk xeber ucun
Nilay | 28 noyabr 2015 22:07 | Status: Qonaq | Şərh: 0
bele pr yoxdu twk xeber ucun