Sağlamlıq

Daha bir rayonda sakinlərə tibbi maska paylandı - FOTO

Banu. | 9-05-2020, 11:32
87 0
Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunda vətəndaşların sağlamlığının qorunması və COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər. Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur.
Bundan əlavə, rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.Oxu.az