Sağlamlıq / Cinsi xəstəliklər

Qız uşaqlarında vaginal axıntı

Aytekin82 | 4-03-2015, 22:00
90 650 16
 

 
Qız uşaqlarında vaginal axıntı normalırmı? 
Vaginal axıntı hər yaş qrupunda qız uşağında görülə bilən, sıx rast gəlinilən bir vəziyyətdir.
Ümumiyyətlə, ailələr bu vəziyyətə adətən  əhəmiyyət vermirlər və başqa bir səbəblə  həkimə getdiklərində bu şikayətlərini dilə gətirirlər. AzadQadın.az qızlarda vaginal axıntının səbəbini izah edir...
Vajinal axıntı, bəzi uşaqlarda heç bir əlamətlə görünməz, bəzi uşaqlarda isə ağ, qəhvəyi, sarı və ya yaşıl rəngdə görünər, ayrıca qanlı və pis  qoxulu da ola bilər. Axıntı, vaginada və ya vulvoda (qadın xarici genital orqanında) görünə bilər. Həm vagina, həm vulvoda görünən axıntılar vulvovaginit  adlandırılır.
Vaginanın anatomik olaraq anal bölgəyə yaxın olması, bu yaş qrupunda estrogen fəaliyyətinin məhrumluğundan ötəri vaginanın mukozasındaki incəlik, mukozanın quruluşu, xarici genital orqanların qorunmasını təmin edən yağ yastıkçıklarının  olmaması vulvovaginitə səbəb ola bilər. Bundan başqa, nəcis ifrazından sonra   anal bölgənin yaxşı təmizlənməməsi və mikroblu əllərlə vulvoya (qadın xarici genital orqanına) toxunulması, vaginada olan xarici cisimlər (sıxlıqla tualet kağızı), köklük və mastürbasiya da vulvovaginitə səbəb ola bilir. Son illərdə kimyəvi tərkibli  duş köpükləri və sabunları ilə kimyəvi qarlşılıqlı təsirlə  də vulvovaginit inkişaf edə bilir.
Vulvovaginit riskini artıran bəzi vəziyyətlər:
Şəkər xəstəliyi,
İmmunitet sisteminin zəifləməsi,
Seksual istismara uğrama
Vulvovaginitin səbəbi bakteriya, göbələk və ya parazit ola bilər.
Vulvovaginit, axıntı ilə bərabər, genital bölgədə qaşıntıya, sıx sidiyə getmə və sidik qaçırmağa da səbəb ola bilir.
Müalicədə əsas, səbəbin müəyyən olunmasıdır. Səbəbə görə müalicə təyin edilir.  Gigiyenaya diqqət yetirilməli, möhkəm geyimlər yerinə (blucin, tayt) kimi rahatlıqla geyinilə bilinəcək  pambıq  geyimlər seçilməlidir. Nəticədə uşaqlarda vulvovaginitdən qorunmada ən əhəmiyyətli qaydanın tualetə getmədən əvvəl əllərin yaxşıca yuyulması olduğu da yadda saxlanılmalıdır.
Qız anaları bu mövzuda bir qədər həssas olmanızı tövsiyyə edirik!

Yagis_Negmesi | 26 noyabr 2015 00:11 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: buxqalter
Lazimli meslehetlerdir qizlarimiz ucun
buxqalter | 14 oktyabr 2015 15:01 | Status: VİP user | Şərh: 1 212
Lazimli meslehetlerdir qizlarimiz ucun
Sunay Elizade | 23 may 2015 19:27 | Status: Gümüş user | Şərh: 2 156
meslehete gore twk.
SEVDA | 6 mart 2015 22:02 | Status: Nəzarətçi | Şərh: 17 439
Meslehetlere göre twk,...
Ay_Sun | 5 mart 2015 19:59 | Status: Brilliant user | Şərh: 13 408
Tesekkurler canim.
Gulus. | 5 mart 2015 11:02 | Status: Professional user | Şərh: 2 436
Sitat: perishka2
Təşəkkürlər xəbər üçün.
Nur | 5 mart 2015 09:34 | Status: Professional user | Şərh: 3 988
etrafli melumata gore cox sagol qadasii love
Sariwka1 | 5 mart 2015 08:42 | Status: VİP user | Şərh: 1 774
Məlumat üçün minnətdaram
Dəniz qızı | 5 mart 2015 08:24 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkürlər xəbər üçün.
kristal | 5 mart 2015 01:24 | Status: VİP user | Şərh: 1 184
Her defe elini yu sonra get ayaqyoluna desem , guya emel edecekler.bir sozu min defe deyirem ........offff 0107
boris arxan | 5 mart 2015 00:50 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
nurlana nurlana | 5 mart 2015 00:08 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: TERANE1978
Tewekurler.
Nurus. | 4 mart 2015 23:19 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: ●♥ Meley ♥●
hmmm bu problem butun qizlarda var oooof love

Elədi...
Miraj | 4 mart 2015 23:19 | Status: Professional user | Şərh: 2 625
Sitat: ●♥ Meley ♥●
hmmm bu problem butun qizlarda var oooof love
BULUTUM | 4 mart 2015 22:48 | Status: Professional user | Şərh: 7 387
Tewekurler.
●♥ Meley ♥● | 4 mart 2015 22:06 | Status: Gümüş user | Şərh: 413
hmmm bu problem butun qizlarda var oooof love