Sağlamlıq

Koronavirusla bağlı ŞAD XƏBƏR: 1 milyon insan sağaldı

Banu. | 30-04-2020, 10:02
136 0
Dünya miqyasında koronavirusdan sağalanların sayı 1 milyonu ötüb.

 1 milyon 1 933 nəfər sağlamlığına qovuşub.

Ümumilikdə, 3 milyon 220 min 969 nəfər infeksiyaya yoluxub. 228 min 251 nəfər dünyasını dəyişib.

Hazırda 1 milyon 990 min 785 nəfərin müalicəsi davam edir. Onlardan 59 min 814 nəfərin vəziyyəti kritikdir.

Son bir neçə saat ərzində 2 min 785 yeni yoluxma, 221 ölüm qeydə alınıb.Publika.az