Sağlamlıq / Cinsi xəstəliklər

Cinsi xəstəliklər - Qadınlarda Genital Herpes (araşdırma)

dr.Samira | 3-11-2011, 20:00
71 828 66

 

 

 

 

Cinsi Herpes nə deməkdir?

Genital,yaxud Cinsi Herpes, Sadə Herpes Viruslarının törətdiyi cinsiyət orqanlarının xəstəliyidir.(SHV-Sadə Herpes Virusu və ya HSV-Herpes Simplex Virus).Hal-hazırda  8 tip Herpes virusu məlumdur,onlardan yalnız ilk ikisi (HSV-1 və HSV-2) genital herpesin törədiciləridir.

80% hallarda genital herpesi HSV-2, 20% hallarda isə HSV-1 və ya hər ikisi müştərək şəkildə törədir. HSV-1 adətən genital herpesin ilk epizodunu təşkil edir.Gental herpesin təkrar təzahürləri praktik olaraq həmişə HSV-2 ilə əlaqəli olur.Genital herpes adətən  xarici cinsiyyət orqanlarını,aralıq nahiyəsini və anal dəlik ətrafını,nadir hallarda uşaqlıq yolu və dəhlizini(vaginal və servikal  herpes)  zədələyir.Ağır hallarda infeksiya uşaqlıq cisminə və artımlarına(uşaqlıq boruları və yumurtalıqlar) yayıla bilər.


 


 

 

Qadınlarda cinsi herpesin rastgəlmə tezliyi.

Bir və iki tipıli sadə herpes virusla Dünya əhalisinin 90% yoluxub.Yoluxduqdan sonra sadə herpes virusları onurğa beyni yaxınlığında yerləşən sinir düyünlərinə keçərək  ömürlük olaraq orada qalırlar. Buna baxmayaraq yoluxmuş insanların az bir qismində genital herpes xəstəliyi təzahür edir.


ABŞ-da əhalinin yalnız 3%-i  genital herpes xəstəlyinin ömürlərində heç olmasa bir dəfə olması barədə məlumat vermişdir.Analizlərin nəticəsi isə əhalinin 20%-nin HSV-2 ilə yoluxmuş olduğunu göstərdi.Hamiləlik vaxtı xəstəliyin anadan uşağa keçmə ehtimalı 100000  doğuşdan 2-nin payına düşür(Avropa nəticələri)


Cinsi orqanların herpesi hansı yollarla ötürülür?

Genital herpesin əsas ötürülmə yolu-cinsi yoldur.Herpes virusu adi cinsi əlaqə zamanı (HSV-2), eləcə də oral (HSV-1) və anal seks (HSV-2) zamanı ötürülə bilər. 50 % hallarda yoluxma, cinsi partnyorda heç bir xəstəlik əlamətinin aşkar olunmadığı hallarda da baş verə bilər.Yoluxmanın məişət yolu (məs, şəxsi gigiyena predmetləri hesabına) genital herpesdə nadir rast gəlinir. Yoluxmuş kişidən cinsi əlaqə zamanı qadının yoluxma ehtimalı 17 % təşkil edir.Prezervativ istifadə edilməsi bu riski iki dəfə azaldır.


 Genital herpeslə daha çox kimlər xəstələnir?


Adətən genital herpeslə, bir və ya bir neçə risk faktoruna məruz qalan insanlar xəstələnir:


*immunitetin zəifləməsi (məs.,soyuqlama, kortikosteroid preparatlarla və ya kimyaterapiya ilə müalicə alma). İmmunitetin azalması sinir düyünlərində "mürgüləyən” virusların  aktivləşməsinə və xəstəliyin simptomlarının yaranmasına gətirib çıxarır.




*bir neçə cinsi partnyorun olması.Bu hal,ilkin  və təkrari yoluxma ehtimallarını,xəstəliyin aktivləşməsi halını  artırır.


*qorunmamış seks-Prezervativ istifadəsi yoluxma ehtimalını azaldır.


 

Qadınlarda genital herpes nə cür təzahür edir?


Genital herpesin əsas təzahür formaları aşakıdakılardan ibarətdir:

1.Xırda,bulanıq maye ilə dolu suluqların yaranması.Bu suluqlar budun iç səthində,anal dəlik ətrafında,aralıqda,cinsiyyət üzvlərinin səthində,sidik kanalında,uşaqlıq yolunda və dəhlizində yarana bilər.

Suluqların əmələ gəlməsindən öncə dəri(yaxud selikli qişa)  bir az qızarır və qaşınır.Suluqlar 5-7 gündən sonra partlayırlar.Partlamış suluqların yerində eroziyalar və xoralar yaranır ki,onlar da tədricən qabıqlanaraq sağlam dəri ilə əvəz olunur.


2.Suluqların yarandığı nahiyədə qaşınma ,yanğı hissi və ağrı olması.

3.Sidiyə gdən zaman qaşınma və göynəmə(sidik kanlaı da prosesə cəlb olanda təzahür edir)

4.Qasıq limfa düyünlərinin böyüməsi.

5.Hərarətin yüksəlməsi,əzələ ağrıları,ümumi halsızlıq.


Bu simptomlar,yalnız xəstəliyin kəskinləşməsi dövrübdə müşahidə olunur və adətən 1-2 həftə çəkir.Diğər hallarda,infeksiyanın orqanizmdə olmasına baxmayaraq xarici təzahürləri olmur.


Qadınlarda genital herpesi necə diaqnostika edirlər?

Təcrübəli həkim-ginekoloqun hərtərəfli müayinəsi və məsləhəti çox vacibdir,belə ki,oxşar simptomatika cinsi orqanların yoluxucu xəstəliklərində ,eəcə də dəri və selikli qişaların qeyri yoluxucu xəstəliklərində də rast gəlinə bilər.Xəstənin şikayətləri və ginekoloji müayinə ilə yanaşı genital herpesin diaqnostikası üçün müxtəlif laborator  müayinələr də aparmaq lazımdır.

Ən etibarlı üsul virusoloji müayinə və genodiaqnostikadır.Virusoloji müayinədə suluq möhtəviyyatını xüsusi hüceyrə mühitinə,yaxud  toyuq emrionuna yerləşdirirlər və burada virusların çoxalması gedir.Genodiaqnostikada (adətən PSR-polimeraz zəncir reaksiyadan istifadə edirlər) xəstənin ifrazatında virus DNT-si aşkarlanmağa yönəlib.Müasir laboratoriyalarda HSV un 1 və 2 tipini fərləndirə bilən mayinələr aparılır.Bu xəstəliyin priqnozunu müəyyən etməyə imkan verir,belə ki,HSV-2 adətən təkrari kəskinləşmələr töədə bilir.

Köməkçi metod kimi qanda virusa qarşı yaranmış antitelin  müayinəsinə yönəldilmiş immunoferment analiz(İFA) və immunoflüressent reaksiya(İFR)HSV-1 antitelləri bir çox insanlarda var,onların aşkarlanması cinsi herpesin olduğuna və cinsi yolla yoluxmaya dəlalət etmir.Bir tək antitellin müayinəsi  və onun aşkarlanması genital herpes diaqnozu qoyulması üçün yetərsizdi,bunu bəzən həkimlər unudur.Eləcə də, bu antitellərin aşkarlanmaması,xəstəliyin olmamasını göstərməz.Hər bir halda bu müayinəni PSR reaksiyası ilə birgə etmək lazımdır,çünki çünki yoluxmadan 6-12 həftə sonra qanda antitellər yaranmağa başlayır.


Cinsi herpesi nə üçün müalicə etdirmək lazımdır? Qadın üçün riskləri...

Genital herpesin bütün təzahür formaları təcili müalicə olunmalıdır.Əks təqdirdə bir sıra ağırlaşmalar törədə bilər ki,ən çox rast gəinənlər aşağıdakılradır:

*simptomlar uzun müddət (bir neçə həftədən bir neçə aya kimi )saxlanılır.

*dizuriya və neyropatiya nəticəsində kəskin sidik ləngiməsi.

*cinsi partnyorunu yoluxdurma

*infeksiyanın orqanizmdə yayılması,beyinə daxil olması və daxili orqanlarda massiv zədələnmələr törətməsi.Bu nadir hallarda,immunodefisit olanda baş verir.Daha çox ekstragenital herpeslərə rast gəlinir,yəni bədənin müxtəlif nahiyələrin dərisində(barmalarda,sağrıda,süd vəzlərində),


selikli qişalarda(gözdə,ağızda-herpetik faringit,xeylit,stomatit)


*papilloma virusu ilə yanaşı,herpes virusu uşaqlıq boynu xərçənginin əmələ gəlmə ehtimalını artırır.


Genital herpes və Hamiləlik.

Hamiləlik dövründə yoluxmuş anadan dölə virusun keçmə ehtimalı yüksəkdir.Adətən yoluxma doğuş anında,dölün virusla zədələnmiş doğuş yollarından keçməsi zamanı baş verir.Bunun  qarşısını almaq üçün,Kesar kəsiyi üsülüna əl atsalar da,bu da 100% uşağın yoluxmamasına zəmanət vermir.Dölün yoluxması sinir sisteminin(35%),gözlər və dərinin(45%) ağır şəkildə zədələnməsinə səbəb ola bilər və uşağın əlil olmasına,bəzən hətta ölümünə gətirib çıxardır.

Yoluxmuş analardan yenidoğulmuşa virusun ötürülməsi 5% hallarda rast gəlinir.Bu zaman daha çox HSV-1 ötürülür,nəinki HSV-2.


Herpes virus yoluxmuş hamilə qadına ehtiyatla yanaşmaq lazımdır.,çünki herpes virusu əleyhinə aktiv müalicə heç də həmişə mümkün olmur və bu mütləq müalicə həkiminin göstərişi ilə və nəzarəti altında aparılmalıdır.

 

Genital Herpesin müalıicəsi

Genital Herpesin müalicəsi,onun orqanizmdən tamamilə yox olmasına gətirib çıxarmasa da ,xəstəliyin simptomlarını tez söndürür və təkrari kəskinləşmələrin  tezliyini azalda bilir.

Həm kişilərdə,həm də qadınlarda əsas müalicə üsulu herpes virusu əleyhinə xüsusi preparatlar istifadə etməklə aparılır-virusəleyhinə kimyaterapiya.Herpesin müalicəsində effektivliyi sübut olunmuş ən çox 4 preparat  var:asiklovir(zoviraks və onun analoqları),valasiklovir(valtreks),famasiklovir(famvir) və pensiklovir(denavir).Daha çox asiklovir istifadə olunur


Müalicəyə nə qədər tez başlansa,bir o qədər effektli olar.Maksimal effektivlik səpgilərin yaranmasından öncə,yaxud yarandığı ilk sutkada müalicəyə başlandıqda əldə etmək olur.


Tez-tez müşahidə olunan kəskinləşmə hallarında  (ildə 6 dəfədən çox) bir neçə ay davam edən profilaktik müalicə aparılır.Bu müalicə residivlərin tezliyini 75% azaltmağa kömək edir.

Effektliyi sübut olinmuş və genital herpesdə təhlükəsiz sayıla bilən Herpes əlehyinə vaksin mövcud deyil.

Cinsi orqanların herpesində simptomatik müalicə də aparılır: ağrı,qaşınma,yanğı hissini aradan qaldırmağa yönəldilmiş yerli müalicə.

Yadda saxlayın ki, Genital herpesin orqanizmdən tamamilə təmizlənməsi mümkün deyil.

 

Samirə Allahverdiyeva,

azadqadin.az


  1. ESMERRi | 10 aprel 2016 11:12 | Status: Brilliant user | Şərh: 5 380
    Sitat: shela
    Faydali xeberdi teshekkur olsun.
  2. BULUTUM | 27 dekabr 2015 14:42 | Status: Professional user | Şərh: 7 393
    Allah uzaq elee..Melumatim var idi etrafli.
  3. Deniz Sova | 18 iyul 2014 11:04 | Status: Qonaq | Şərh: 0
    salam.men bilmek isteyiremki cinsi elaqede olduqda eger spermA TOKULMEZSE bu virusa yene yoluxa bilirem.yoxsa sadece adi cinsi elaqede olduqda bu virusu yoluxulur.menim yoldasim bu virusun dasiyicidi biz hele teze aileliyik.men bilmek isteyiremki menim ne vaginamda nede agizimda ucuqlar emele gelmeyib.bu xroniki ola bilir.
  4. shela | 3 may 2014 11:35 | Status: Gümüş user | Şərh: 2 910
    Faydali xeberdi teshekkur olsun.
  5. xowbext_olum | 6 fevral 2014 13:11 | Status: Şərhçi | Şərh: 304
    tesekkurler deyerli idi
  6. Billurə | 17 iyul 2013 17:09 | Status: Professional user | Şərh: 4 892
    Sitat: RaySum
    Sitat: SEVA00
    allah uzaq elesin


    amiinn..
  7. Akademik | 26 may 2013 20:12 | Status: Professional user | Şərh: 4 580
    maraqlı məlumatdı.təşəkkürlər
  8. RaySum | 5 may 2013 11:36 | Status: Professional user | Şərh: 2 594
    Sitat: SEVA00
    allah uzaq elesin
  9. Milaska. | 24 mart 2013 21:57 | Status: Gümüş user | Şərh: 1 486
    hmmm
  10. SEVA00 | 3 mart 2013 01:37 | Status: VİP user | Şərh: 1 013
    allah uzaq elesin
  11. kusgun12 | 21 yanvar 2013 02:57 | Status: Qonaq | Şərh: 0
    el arasinda dodaq ucuqu deyirler..bax o daha coxdur
  12. SeRRas | 17 dekabr 2012 20:04 | Status: Qonaq | Şərh: 0
    ALLAH uzaq etsin,tesekkurler xebere gore
  13. sweet_girl | 26 noyabr 2012 00:10 | Status: Şərhçi | Şərh: 585
    ALLAH QORUSUN
  14. sanel | 7 noyabr 2012 16:17 | Status: Professional user | Şərh: 3 647
    tesekkur
  15. sevinc keder | 29 sentyabr 2012 21:57 | Status: Professional user | Şərh: 3 818
    ALLAH uzağ etsin amma bir şey tam başa duşmedin :n1:
  16. life82 | 4 avqust 2012 15:47 | Status: Gümüş user | Şərh: 985
    ALLAH QORUSUN
  17. romantika7070 | 26 iyul 2012 13:01 | Status: Şərhçi | Şərh: 175
    Mənim dodağımda tez-tez ucuq olur.Diksinim, soyuqlayım o saat uçuqlayır.
  18. Ayka21 | 26 iyul 2012 12:33 | Status: Yazar | Şərh: 2 770
    Sitat: gunelcik
    HMMMMMMM.GİGİYENA LAZIMDIR HƏR ŞEYDE

    Mence de
  19. dr.Samira | 5 iyul 2012 00:38 | Status: Həkim | Şərh: 1 135
    Sitat: şeyla
    menim qanimda sade herpes virusu var.Ancaq hec bir sikayetim,sepgim,sucuqlama ve s. yoxdur.hec sizanaqda olmur!

    nəinki səndə,Dünya əhalisinin 90 %-də var,ancaq xəstəliyintəzahür eləməsi üçün ,gərək ki o virusların fəaliyyəti üçün əlvarişli şərait yaransın,yəni immunitet düşsün və orqanizmin xəstəliklə mübarizəsi,xəstəliyin xeyrinə bitsin...