Sağlamlıq / Cinsi xəstəliklər

Bir daha sonsuzluğun səbəbləri haqda

Aytekin82 | 27-07-2016, 22:00
1 816 0

 
 
Sonsuzluğun səbəbləri arasında hamilə qalma yaşı, borularda  tıxanma, stress, ovulyasiyanın vaxtında  səhv, yumurta və sperma pozğunluqları əhəmiyyətli yer tuturr. Bəs bunlara qarşı ən praktik həllər nələrdir?
 AzadQadın.az  dərhal hamilə qalmanın yollarını izah edir.

Hamiləlik əldə etmək bir çox faktora bağlıdır. Əsas əhəmiyyətli olan doğru ovulyasiya vaxtı və kifayət sayda  cinsi əlaqədir. Ovulyasiya  prosesi başladıqdan  sonra spermanın  yumurtanı tutaraq döllənməni təmin etməsidir. Lakin hər qadının yumurtlama dövrünün  fərqli olduğu məlumdur.

Bununla yanaşı  cinsi əlaqənin kifayətliliyi də çox əhəmiyyətlidir. 
Cütlərə normal olaraq həftədə 3 dəfə cinsi əlaqə təklif edilir. Ancaq bəzən bu şəxslərdə stress kimi faktorlardan qaynaqlanan  vaginal quruluq, ağrılı cinsi əlaqə (Disparoni), zamanlı cinsi əlaqəyə (Timed İntercourse) bağlı şikayətlər də müşahidə edilir və əlaqə sayında da çətinlik olmaqdadır. Bu çətinliklər yaşandığında istifadə ediləcək olan vaginal gellərə çox diqqət yetirilməlidir.

Bir çox  vaginal gellər, spermaların hərəkətliliyinə və yaşamasına mane ola bilır. Qadınlarda isə bakteriya törəməsi, göbələk, qaşınma  kimi problemlərə səbəb olur. Ona görə də  təbii və bitki mənşəli və tərkibli, spermalara zərər verməyən, sperma hüceyrələrinə antioksidan dəstəyi təmin edərək gücləndirən, spermaların yumurtaya doğru olan hərəkətində əhəmiyyətli dərəcədə  faydalı  məhsullar seçilməlidir.