Sağlamlıq

Sətəlcəmə səbəb olan göbələk bu hallarda İNKİŞAF EDİR

Banu. | 5-08-2020, 09:00
135 0
"COVİD -19"un səbəb olduğu pandemiya son aylarda bütün dünyanı cənginə alıb. Bu dövrdə həkimlər üçün differensial (yəni müqayisəli) diaqnostika aparmaq xüsusi çətinlik yaradır. Böyrək nəqli olmuş xəstələrin immun sistemi zəiflədildiyindən, bu xəstələr həm "COVİD 19"a, həm də digər infeksion xəstəliklərə qarşı yüksək həssaslığa malikdirlər. Bu xəstəliklərdən biri də göbələk növü olan Aspergillusun törətdiyi pnevmoniya, yəni sətəlcəmdir. Verilen xəbərə görə, bu sözləri nefroloq-terapevt Taleh Nağdalıyev özünün "İnstagram" səhifəsində yazıb.
O, böyrək nəqli olmuş, eləcə də digər xəstələrdə göbələk infeksiyalarının inkişaf etməsi üçün bəzi faktorları qeyd edib:


1. Kortikosteroidlərin (hormonların) istifadəsi
2. Geniş spektrli antibiotiklərin tətbiqi
3. Kateterlərin istifadəsi
4. Cərrahi müdaxilələrin müddəti və sayı
5. Yüksək şəkər
6. Bağırsaq tamlığının pozulması və s.

Sonda həkim yüksək hərarət, təngnəfəslik, boğulma və s əlamətləri yalnız koronavirusla əlaqələndirməməyə çağırıb və düzgün diaqnozun qoyulması, müalicənin vaxtında və düzgün aparılması üçün mütləq nefroloq, pulmonoloq, infeksionist kimi mütəxəssislərinə müraciət etməyi məsləhət görüb. Big.az