Sağlamlıq

Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı

Banu. | 18-09-2020, 20:05
118 0
Avstriyalı immunoloq və genetik Yozef Penninqer sadəcə virusu öldürən deyil, həm də uzunmüddətli fəsadların qalması riskini azaldan, dünyada koronavirusa qarşı ən rasional dərmanı hazırladığını açıqlayıb.
Bu barədə məlumat yayılib. 
Alim qeyd edib ki, koronavirusla bağlı 2002-2005-ci illərdə aparılmış araşdırmalara əsasən artıq 15 ildir ki preparat hazırlayır.
“Biz hazırda kliniki sınaqların II mərhələsini həyata keçiririk”, - deyə alim bildirib.
O, əlavə edib ki, tədqiqatlar uğurla gedəcəyi halda dərman 2020-ci ilin qışında qeydiyyatdan keçiriləcək.Oxu.az