Sağlamlıq

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

Banu. | 31-07-2020, 22:13
283 0
Alimlər təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı 8 məhsulun adını açıqlayıb.
1. Çuğundur şirəsi
 çuğundurun tərkibində olan nitrat orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
2. Sobada bişirilmiş kartof (yağsız və duzsuz)
Belə kartofun tərkibində kalium və maqnezium xüsusilə çoxdur. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyqi aşağı salmağa kömək edir.
3. Süd məhsulları
Bu məhsulların istehlakı orqanizmdə kalsiumun səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, kalsiumun çatışmazlığı təzyiqin artmasına səbəb olur.
4. Yumurta
Çin alimləri sübut edib ki, yumurta ağının tərkibində olan xüsusi peptid orqanizmə kaptopril kimi təsir edir. (Kaptopril tanınmış təzyiq salan dərmandır).
5. Lobya
Lobyanın tərkibində olan maqnezium, kalsium və kalium təzyiqi normallaşdırmağa kömək edir.
6. Banan
Bu ən tanınmış təzyiq salan məhsuldur. Bunun səbəbi bananın kaliumla zəngin olmasıdır.
7. Nar və nar şirəsi
Böyük Britaniyada aparılmış bir araşdırmada yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün 1 stəkan nar şirəsini içirdi. 2 həftədən sonra bu insanlarda təzyiqin aşağı düşməsi aşkar olunub.
8. Tünd şokolad
Antioksidantlarla zəngin olan tünd şokolad damarların elastikliyini artırır və bununla da təzyiqi aşağı salmağa kömək edir.Sonxeber.az