Sağlamlıq

Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Banu. | 25-05-2020, 19:39
98 0
ABŞ-ın San-Fransisko şəhərində tibb işçisi çalışan Mayk Şults idmançı bədən quruluşuyla seçilsə də, koronavirusa tutulduqdan sonra 23 kilo arıqlayaraq tanınmaz hala düşüb.
43 yaşlı idmançı karantinn rejimi elan olunandan öncə Mayamidə mindən çox iştirakçısı olan tədbirdə olub. Həmin tədbirdə azı 38 nəfərdə "COVİD-19" virusunun olduğu aşkarlanıb.
9 gün sonra virusun əlamətlərini özündə hiss edən Mayk xəstəxanaya yerləşdirilib. Vəziyyət sürətlə pisləşdiyindən o, dörd həftədən çox xüsusi boru vasitəsiylə nəfəs alıb.
Şults 6 həftə yuxu dərmanı qəbul edib. 57 gün xəstəxanada qaldıqdan sonra sağalan Maykın çəkisi 90 kiloqramdan 63,5 kiloyadək azalıb.Sonxeber.az