Sağlamlıq

Koronavirusla bağlı gözlənilən şad xəbər gəldi

Banu. | 2-05-2020, 12:45
374 0

Koronavirus xəstələri üçün ilk preparatın istifadəsinə başlanılır

Yaponiya hakimiyyəti Ebola qızdırması əleyhinə hazırlanmış “Remdesivir” preparatının koronavirus diaqnozu qoyulmuş xəstələrin müalicəsi üçün istifadəsinə icazə vermək niyyətindədir.

Bu barədə Yaponiya İctimai televiziyası xəbər yayıb.

Lazımi prosedurlar uğurla başa çatdırıldıqdan sonra “Remdesivir” COVID-19 xəstələrinin müalicəsi üçün təsdiqlənən ilk dərman olacaq.

Daha əvvəl Donald Tramp ABŞ-ın tibb sahəsinin tənzimləyicisi FDA-nın koronavirusa qarşı “Remdesivir” preparatından istifadə təklifini bəyənib. 

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. May ayında mütəxəssislər COVID-19-a yoluxan xəstələrdə dərmanın klinik sınaqlarını başa çatdırmaq niyyətindədir.

Yaponiyada koronavirus infeksiyası hallarının sayı 14 305-dir. Virusa yoluxanlardan 2 975 nəfəri sağalıb, 455-i isə ölüb.Azxeber.az