Sağlamlıq

İranda son iki ayda koronavirusdan ən az ölüm müşahidə edildi

Banu. | 17-05-2020, 11:18
136 0
İranda ötən gün 35 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur IRINN-ə açıqlayıb.
Onun sözlərinə görə, bu, son iki ayda ən aşağı göstəricidir:
“Gün ərzində 1757 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Fevralın 19-dan 118 392 nəfər koronavirusa yoluxub, 93 937 nəfər sağalıb. Təəssüf ki, son 24 saat ərzində 35 nəfər həyatını itirib, lakin bu son 70 gündə minimum göstəricidir”.
O, əlavə edibi ki, fevralın 19-da ilk koronavirus yoluxmaları barədə məlumat verildikdən bəri qurbanların ümumi sayı 6937-ə çatıb.Oxu.az