Sağlamlıq

Koronavirusa yoluxmamısınızsa, dərmanlarla bədəninizi doldurmayın! - HƏKİM MƏSLƏHƏTİ

Banu. | 9-07-2020, 20:16
458 0
"Artıq dərmanlarla bədəninizi doldurmayın! Siz tələbat yaratmayın ki, süni şəkildə qiymətləri də artırmasınlar".

Bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb. O, virusa yoluxmamaq üçün profilaktik qəbul edilən antivirus dərmanların heç bir işə yaramadığını vurğulayıb:

"Belə təsəvvür edin ki, gündəlik antibiotik içirsiniz və sizdə nə vaxtsa bakterial infeksiya olacaq deyə qaraciyər və böyrəklərinizi toksiki maddələrlə zədələyirsiniz. Onun yerinə təbii interferonlarınızı artırın: exinaseya bitkisi, propolis tinktura və çörəkotu.

Profilaktik məqsədlə belə təbii məhsullar istifadə edin, antivirus və antibiotik dərmanlar müalicədə iştirak edir.

Əgər koronavirusa yoluxmamısınızsa bir çox dərmanlarla orqanizmə artıq yük verməyin".
Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kurslari keçib.

2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.

2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.

"Dekorativ bitkilər xalq təbabətində" kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.

"Dr. Eldaroğlu" markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.

Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.Big.az