Sağlamlıq / Cinsi xəstəliklər

Bartolinit - qadın xəstəliyi

Aytekin82 | 27-02-2015, 22:00
39 379 17


Bartolinit çox yayılmış qadın cinsiyyət sistemi xəstəliyi sayılır. Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.
Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye ifraz etmək və uşaqlıq yolunu nəmləndirməkdir.
Bəzən müxtəlif səbəblərə görə vəz iltihablaşa bilər, onun axarı tıxaclanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur (bir vəz iltihablaşır).
 
Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına əlavə analizlər də təyin olunur - yaxmanın analizi və s. 
Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər), antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və s. antiseptik otların dəmləmələri ilə yuyunmalar və s.). Lakin bu düzgün deyil. Bu vasitələr yalnız köməkçi vasitələr kimi istifadə oluna bilər. Əsas müalicə üsulu - antibiotiklərin tətbiqidir. 
Müalicəsiz buraxılmış və ya düzgün müalicə olunmayan bartolinit müxtəlif ağırlaşmalara gətirib çıxardır - kistin irinlənməsi, absess və s.
Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır - absess yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.
Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı, intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin zəiflənməsi zamanı, abortdan və ya cərrahi əməliyyatdan sonra və s. inkişaf edə bilər.
Bartolinitin inkişafına qonokokklar, trixomonadlar, xlamidiyalar, streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, kandida göbələyi səbəb ola bilər.
 
Bartolinit yalnız qadınlarda deyil, bakirə qızlarda da inkişaf edə bilər.
 
(saglamolun.az)
 


SEVA | 1 mart 2015 23:36 | Status: Professional user | Şərh: 5 150
Sitat: NUR-AY.
bizi melumatdandirigin ucun sagol bacimmm
xestelik bizlerden uzaq olsun
Nur | 1 mart 2015 23:35 | Status: Professional user | Şərh: 3 988
bizi melumatdandirigin ucun sagol bacimmm
xestelik bizlerden uzaq olsun
BULUTUM | 28 fevral 2015 23:26 | Status: Professional user | Şərh: 7 387
Sitat: BEATIFUL GIRL
BU DUNYADA EN COX EZIYYET CEKEN DE ELE QADINLARDIR.PROBLEMLERI BITMIR.

Bax bu sozunle cox raziyam.Qadinlar qadinlar
Ay_Sun | 28 fevral 2015 22:11 | Status: Brilliant user | Şərh: 13 408
Sukurler olsun her ay hekim muainesinden kecirem,hec bir seyim yoxdur.
wems20 | 28 fevral 2015 22:00 | Status: Şərhçi | Şərh: 115
tewekkurler
xeyalə | 28 fevral 2015 17:13 | Status: Qonaq | Şərh: 0
Allah irag eləsin.amin
Dəniz qızı | 28 fevral 2015 16:40 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkür maarifli xəbər üçün.
SEVDA | 28 fevral 2015 15:09 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah uzaq elesin....
boris arxan | 28 fevral 2015 14:23 | Status: Professional user | Şərh: 4 784
Tesekkürler xebere göre
Nergiz love | 28 fevral 2015 12:38 | Status: Professional user | Şərh: 7 871
Uzaq olsun....
Narin-Ulker | 28 fevral 2015 04:03 | Status: Gümüş user | Şərh: 2 748
qadinlarin derdi bitmir,xestelik qorxusunun biride artdi
mila21 | 28 fevral 2015 00:11 | Status: Şərhçi | Şərh: 283
tewwwekurlerrrrrrrrrr
BULUTUM | 27 fevral 2015 23:24 | Status: Professional user | Şərh: 7 387
Tewekurler.melumatliydim.
SARA55 | 27 fevral 2015 22:49 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər xəbərə görə
nurlana nurlana | 27 fevral 2015 22:28 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkürler xebere göre
Nigar | 27 fevral 2015 22:19 | Status: Gümüş user | Şərh: 6 063
təşəkkürlər xəbərə görə
Miraj | 27 fevral 2015 22:18 | Status: Professional user | Şərh: 2 625
uzaq olsun bizden