Sağlamlıq

Tibbi maska uşaqlar üçün təhlükəlidir! - Məşhur həkim DANIŞDI

Banu. | 1-08-2020, 11:26
119 0
Məşhur rusiyalı aparıcısı, tibb elmləri doktoru Yelena Malışeva qoruyucu maskaların uşaqlar üçün yaratdığı təhlükə barədə danışıb.
Bu barədə o, şəxsi "İnstagram" səhifəsində məlumat verib.
Belə ki, paylaşımlarının birinin şərh bölməsində teleaparıcıdan Qazaxıstanda yeni doğulan uşaqlara maska taxmaq qərarına münasibəti soruşulub.

"Bu yolverilməzdir!.. Uşaqlarda tənəffüs sistemi təkmilləşməyib. Bundan əlavə, onlar böyüklər üçün heç bir təhlükə yaratmırlar", - deyə Malışeva cavab verib.

Həkimin sözlərinə əsasən, ABŞ-ın Pediatrlar Assosiasiyası uşaqlarla hətta sosial məsafənin də gözlənilməsini lazım bilmir.

Aparıcısı, həmçinin, əlavə edib ki, ABŞ-da maska taxan uşaqların ölümü ilə bağlı iki hadisə qeydə alınıb.Big.az