Sağlamlıq / Cinsi xəstəliklər

Kişi sonsuzluğuna bitki müalicəsi

leyla meherremova | 18-08-2014, 22:00
8 484 14

http://pobedimstress.info/wp-content/uploads/2014/06/lineechka6.gif
Sonsuzluğa səbəb kimi hər qədər qadınlardakı bəzi nəsilartırma problemlərini gösrərsək  kişilər öz sperma sayını artırmaq üçün bəzi üsullar istifadə edə bilərlər. Aşağıdakı bölüm, kişilərə köməkçi ola biləcək bitki mənşəli alternativlərdən ibarətdir.

Jenşen (Panax Ginseng)

Aktual elmi araşdırmalar, istər Çin jenşeninin (Panax ginseng) istər Sibir jenşeni (Eleutherococcus secocus) kişidə sonsuzluğun müalicəsində təsirli ola biləcəyini göstərməkdədir. Hər ikisi də, çox qədim dğvrlərdən bu yana kişilərdə "tonik" olaraq istifadə edilməkdədir. İnsanlarla əlaqədar kliniki bir araşdırma olmasa da, heyvanlar üzərində edilən araşdırmalarda, jenşenin, testis böyüməsinə köməkçi olduğu, sperma meydana gəlməsi və testosteron səviyyəsini yüksəltdiyi, cinsi fəaliyyətləri və cütləşmə sayını artırdığı müəyyən olunmuşdur.

Buğalarda məhsuldarlığın tutumunu və sperma sayını artırdığı müəyyən olunduğundan, Sibir jenşeni kişilərdə  də çoxalma funksiyasında faydalıdır. Jenşen, məhsuldarlığı və kişiliyi gücləndirən bir köməkçi xüsusiyyətdədir. Ümumiyyətlə, "Panax ginseng", "Eleutherococcus senticocus"-dan daha güclü təsir (xüsusilə xəbərdaredici təsir) etdiyi qəbul edilməkdədir. "Sibir jenşen"-i, heç ginsenosit tərkibli olmamasına və gerçək bir "ginseng" olmamasına baxmayaraq, "Panax ginsengin" ortaya qoyduğu təsirlərin bir çoxunun eynisinə malikdir. Lakin daha yüngül olduğu qəbul edilməkdədir.


"Pygeum Africanum"

"Pigeum" ekstraktları, prostat ifrazatında azalmanın əhəmiyyətli rol oynadığı sonsuzluğun yaxşılaşdırılmasında təsirli ola bilər. Pigeumun, prostat ifrazatlarını artırdığı və sperma mayesinin xüsusiyyətini yaxşılaşdırdığı müəyyən olunmuşdur. Daha açıq bir ifadə ilə, prostat fəaliyyəti azalmış kişilərə pigeum verilməsi, ümumi sperma mayesi səviyyələrində artımla birlikdə, qələvi fosfataza (sperma mayesinin pH uyğunluğunu qoruyan əhəmiyyətli bir fermentdir) və zülal səviyyələrində artıma gətirib çıxarmışdır. Al-qalın fosfataza səviyyəsinin düşdüyü (400 IU / 3 sm- nın altına) və iltihab ya da infeksiya olduğuna bağlı hər hansı bir dəlilin (ağ qan hüceyrələri və ya IgA yoxluğu kimi) olmadığı vəziyyətlərdə pigeumun son dərəcə təsirli olduğu aydın olmaqdadır. Mənidə IgA olmaması klinika müvəffəqiyyətin yaxşı bir göstəricisidir. Bir araşdırmada, spermalarında IgA olmayan xəstələrdə, qələvi fosfataza səviyyələri 265'ten 485-IU / 3 sm-yə yüksəlmişdir. Buna qarşılıq IgA olan xəstələrdə, ortalama bir artımla 213 IU / 3 sm-dən 281 IU / 3 sm-yə çıxmışdır.

Bir cüt klinik araşdırmada, penisdə gecə sərtləşməsi ölçümləri ilə təyin olunduğu üzrə, pigeum ekstraktının, BPH (prostat hiperpla-zisi) və ya prostatit olan xəstələrdə sərtləşmə təmin etmə tutumunu artırdığı görülmüşdür.

Gül kələm (Brassica oleracea) və B6 ehtiva edən digər qidalar

Mikro qida möhkəmlətmələrini müdafiə edənlər, sonsuzluq üçün ümumiyyətlə gül kələm təklif etməkdədirlər. Bu vitaminin ən çox olduğu qaynaqları azalan sıra ilə yazsaq, gül kələm, vəzəri, ispanaq, banan, bamiyə, soğan, brokoli, balqabaq, quru kələm, yer kələmi, Brüssel kələmi, noxud və turpdur.

Guava (quava və ya Psidium) və C vitamini ehtiva edən digər qidalar:

Kişilərdə sperma anomallığında, sonsuzluğun müalicəsində, C vitamini dəstəyinin ən az bəzi çoxalma qabiliyyətini artırıcı dərmanlar qədər təsirli olduğu sübut edilmişdir. Dr. Melvyn Werbach, gündə 1.000 mg. C vitamini alınmasını təklif edir guavanın yanında...
C vitamini baxımından zəngin digər qaynaqlar arasında: qarpız, itburnu, dolmalıq bibər, acı qırmızı bibər və su tərəsini saya bilərik.

Günəbaxan

Təbii bitki, sperma sayı aşağı kişilərə ümumiyyətlə xaya artımının möhkəmlətməsi təklif edilir. Gündə 4 qram ekstrakt almaq üçün, 50 qram günəbaxanın kafi olduğunu söyləyirlər.  Bu həyati qidadan başqa, yüksək nisbətlərdə olan digər bitkilər isə: keçi buynuzu, ağ qoz, acı paxla, yer fıstığı, küncüt, soya paxlası, su tərəsi, çəmən toxumu, xardal, badam, Braziliya şabalıdı, paxla və mərciməkdir.

Su balqabağı (Lagenaria siceraria)

Şimali Carolina Tibb Fakültəsi elm insanları, kişi siçanlardakı sonsuzluğun səbəbinin bir növ B vitamini olan kolin əskikliyindən qaynaqlandığını tapmışdırlar. Bu araşdırma ilə əlaqədar bir iddiada etmirik, lakin məməlilərin çoxaltma sistemləri bir-birilərinə çox bənzədiyi üçün, artıqdan bir parça kolin qəbulunun bir zərəri olmasa gərək.

Məlumatlara görə su balqabağı quru ağırlığının 1,6% - i nisbətindəki kolin məzmunu ilə, kolin baxımından ən zəngin mənbə kimi görünür. Onu təqib edən digər bitkilər də: çəmənotu yarpaqları və çobançantasıdır. Ginseng, quru gicitkən, maş lobya, noxud, süngər balqabağı, mərcimək və Çin mələkotu, kolin tərkibi baxımından çəmənotu və çoban çantası qədər zəngin olmasalar da faydasını qeyd edilməsi lazım olan bitkilərdir.

Yulaf (Avena sativa):

Atları son dərəcə canlı və hərəkətli edən yulaf, çox qədimdən bəri kişilər üçün seksual doping olaraq qəbul edilməkdədir. Bəzi herbalistlər də yulafın eyni zamanda kişilərdə cinsi qabiliyyəti artırdığını iddia edirlər. Yulaf marketlərdə satılan yulaf və yulaf əzmələrindən, ucuz və asan bir şəkildə təmin edə biləcəyiniz kimi, daha bahalı olan yulaf tərkiblərini də təbii qida və şəfalı bitki dükanlarından tapa bilərsiniz.

Moruq (Rubus idaeus)

Moruq yarpaqlarından edilən çay, qadınlara hamiləlik əsnasında ortaya çıxan rəhm iltihaplarının müalicəsi üçün təklif edilir. Heyvan baxıcıları moruq yarpaqlarını, çoxalma qabiliyyətini artırmaq üçün erkək heyvanların yemlərinə qarışdırırlar. Herbalist Kath Keville, sonsuz kişilərin moruq yarpaqlarından edəcəkləri çayı sınamalarını təklif edir.
 http://pobedimstress.info/wp-content/uploads/2014/06/lineechka6.gif
@Xəbər azadqadın.az saytına məxsusudur, istifadə edərkən istinad mütləqdir...

ESMERRi | 10 aprel 2016 11:12 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: azezaq
Wukurler olsun her wey qaydasindadi )) xebercun Təşəkkürler :0140:
azezaq | 20 iyul 2015 02:32 | Status: Qonaq | Şərh: 0
Wukurler olsun her wey qaydasindadi )) xebercun Təşəkkürler 0140
Nagizade.Leyla | 3 iyun 2015 23:42 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler.
BULUTUM | 26 fevral 2015 20:20 | Status: Professional user | Şərh: 7 386
Tewekurler
Ziko and Diya | 29 noyabr 2014 23:55 | Status: Qonaq | Şərh: 0
Aah zu qorusun butun cavanarimizi twk
Aynur_Mezahirli | 19 avqust 2014 23:50 | Status: Qonaq | Şərh: 0
Sitat: Nailya
Allah uzaq elesin...

Amin...
Nigar_ | 19 avqust 2014 17:51 | Status: Professional user | Şərh: 2 124
Allah göstərməsin,Allah bütün arzusunda olan ailələrə gözəl,şipşirin övlad bəxş etsin.Amin.
Lumia | 19 avqust 2014 15:09 | Status: Professional user | Şərh: 5 378
Bizim bir tanisimiz vardi,usagi olmurdu,arvadinda hec bir problem yox idi,özünde zeiflik vardi.Moskvada bir hekim ona müalice ile beraber temiz baliq kürüsü yemeyi meslehet görmüsdü.Masallah indi iki qizi var,bir oglu.Mayalandirma qabiliyyeti zeif olanda onu müalice etmek mümkündür,hec olmayanda ise hec bir müalicenin,bitkinin filanin xeyri yoxdur.Allah uzaq etsin.Tesekkurler Leyla xanim.
SEVDA | 19 avqust 2014 15:07 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah uzaq elesin...
ŞokaLaTovA PeÇeNyA. | 19 avqust 2014 08:13 | Status: Gümüş user | Şərh: 2 059
Qulaqlardan ıraq. Allah heckıme gostermesın.
NURLU | 19 avqust 2014 03:31 | Status: Professional user | Şərh: 5 552
duzdu bele bir problem yoxdu ALLAHA min sukur,amma oldursen su bezi saydiqlarivi yemez.
twkler LEYLAM
Ay_Sun | 19 avqust 2014 00:12 | Status: Brilliant user | Şərh: 13 407
Allah uzaq etsin.Xeber ucun cox tesekkur leyla xanim.
Mehri-Ban | 18 avqust 2014 22:59 | Status: Professional user | Şərh: 1 329
Allah uzaq elesin.xebere gore tesekkurler
ehtibar | 18 avqust 2014 22:45 | Status: Gümüş user | Şərh: 2 547
MARAQLIDIR