Sağlamlıq

Koronavirusa qarşı dərman TAPILDI

Banu. | 6-05-2020, 18:51
173 0
Alman alimləri koronavirusa qarşı təsirli ola biləcək yeni dərmanları açıqlayıb.

Tədqiqatın nəticələri Mainz Universitetinin saytında dərc edilib.

Mainz Universitetinin (Almaniya) mütəxəssisləri MOGON II superkompüterindən istifadə edərək SARS-CoV-2 ilə mübarizədə antiviral dərmanların effektivliyini təhlil edib. Cihaz açıq məlumat bazalarında təsvir olunan 42 min müxtəlif tibbi maddə ilə 30 milyard vahid hesablama aparıb.

“Bu kompüter simulyasiya üsulu - molekulyar yerləşdirmə kimi tanınır və elmdə uzun illərdir istifadə olunur”, - deyə həkimlər bildirirlər.

Təxminən iki ay davam edən araşdırmalara əsasən, superkompüter SARS-CoV-2 virus hissəciklərini bağlamaq və zərərsizləşdirmək qabiliyyətinə malik anti-hepatit C dərmanlarını tapıb. Bunlara simeprevir, paritaprevir, grazoprevir və velpatasvir daxildir.

Kompüterin hesablamalarını yoxlayan alimlər SARS-CoV-2 və Hepatit C törədicisinin təktelli RNT viruslarına aid edilə biləcəyini qeyd edib.

“Elmi işimizin nəticələri laboratoriya təcrübələri və klinik sınaqlar ilə təsdiqlənməlidir”, - deyə tədqiqat iştirakçısı professor Tomas Effert bildirib.

Aprel ayının sonunda beynəlxalq alimlər qrupu koronavirusla mübarizədə lamaların ifraz etdiyi antikorların faydalarını kəşf edib. İddia olunur ki, potensial dərman mümkün infeksiyadan ən az bir ay əvvəl xəstələrə verildiyi təqdirdə təsirli olur. Həm də COVID-19 zamanı ağırlaşma riskini azalda bilər.Publika.az