Sağlamlıq / Cinsi xəstəliklər

Hansı xəstəliklər cinsi həyata təsir edir?

Banu. | 21-10-2014, 23:00
5 090 12
Hansı xəstəliklər cinsi həyata təsir edir?


AzadQadin.az Turk mətbuatına əsasən, bəzi xəstəliklər və onların müalicə prosedurasını sizə təqdim edir. Bu xəstəliklər cinsi həyata mənfi təsir edir. Hətta müalicə olunduqdan sonra da bu təsirlər aradan qalxmır. Bəs hansı xəstəliklər seks həyatımızı təhdid edir ?

Cərrahi travmalar:
Türkiyənin ən məşhur uroloqlarından olan Dr. Enis Rauf Coşkuner deyir ki, cərrahi müdaxilələr zamanı pelvik damarındakı bəzi mexanizmlərin pozulduğunu nəticədə kişilərdə ereksiya problemləri yarana bilir. Həkimin sözlərinə görə, xüsusilə prostat xərçəngi zamanı edilən əməliyyatlar sidik saxlaya bilməmə və ereksiya problemlərinə səbəb olur.

Müalicələrin əks göstəriciləri:
Bu gün bir çox insan psixoloji müalicə üçün müvafiq dərmanlardan istifadə edir. Hətta bəzi həkimlər xəstəni stressdən azad etmək üçün bu qəbildən dərmanlar yazırlar. Ancaq psixoloji pozğunluqların aradan qaldırılması üçün nəzərdə tutulan bu tip dərmanlar cinsi həyata mənfi təsir edir.

Xolestrol səviyyəsini aşağı salan bəzi dərmanların da cinsi istəyi azaltdığı deyilir.

Psixoloji xəstəliklər:
Psixi pozğunluqlar, stress, depressiya kimi problemlər cinsi istəyi azaldır. İş həyatında istədiklərini əldə edə bilməyən insanlar stress keçirirlər və bu onların seks həyatına da təsir edir. Bu insanların yataq performansı da aşağı düşür.

Qəzalar:
Avtomobil qəzalarında baş və ya onurğadan zədə alan insanların da cinsi həyatı təhlükə altına düşür. Müalicə olunduqdan sonra belə onlar əvvəlki performanslarını geri qaytara bilmirlər.

Dr. Enis Rauf Coşkuner bir neçə kurs müalicə ilə bu insanların normal seks həyatlarına qayıtmasının müasir texnologiya ilə mümkün olduğunu bildirir. Bu tip müalicələr bahalı olsa da, uşaq sahibi olmaq istəyən cütlüklər bununla razılaşırlar.

Şəkər xəstəliyi:
Şəkər xəstəsi olan kişilər ereksiya problemləri yaşayırlar.

Ürək xəstəlikləri :
Dr. Enis Rauf Coşkunerin sözlərinə görə, cinsi orqana gələn və orada qalıb bərkiməni təmin edən qan ancaq normal ürək-damar sistemi olan kişilərdə bu funksiyasını düzgün yerinə yetirir. Deməli, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən kişilərin cinsi həyatı da sönür.

Həkim çox vaxt seks performansındakı zəifliklər, ereksiya problemlri ilə müraciət edən xəstələrdə müxtəlif təhlükəli xəstəliklər aşkarladıqlarını bildirir. Coşkuner ürək-damar xəstəlikləri, xərçəng, psixoloji xəstəliklərlə cinsi funksiyaların pozulması arasında birbaşa əlaqənin olduğunu bildirir. Ona görə də cinsi performansda zəiflik utanılacaq bir problem kimi qəbul edilməməli, əksinə başqa xəstəliklərin xəbərçisi kimi qəbul edilərək, tez bir zamanda həkimə müraciət edilməlidir.

●♥ Meley ♥● | 10 fevral 2015 21:07 | Status: Gümüş user | Şərh: 413
Tesekkurler
gulya20 | 23 oktyabr 2014 00:05 | Status: Professional user | Şərh: 4 677
Sitat: TENHA_MELEK
Xeber ucun tesekkurler.
SEVDA | 22 oktyabr 2014 15:01 | Status: Nəzarətçi | Şərh: 17 439
Melumatlara göre twk...
Tesekkurler
Ay_Sun | 22 oktyabr 2014 14:06 | Status: Brilliant user | Şərh: 13 408
Xeber ucun tesekkurler.
fea | 22 oktyabr 2014 11:42 | Status: Gümüş user | Şərh: 1 737
tesekkurler
ada.. | 22 oktyabr 2014 08:25 | Status: Qonaq | Şərh: 0
Tewekkurler ,insanin cani agrisa onsuzda hec neye hevesi olmur
Aynur_Mezahirli | 22 oktyabr 2014 01:40 | Status: Qonaq | Şərh: 0
xeber ucun tesekkurler.
Nergiz love | 22 oktyabr 2014 01:04 | Status: Professional user | Şərh: 7 871
Bu xestelikleerden en cox mende stres depresiyadi.
Narin-Ulker | 22 oktyabr 2014 00:06 | Status: Gümüş user | Şərh: 2 748
butun xesteliklerin basinda stres durur
SEVA | 21 oktyabr 2014 23:33 | Status: Professional user | Şərh: 5 150
xebere gore tesekkurler ama depresiya da var
SABINA | 21 oktyabr 2014 23:13 | Status: Professional user | Şərh: 7 410
Tesekkurler