Sağlamlıq

Koronavirusun dərmanı ilə bağlı yeni açıqlama

Banu. | 6-05-2020, 09:39
84 0
Hepatit C xəstəliyinin müalicəsində istifadə edilən bir çox dərman yeni tip koronavirusa qarşı istifadə edilə biləcək potensialdadır.


Bu barədə Mainz Yohan Qutteberq Universiteti (JGU) araşdırma aparıb.

Universitetin elm adamları “MOGON II” super-kompüterindən istifadə edərək açıq verilənlər bazasında SARS-CoV-2-nin proteinlərinə bağlanan 42 min fərqli məzmun metodlarını incələyib.

Kompüter simulyasiyalarının hesablamalarına uyğun olaraq Hepatit C dərman tərkibləri olan “Simeprevir”, “Paritaprevir”, “Grazoprevir” və “Velpatasvi”nin SARS-CoV-2 infeksiyasının qarşsını ala biləcəkləri bildirilib.

Araşdırmanın nəticələri Ümumdünya Səhiyyə Təşkilatının Bülletenində yayımlanıb. Prosesə liderlik edən professor Tomas Efferth bu kompüter simulyasiyalarının illərdir ki, molekulyar birləşdirmə üçün istifadə edildiyini qeyd edib: “Bildiyimiz qədərilə, bu metodla yeni tip koronavirusu araşdıran ilk komanda bizik. Bir çox təsdiq edilmiş Hepatit C dərmanının müalicə üçün ümidverici namizədlər olduğunu tapmağımız möhtəşəm xəbərdir”.

“Financial Express”in xəbərinə görə, professor Tomas Efferth tapıntılarının SARS-CoV-2 və Hepatit C viruslarının eyni növdən, digər deyimlə, RNT viusu olduğu reallığı ilə dəstəkləndiyini vurğulayıb.Azxeber.az