Sağlamlıq

Xərçəng diaqnozunda İNQİLAB: sadəcə bu yolla tapmaq mümkün olacaq

Banu. | 29-04-2020, 10:15
71 0
Xərçəng xəstəliyini daha erkən dövrlərdə aşkarlamaq mümkün olacaq.
Bu, qan analizi vermək kimi sadə üsulla gerçəkləşdiriləcək.
"Science" dərgisində yer alan araşdırmaya görə, orqanizmdə simptomlarına rast gəlinməyən xərçəng xəstəliyinin bir çox növləri bu üsulla üzə çıxarılacaq.
Araşdırmanın sınaqları daha əvvəl xəstəliyin heç bir simptomunu büruzə verməyən minlərlə insan üzərində aparılıb.
Testin təkmilləşdirilməsinə yardımçı olan Con Hopkins Universitetinin elm adamı Nikolas Papadopoulos bu üsulla standart seçim metodlarından ikiqat daha çox xəstəlik aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, test 65-75 yaş qrupuna daxil qadın və kişilər üzərində tətbiq olunub. Daha dəqiq nəticələr əldə etmək üçün bu testə müxtəlif yaş qruplarından ibarət şəxslər cəlb olunmalıdır.
Publika.az